07 Dekabr 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
21/8/2020 Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi üzrə ictimai iştirakçılığın təmin edilməsi məqsədilə növbəti ikinci onlayn görüş keçirilmişdir.


Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi üzrə ictimai iştirakçılığın təmin edilməsi məqsədilə növbəti ikinci onlayn görüş keçirilmişdir.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin vətəndaş cəmiyyəti, xüsusilə əlilliyi olan şəxslərin təşkilatları ilə birgə əməkdaşlıqla həyata keçirir. Bu məqsədlə müfafiq QHT-lərlə daim məsləhətləşmələr aparılır, iştirakçılığın genişlənməsinə diqqət verilir.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 sentyabr tarixli 400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”nın icrası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 31 yanvar 2020-ci il tarixli müvafiq əmri ilə dövlət monitorinqinin həyata keçirilməsi üzrə 2020-ci il üçün tədbirlər planı təsdiq edilmişdir.

Tədbirlər planında müvafiq sahədə ictimai iştirakçılığın təmin edilməsi nəzərdə tutulmuşdur.

    Qeyd edilənləri nəzərə alaraq 2020-ci il 21 avqust tarixdə onlayn formada (Microsoft Teams proqramı vasitəsi ilə) növbəti görüş təşkil olunmuşdur. DOST Agentliyinin İdarə Heyətinin sədri, Fərid Məmmədov tədbiri açılışını etmiş və məlumat vermişdir.

     Tədbir zamanı əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində dövlət tərəfindən görülmüş işlər, müvafiq sahədə monitorinqin həyata keçirilməsi üzrə tədbirlər planı və onun icra vəziyyəti barədə ictimaiyyətin məlumatlandırılması, eyni zamanda monitorinqin aparılması üçün təklif olunan metodologiya və pandemiya dövrü üçün monitorinq üsulları barədə ictimai rəyin öyrənilməsi, habelə müvafiq istiqamətdə işlərin daha səmərəli qurulması üçün müzakirələr keçirilmişdir. Tədbirdə Əlil Təşkilatları İttifaqına üzv olan təşkilatların nümayəndələri fəal iştirak etmişlər.  

Əlil Təşkilatları İttifaqı

Mətbuat Xidməti

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 844 dəfə oxunub




Flag Counter






» 6/12/2022- Milli Xalça Muzeyində “İstedad sərhədsizdir” adlı sərgi açılıb

» 6/12/2022- Dünya Bankının tədbirində ölkəmizdəki dayanıqlı sosial müdafiə sistemi və bu sahədə hədəflərdən bəhs olunub

» 6/12/2022- “İşsizin dostu” proqramında hazırda 7,2 min müharibə veteranı, şəhid ailəsi üzvü, əlilliyi olan şəxs işləyir

» 6/12/2022- Əlilliyi olan şəxslərin məşğulluq imkanları müzakirə olunub

» 5/12/2022- QHT-lər bu halda cərimələnəcək - QANUN LAYİHƏSİ

» 3/12/2022- Qrant müsabiqəsinin qalibləri elan edildi - SİYAHI

» 3/12/2022- QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun 10-21 oktyabr 2022-ci il tarixlərində keçirdiyi 16-cı qrant müsabiqəsinin qalibləri müəyyən edilib.

» 3/12/2022- 3 dekabr 2022. “İnklüziv inkişaf üçün transformativ həllər: əlçatan və ədalətli dünyanı gücləndirməkdə innovasiyaların rolu”.

» 3/12/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/12/2022- “Azərbaycanda mina partlayışı qurbanlarına yardım” mövzusunda dəyirmi masa keçirilmişdir.

» 1/12/2022- Pensiyaçılar arasında keçirilən “Zəfər turniri”nin final mərhələsi və “İstedadlı pensiyaçı” layihəsinin təqdimatı olub

» 30/11/2022- Avropa İttifaqı "Yerüstü minalarsız Cənubi Qafqaz" regional kampaniyasını dəstəkləyir

» 30/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/12/2022- QHT Agentliyinin dəstəyilə uşaq inkişaf mütəxəssisləri üçün maarifləndirmə tədbiri təşkil olunub

» 30/11/2022- "Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası" adlı layihə

» 30/11/2022- "Biz Birik - Sağlam və inklüziv həyat" layihəsi çərçivəsində sosial çarx

» 29/11/2022- Sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi layihəsi uğurla başa çatdı

» 29/11/2022- "Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası" adlı layihə sona çatdı!

» 26/11/2022- "Biz bir ailəyik - biz qalibik" adlı tədbir keçirilmişdir

» 25/11/2022- Agentlikdə Əvəz Həsənovun xatirəsi anılıb