28 Noyabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
13/8/2020 (11/08) Lənkəran şəhərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi istifadəyə verildi


Lənkəran şəhərində Əlilliyi olan şəxslər üçün
Regional Bərpa Mərkəzi istifadəyə verildi

Bu il əsasən bölgələrdə 8 yeni bərpa mərkəzinin açılması nəzərdə tutulub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Lənkəran şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

Mərkəzin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov, Lənkəran şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev, mərkəzin əməkdaşları, əlilliyi olan şəxslər iştirak ediblər.

C.Əbdül-Qədirov əlilliyi olan şəxslərin, tibbi-sosial reabilitasiya imkanlarının artırılmasının Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. O, dövlət başçısının tapşırığına əsasən, ölkədə reabilitasiya infrastrukturunun müasirləşdirilməsi və genişləndirilməsi istiqamətində aparılan işləri diqqətə çatdırıb. 2019-cu ilin sonlarında Yevlax və Naftalan Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzləri, Mərdəkan Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatı, Protez-Ortopedik Bərpa Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildiyini deyib. Onların hər birində yüksək səviyyəli reabilitasiya şəraiti yaradıldığını qeyd edib.

C.Əbdül-Qədirov bildirib ki, bu il Sumqayıt, Xaçmaz, Şəki, Şirvan şəhərlərindəki Regional Bərpa Mərkəzlərinin, Şağan Əlilliyi olan şəxslərin Müalicə Pansionatının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi nəzərdə tutulub. Eyni zamanda, sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya mərkəzləri şəbəkəsinin respublikamızın bölgələri üzrə genişəndirilməsi də nəzərdə tutulur. Bu məqsədlə cari ildə Şəmkir və Qəbələ rayonlarında da bu ilin Uşaq Bərpa Mərkəzlərinin açılması planlaşdırılır.

Ümumən bu il 8 yeni bərpa mərkəzinin açılması nəticəsində reabilitasiya xidmətləri göstərilənlərin illik sayı iki dəfə artaraq 28 minə çatacaq.

Tədbirdə əlilliyi olan şəxslər onlara yönələn sosial müdafiə tədbirlərinin gücləndirilməsinə, reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması və bərpa imkanlarının artırılması sahəsində görülən mühüm işlərə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. 

Sonra mərkəzdə yaradılan şəraitə baxış olub.

Yeni istifadəyə verilən müəssisədə Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonları üzrə il ərzində 350 əlilliyi olan şəxsə effektiv fizioterapevtik üsulların tətbiqi əsasında tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək. Mərkəz limfodrenaj, ozonoterapiya, maqnitoterapiya, hidroterapiya və digər yeni müasir tibbi-reabilitasiya aparatları və avadanlıqlarla da təchiz edilib. 

AZƏRBAYCAN RESPUBLİKASI

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1143 dəfə oxunub




Flag Counter






» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü

» 30/9/2023- “Maddi-mədəni irsimizin qorunması” qısametrajlı sənədli filmin təqdimatı keçirilib.

» 29/9/2023- “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi liə bağlı tədbirlərin təşkili ” layihəsi bitirmişdir.

» 30/9/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 29/9/2023- Milli Şəhərsalma forumları - Azərbaycanın şəhərsalma təcrübəsini bölüşdüyü beynəlxalq platforma

» 29/9/2023- Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib