18 May 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
27/6/2020 Dünya Bankı və Azərbaycan Hökuməti arasında “Məşğulluğa Dəstək Layihəsi” üzrə kredit sazişi imzalanıb


Dünya Bankı və Azərbaycan Hökuməti arasında

“Məşğulluğa Dəstək Layihəsi” üzrə kredit sazişi imzalanıb

Özünüməşğulluq proqramının  genişləndirilməsinə dəstək məqsədi daşıyan layihə

22 min işsiz şəxsin kiçik biznesə yiyələnməsini təmin edəcək

Dünya Bankı və Azərbaycan Hökuməti arasında ölkəmizdə özünüməşğulluq proqramının  genişləndirilməsində Dünya Bankı ilə əməkdaşlığı nəzərdə tutan “Məşğulluğa Dəstək Layihəsi” üzrə kredit sazişi imzalanıb.

Mühüm sosial-iqtisadi önəm kəsb edən bu layihənin hazırlanması və imzalanması Prezident İlham Əliyevin 2019-cu ilin 22 yanvar tarixində Davos Dünya İqtisadi Forumunda iştirakı çərçivəsində Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva ilə görüşü zamanı özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankı ilə əməkdaşlığa dair əldə olunmuş razılığın nəticəsidir.

Layihə ən yaxşı təcrübələr əsasında özünüməşğulluq proqramının genişləndirilməsi və işsiz kimi qeydiyyatda olan məcburi köçkünlərin, ünvanlı dövlət sosial yardımı alanların, qadınların, gənclərin və həssas qruplardan olan digər şəxslərin bu proqrama cəlb edilərək onlar üçün Dünya Bankının vəsaitləri hesabına kiçik bizneslərin yaradılmasıdır.

2020-2025-ci illəri əhatə edən layihə üzrə bu müddətdə qeyd edilən kateqoriyalardan olan 22 min işsiz şəxsin proqrama cəlb edilməsi nəzərdə tutulur.

Onlara ilk növbədə “Öz biznesini başlat və təkmilləşdir” adlı təlimlərdə kiçik biznesə başlamaq üçün müvafiq bilik və bacarıqlar  öyrədiləcək. Sonra isə həmin şəxslərin natura formasında aktivlərlə təmin olunmaqla kiçik müəssisələrinin yaradılması və kiçik biznesə yiyələnmələri təmin olunacaq.

Qeyd edilən 22 min şəxsdən 2 min nəfərinin 2020-ci il üzrə təlimlərə cəlb edilməsi və aktivlərlə təminatı planlaşdırılır. Ümumilikdə isə bu göstərici də daxil olmaqla, 2020-ci il ərzində Azərbaycanda 12 min nəfərin özünüməşğuluq proqramı üzrə kiçik ailə təsərrüfatları yaradılacaq. Layihənin sonrakı 4 ilinin hər birində 5 min şəxsin proqrama cəlbi planlaşdırılır.

Layihədə özünüməşğuluq proqramının icrası sahəsində innovativ həll yollarının tətbiqi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti əməkdaşları üçün təlimlərin keçirilməsi, ünvanlı sosial yardımdan özünüməşğulluğa keçid strategiyasının hazırlanması da nəzərdə tutulur. Eyni zamanda, məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsi (o cümlədən əmək bazarının qiymətləndirilməsi, Peşə Təlim Mərkəzlərinin genişləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı strategiyanın hazırlanması, işaxtaranların məlumatlandırılması və s.), layihənin idarəedilməsi, monitorinq və qiymətləndirilməsi də layihənin əsas komponentləridir.

 

AZƏRBAYCAN RESPUBLİKASI

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ   



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 611 dəfə oxunub




Flag Counter






» 10/5/2021- Ümumilli lider Heydər Əliyevin anadan olmasından 98 il keçir.

» 9/5/2021- Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.

» 9/5/2021- Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Avropa Gününü qeyd edir.

» 07/5/2021- Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi

» 5/5/2021- Ötən illərdə düzgün hesablanmadan aşağı məbləğdə təyin olunmuş pensiyalar müəyyən edilərək artırılıb

» 5/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/5/2021- Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair onlayn tədbir təşkil edib

» 30/4/2021- Qəbələ və Şəmkirdə tikilən Uşaq Reabilitasiya Mərkəzlərinin bu il istifadəyə verilməsi nəzərdə tutulur

» 30/4/2021- Aktiv məşğulluq tədbirləri sahəsində Litva ilə əməkdaşlıq həyata keçiriləcək

» 1/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/5/2021- Əmək və sosial siyasət komitəsində dinləmə keçirilib

» 30/4/2021- Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vusal Quliyev isə sədr müavini seçilib.

» 30/05/2021- Allah rəhmət eləsin.

» 28/4/2021- QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri müəyyənləşdi

» 28/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/4/2021- Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirilib - FOTO+VIDEO (qht.az)

» 27/4/2021- Özünüməşğulluq proqramına cəlb olunanlar əsasən həssas qruplardan olanlar, qadınlar və gənclərdir

» 26/4/2021- Çernobıl əlillərinin sosial təminatı sahəsində hansı işlər aparılır?

» 26/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/4/2021- QHT sədri koronovirusdan vəfat etdi