22 Sentyabr 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
4/9/2020 AR Milli Məclisinin İnsan Hüquqları Komitəsi tərəfindən insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərlə birgə video-konfrans keçirmişdir.


Bu gün Milli Məclisin Komitə sədri Zahid Oruc ölkəmizdə fəaliyyət göstərən bir sıra tanınmış qeyri-hökumət təşkilatları ilə virtual platforma üzərindən görüş keçirib.

"Report" xəbər verir ki, konfransın mövzusu “Azərbaycanda insan hüquqlarının vəziyyəti: hüquqi-normativ aktların təkmilləşdirilməsi yönündə dövlət və vətəndaş cəmiyyətinin birgə səyləri” olub.

Müzakirələrin gündəliyinə Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı mövcud vəziyyət, aktual məsələlər, insan hüquqları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi yönündə  fəaliyyətin yeni mərhələsi: təkliflər, tövsiyələr, mövqelər, insan hüquqlarının müdafiəsi ilə bağlı yerli və beynəlxalq təşkilatlarla əməkdaşlığın, birgə layihələrin əsas  istiqamətləri kimi məsələlər daxil edilib.

Z.Oruc konfrans iştirakçılarına təşəkkür edərək ölkəmizin gələcək inkişafında hakimiyyət, cəmiyyət və QHT-lər arasındakı sıx əməkdaşlığın mühüm rolu olduğunu qeyd edib. Son dövrlərdə Prezidentin həyata keçirdiyi islahatların müsbət nəticələrindən bəhs edən Z.Oruc dövlətin QHT-lərə böyük önəm verdiyini vurğulayıb və yüksək hakimiyyət təmsilçilərinin müxtəlif ictimai-siyasi qüvvə təmsilçiləri ilə görüşlərini məhz Prezidentin elan etdiyi “Yeni Kurs” siyasəti ilə əlaqəli olduğunu bəyan edib.

Digər tərəfdən, parlamentin yeni rəhbərliyi Prezidentin bu ilin 10 mart tarixli açılış nitqində irəli sürülən əsas ideyalardan çıxış edərək müxtəlif ideologiayalar və baxışlar arasında konsensusun tapılması, vətəndaşlarımızın hüquqi mənafelərinin qorunması yolunda ardıcıl və sistemlə fəaliyyətə hazır olduğunu bildirib və istər qanunvericilik sistemində zəruri olan dəyişikliklər, istərsə də daha geniş platformalarda əməkdaşlıq imkanlarının yaradılması və insan hüquq və azadlıqlarının təminatı sahəsində uğurlarla yanaşı, problemlərin də müzakirəsinə hazır olduğunu nümayiş etdirir.

Konfransda D.Əliyeva adına Azərbaycan Qadınların Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı, "Humanitar Tədqiqatlar" İctimai Birliyinin sədri Əvəz Həsənov, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli, Azərbaycan-Milli QHT Forumunun sədri Rauf Zeyni, Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, "Gənc Liderlər" Təhsil-Təlim və İnkişaf" İctimai Birliyinin sədri Səbinə Ələkbərova, "İslahatçı Qadınlar və İnnovasiyalar" İctimai Birliyinin sədri Vüsalə Hüseynli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl, "Bələdiyyələrin İnkşafına Yardım" İctimai Birliyinin sədri Niyaməddin Orduxanov, hüquqşünas Ələsgər Məmmədli, Potensial Sumqayıt Mütəxəssislər Birliyinin sədri Sahib Fərzəliyev, Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım birliyinin sədri Zenfira Mustafayeva, "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, İnsan Haqqları və Qanunçuluğun Müdafiə Bürosunun sədri Səidə Qocamanli, Beynəlxalq İnsan Huquqları Cəmiyyətinin sədri Səadət Bənənyarli, Azərbaycan Milli Qadın Konsensus Mərkəzinin sədri Aynur Camalqızı, Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə və digərləri iştirak ediblər.

Konfransda ümumilikdə hakimiyyət və QHT-lər arasındakı münasibətlərin inkişaf etdirilməsi, qanunvericilikdə aparılması tələb olunan dəyişikliklər, beynəlxalq insan hüquqları təşkilatlarının hesabatlarına münasibət və ənənəvi qarşıdurma ruhunun aradan qaldırılması yolları, məhkəmə hüquq sisteminin mövcud vəziyyəti və baş verən bir sıra neqativ halların, qanunsuz qərarların müxtəlif ictimai mexanizmlərlə aradan qaldırılmasının vacibliyi, mərkəzi və yerli qeyri-dövlət təşkilatlarının çalışması üçün uyğun yer və digər maliyyə-texniki xarakterli çətinliklərin son illərdə artmasının səbəbləri, QHT-lərin qeydiyyata qədərki və sonrakı fəaliyyətlərini həyata keçirərkən üzləşdikləri məhdudiyyətlər, insan hüquqları və ərazi bütövlüyünün təminatı siyasətinin vahid bir xəttə çevrilməsi zərurəti, hüquqi cəmiyyətin maarifləndirmədən keçdiyi həqiqətinin idarəetmə orqanları tərəfindən qəbul edilməsi üçün müxtəlif bürokratik əngəllərin aradan qaldırılması, qadın və uşaqların hüquqlarının qorunması zamanı ortaya çıxan problemlər, vətəndaş cəmiyyətinin inkişafı üçün münasib mühitin yaradılması, əlilliyi olan şəxslərin üzləşdiyi problemlər, təhsil hüququ, QHT-lərin qeydiyyat problemləri, regionlarda insan hüquqlarının pozulması ilə əlaqədar müraciət problemləri, qanunların tətbiqinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə dair məsələlər müzakirələrin əsasını təşkil edib.

Z.Oruc görüşdə fəal iştirak edən və müxtəlif təkliflər səsləndirən QHT rəhbərlərinə təşəkkür edərək onların fikir və təkliflərinin diqqətlə araşdırılacağı və onların yüksək dövlət, hökumət, qanunverici orqan rəhbərlərinə çatdıralacağını, gələcək əməkdaşlığın belə dialoqlardan keçdiyini qeyd edib. Komitə ilə birgə daha böyük layihələrin həyata keçiriləcəyinə dair təşəbbüslər hamı tərəfindən dəstəklənib.

Görüşdə çıxış edən tanınmış ictimai xadimlərin hər birinin çıxış və təkliflərindən hazırlanan geniş açıqlama yaxın vaxtlarda kütləvi informasiya vasitələrinə təqdim olunacaq.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 127 dəfə oxunub




Flag Counter






» 21/9/2020- Naftalan, Ağstafa və Lerikdə 14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlərlə təmin olundu

» 19/9/2020- “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib

» 18/9/2020- Əmək müqaviləsi ilə çalışan əlilliyi olan şəxslərin sayı

» 17/9/2020- Nazir Sahil Babayev özünüməşğulluq proqramı çərçivəsində yeni yaradılmış kiçik müəssisələrə baxış keçirdi

» 16/9/2020- UNEC tələbəsi Birləşmiş Krallığın dəstəyilə "British Council" tərəfindən keçirilən "Creative Spark" müsabiqəsində dünya çempionu olub.

» 16/9/2020- "Əlilliyi olan aztəminatlı ailələrə sosial dəstək"

» 15/9/2020- Şirvan şəhərində müasir Reabilitasiya Mərkəzi açıldı

» 14/9/2020- “Qəhrəmanlarımız qürur mənbəyimizdir”

» 10/9/2020- Yenə standartlara uyğun olmayan ramp, əlilliyi olan şəxslərə qarşı laqeydlik, yanlış məlumat.

» 10/9/2020- Ağstafada 16 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlərlə təmin olundu

» 9/9/2020- Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi evlər verildi

» 8/9/2020- Qaradağ, Xətai, Binəqədi, Nərimanov, Saatlı, Sabirabad, Şuşa və Zəngilan rayonları üzrə xüsusi və güzəştli şərtlərlə pensiya təyin olunanların nəzərinə

» 5/9/2020- Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə bu dəfə həndbol üzrə inkluziv idman yarışları keçirildi

» 4/9/2020- AR Milli Məclisinin İnsan Hüquqları Komitəsi tərəfindən insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərlə birgə video-konfrans keçirmişdir.

» 3/9/2020- Əlilliyi olan uşaqların qatıldığı inkluziv idman yarışları təşkil edilib

» 2/9/2020- Bakıda Mərdəkan-Buzovna-Bilgəh magistral yolunda yeni piyada körpüsü istifadəyə verilib.

» 1/9/2020- “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi hüquqi yardımların göstərilməsi layihəsinin icrasına başladı

» 1/9/2020- Sosial-psixoloji reabilitasiya xidmətləri təkmilləşdirilir

» 31/8/2020- Daha 155 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri yaşadıqları rayonlara aparılaraq verilib

» 28/8/2020- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 27 avqust tarixli 309 nömrəli Qərarı ilə “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın “I. Evdə təhsil almaq hüququ verən xəstəliklərin Siyahısı” bölməsi yeni redaksiyada təsdiq edilmişdir.