19 Sentyabr 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
26/6/2020 ŞURANIN DƏSTƏYİLƏ İTALİYA VƏ UKRAYNANIN SƏHİYYƏ İSTİQAMƏTLİ TƏŞKİLATLARI İLƏ TƏCRÜBƏ MÜBADİLƏSİ APARILIB


ŞURANIN DƏSTƏYİLƏ İTALİYA VƏ UKRAYNANIN SƏHİYYƏ İSTİQAMƏTLİ TƏŞKİLATLARI İLƏ TƏCRÜBƏ MÜBADİLƏSİ APARILIB

25 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Vərəm əleyhinə Avropa Koalisiyasının əlaqələndirici dəstəyi ilə “Sağlamlığa Xidmət” İctimai birliyi tərəfindən “Vərəm və COVİD-19 pandemiyası ilə birgə mübarizə” layihəsi çərçivəsində "Vətəndaş Cəmiyyəti təşkilatlarının COVİD-19 pandemiyası dövründə səhiyyə sistemlərinə dəstəyi - Beynəlxalq təcrübə" mövzusunda növbəti onlayn konfrans keçirilib.

Konfransın məqsədi İtaliya və Ukraynanın səhiyyə yönümlü qeyri-hökumət təşkilatlarının (QHT) pandemiya zamanı həyata keçirdikləri müsbət təcrübələri öyrənmək, koronavirusla mübarizədə Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyətini təşkilatlarını beynəlxalq təcrübə ilə tanış etmək və təcrübə mübadiləsi aparmaq idi. 

Konfransı açılış nitqi ilə açan Azərbaycan Milli QHT Forumunun Prezidenti Rauf Zeyni Azərbaycanda QHT-lərin pandemiya dövründə aktiv fəaliyyəti barədə qeyd edərək, tədbir təşəbbüskarlarına təşəkkür edib.

Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyası sədri Elchin Mukhtarli Koalisiyanın son dövrlərdə pandemiya ilə mübarizədə aktiv fəaliyyətə başladığını vurğulayaraq, tədbirin önəmini qeyd edib.

“Ukraynanın Pasiyentləri” təşkilatının İcraçı direktoru İnna İvanenko və “Koronavirusla mübarizədə birləşək” təşəbbüsünün koordinatoru Maria Qrişina ölkədəki vəziyyət, təşkilatın pandemiya ilə mübarizə üçün 707 782 ABŞ dolları həcmində vəsaiti necə toplaması, 154 xəstəxanaya, eləcə də 5000 nəfər tibb işçisinə necə sosial dəstək göstərmələri haqda təqdimatla çıxış etdilər. Biznes qurumlarla əməkdaşlıq üçün asan başa düşülən alqortimlər, şəffaf maliyyə hesabatlığı üçün ictimai vahid elektron mühasibat sistemi yaradılmışdır. Bütün ölkəni əhatə edən könüllülər şəbəkəsi köməyilə həssas qrupdan olan insanlara tibbi ləvazimat dəstəyi təmin edilib. İnna İvanenko, Azərbaycanla müqayisədə Ukraynada yoluxanların və ölənlərin sayının dəfələrlə çox olduğunu da qeyd etdi.

“Zaporuka” Xeyriyyə Fondunun nümayəndəsi Yana Daşkovska COVID-19 dövründə Pediatrik Onkologiyada yaranmış çətinliklər və cəmiyyət tərəfindən görülmüş işlər barədə təqdimatla çıxış etdi. Afina Xərçəngə qarşı qadınlar QHT-in pandemiya dövründə fəaliyyətlərini təşkilatın sədr müavini və xərçəngə qalib gəlmiş şəxs Viktoriya Romanyuk qeyd etdi. Karantin dövründə xərçəng xəstəliyinin aşkarlanmasında fasilələr yarandığını qeyd etdi.

İtaliyanın Soleterre Onlus Fondunun Prezidenti Damiano Rizzi və Fondun Strateji Əməkdaşlıq üzrə bölmə rəhbəri Stefano Oltolini Pavia-Lombardi xəstəxanasında Fondun 11 psixoloqunun Koronavirus xəstələrinə birbaşa necə psixoloji yardım göstərməsi haqqında məlumat veriblər. Xəstəxanada xəstə sayının çox olması, hər kəsin müalicə edilə bilməsinin mümkünsüzlüyü, xəstənin daxili dünyasına toxunmanın mümkünsüzlüyü, ailə üzvləri ilə əlaqənin mümkünsüzlüyü, həkimlər və tibb işçilərinin də xəstəlik tutma qorxusu kimi problemlərlə üzləşilirdi. Virus yayıldığından Soleterre Pavia xəstəxanasına maksimum  dərəcədə əməkdaşlıq təklif edib. Bu xəstəxanada 3 ay ərzində 397 aktiv xəstənin vəfat etdiyini bildirib. Soleterre komandasının 11 psixoloqu həm fiziki fəaliyyətlərə həm də onlayn müdaxilə üçün hazır idilər. Onlar koronavirus xəstələrinə, onların ailə üzvlərinə və tibb işçilərinə psixoloji dəstəyi layihə çərçivəsində tam ödənişsiz şəkildə həyata keçiriblər. Fondun prezidenti daha çox insana xidmət göstərmək üçün psixoloji dəstəyi rəqəmsallaşdırdıqlarını da qeyd etdi. 

Tədbir interaktiv müzakirələrlə davam edib. Tədbiri 65-ə yaxın iştirakçı birbaşa və 390-dan çox iştirakçı canlı yayımla social şəbəkə  üzərindən izləyib.

    
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 335 dəfə oxunub




Flag Counter






» 18/9/2020- Əmək müqaviləsi ilə çalışan əlilliyi olan şəxslərin sayı

» 17/9/2020- Nazir Sahil Babayev özünüməşğulluq proqramı çərçivəsində yeni yaradılmış kiçik müəssisələrə baxış keçirdi

» 16/9/2020- UNEC tələbəsi Birləşmiş Krallığın dəstəyilə "British Council" tərəfindən keçirilən "Creative Spark" müsabiqəsində dünya çempionu olub.

» 16/9/2020- "Əlilliyi olan aztəminatlı ailələrə sosial dəstək"

» 15/9/2020- Şirvan şəhərində müasir Reabilitasiya Mərkəzi açıldı

» 14/9/2020- “Qəhrəmanlarımız qürur mənbəyimizdir”

» 10/9/2020- Yenə standartlara uyğun olmayan ramp, əlilliyi olan şəxslərə qarşı laqeydlik, yanlış məlumat.

» 10/9/2020- Ağstafada 16 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlərlə təmin olundu

» 9/9/2020- Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi evlər verildi

» 8/9/2020- Qaradağ, Xətai, Binəqədi, Nərimanov, Saatlı, Sabirabad, Şuşa və Zəngilan rayonları üzrə xüsusi və güzəştli şərtlərlə pensiya təyin olunanların nəzərinə

» 5/9/2020- Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə bu dəfə həndbol üzrə inkluziv idman yarışları keçirildi

» 4/9/2020- AR Milli Məclisinin İnsan Hüquqları Komitəsi tərəfindən insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərlə birgə video-konfrans keçirmişdir.

» 3/9/2020- Əlilliyi olan uşaqların qatıldığı inkluziv idman yarışları təşkil edilib

» 2/9/2020- Bakıda Mərdəkan-Buzovna-Bilgəh magistral yolunda yeni piyada körpüsü istifadəyə verilib.

» 1/9/2020- “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi hüquqi yardımların göstərilməsi layihəsinin icrasına başladı

» 1/9/2020- Sosial-psixoloji reabilitasiya xidmətləri təkmilləşdirilir

» 31/8/2020- Daha 155 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri yaşadıqları rayonlara aparılaraq verilib

» 28/8/2020- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 27 avqust tarixli 309 nömrəli Qərarı ilə “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın “I. Evdə təhsil almaq hüququ verən xəstəliklərin Siyahısı” bölməsi yeni redaksiyada təsdiq edilmişdir.

» 28/8/2020- “Benefisiar sahibliyin açıqlanması”

» 27/08/2020- Bu gün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərlə işləyən 74 QHT rəhbəri ilə onlayn görüş keçirib.