17 Aprel 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
14/7/2020 Əlil Təşkilatları İttifaqı Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribatı ilə əlaqədar bəyanat yayıb


Əlil Təşkilatları İttifaqı  Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin

Tovuz istiqamətində təxribatı ilə əlaqədar bəyanat yayıb

   Son günlər Ermənistan silahlı qüvvələri Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində təxribat törətmiş, ordumuzun mövqelərini ağır artileriya qurğularından atəşə tutmuş, ərazilərimizi zəbt etməyə cəhd etmişlər. Bununla əlaqədar olaraq  Əlil Təşkilatları İttifaqınına daxil olan 41 təşkilat bəyanat yayıb.

   Bəyanatda deyilir: “Qəfil hücum zamanı ordumuzun komandir, zabit və əsgərləri şəhid olub, yaralılar var. Ali Baş Komandanımızın qəti iradəsi ilə Azərbaycan Ordusunun ərazi bölmələri yüksək peşəkarlıq və döyüş ruhu nümayiş etdirərək rəşadət göstərmiş, düşmən ordusunu itkilərə məruz qoyaraq geri çəkilməyə məcbur etmişdir. Bu, Milli Ordunun yüksək döyüş hazırlığını, möhkəm maddi-texniki bazaya malik olduğunu, zabit və əsgərlər arasında yüksək  vətənpərvərlik ruhunun hökm sürdüyünü göstərir.

    Ermənistan  dövləti bu təxribatı tərətməklə nöbəti dəfə təcavüzkar siyasətini büruzə verdi. Azərbaycanın tarixi ərazilərində dövlət qurmuş, siyasətini məkirli niyyətlərlə formalaşdıran Ermənistan dövləti zaman-zaman işğalçılıq niyyətlərindən əl çəkmir, əsassız ərazi hərisliyindən usanmır.  Lakin onlar unudurlar ki, indi Azərbaycan hər bir sahədə, o cümlədən ordu quruculuğu sahəsində bölgədə lider ölkələrdən biridir və Ali Baş Komandanın əmri ilə hər an işğal olunmuş torpaqlarını azad etmək iqtidarındadır”.

    Bəyanat müəllifləri Milli Ordunun ölkəmizin ərazi bütövlüyü uğrunda göstərdiyi igidlik nümunəsi təqdir edir,  müqədddəs Vətən torpağlarının müdafiəsi uğrunda canlarını fəda edən şəhidlərimizə rəhmət, yaralı döyüşçülərimizə şəfa diləyək bildirilər: “Biz  Əlil Təşkilatları İttifaqı ətrafında birləşən təşkilatlar, əlilliyi olan şəxslər, o cümlədən Azərbaycanın ərazi bütövlüyü uğrunda əlil olmış vətəndaşlarımız beynəlxalq birliyin Ermənistanın təxribatlarına qarşı çıxaraq onu durdurmağa və Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünün təmin olunmasına çağırırıq”.

Allah şəhidlərimizə rəhmət eləsin.

Yaralılarımıza Allahdan şəfa diləyrik.

Ali Baş Komandana, əsgər və zabitlərimizə, Azərbaycan xalqına qələbə sevinci arzulayırıq!

 

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 657 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 12/4/2021- Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

» 10/4/2021- Sosial xidmətlərə ehtiyac səviyyəsini qiymətləndirmək məqsədilə onlayn sorğu keçirilir

» 10/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/4/2021- Yaralanmış hərbçilərin əyani müayinələr əsasında əlilliyinin qiymətləndirilməsi davam edir

» 2/4/2021- Reabilitasiya vasitələri ilə təminat sisteminin təkmilləşdirilməsi sahəsində görüləcək işlərlə bağlı onlayn toplantı olub

» 31/3/2021- Dünya Bankı ilə sosial sahədə gələcək əməkdaşlıq məsələləri müzakirə edildi

» 31/3/2021- 31 March is the day of Genocide of the Azerbaijanis

» 30/3/2021- Prezident İlham Əliyev Bakıda 4 saylı DOST Mərkəzinin açılışında iştirak edib.

» 30/3/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 25/3/2021- Bir qrup Azərbaycan ziyalısı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət edib.

» 20/3/2021- BAHAR BAYRAMINIZ, YENİ GÜNÜNÜZ, YENİ İLİNİZ MÜBARƏK!

» 17/3/2021- Əlilliyin qiymətləndirilməsi və təyin olunması meyyarları müzakirə olunmuşdur.

» 16/3/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/3/2021- Əlilliyi olan qadınlar və Qarabağ müharibəsi veteranları ilə bağlı birgə layihə yeni dəstək istiqamətləri əlavə edilməklə genişləndirilir

» 11/3/2021- Nazir Sahil Babayev İctimai şuranın yeni tərkibdə üzvləri ilə görüşüb

» 10/3/2021- Vətən müharibəsində yaralanmış qazilərin mühərrikli təkərli oturacaqla təminatına başlandı

» 7/3/2021- İşləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır

» 1/3/2021- Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər