XƏBƏRLƏR




- 12/6/2020 Əlilliyi olan şəxslərin ifalarından ibarət “Qəlbin nəğməsi” musiqi albomu nəşr edildi
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni layihəsi
Əlilliyi olan şəxslərin ifalarından ibarət “Qəlbin nəğməsi”
musiqi albomu nəşr edildi
Tanınmış müğənnilərlə duetlərin də yer aldığı albomun ASAN Radioda təqdimatı keçiriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi istedad və bacarıqları ilə seçilən əliliyi olan şəxslərin və onların yaradıcılıq nümunələrinin cəmiyyətə tanıdılması istiqamətində növbəti layihəni gerçəkləşdirib.
Nazirlik tərəfindən ölkədə ilk dəfə olaraq əlilliyi olan şəxslərin ifalarından ibarət toplu -“Qəlbin nəğməsi” adlı musiqili albom hazırlanıb.
Topluda istedadlı əlilliyi olan şəxslərin ifalarında klassik, milli və müasir musiqi əsərləri təqdim edilir. Layihənin daha bir özəlliyi albomda əlilliyi olan şəxslərin tanınmış müğənnilərlə birgə ifa etdiyi musiqi əsərlərinin olmasıdır.
Avroviziya mahni müsabiqəsində ölkəmizi təmsil edəcək Samirə Əfəndi ilə birgə əlilliyi olan şəxslərin ifasında Azərbaycanın Dövlət Himni ilə başlayan alboma sağlamlıq imkanları məhdud gənclərin ifa etdiyi, ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Sən elə bir zirvəsən” mahnısı da daxil edilib.
Həmçinin topluda Aysel Əlizadənin, Turanə Həmidovanın (əməkdar artist Aygün Bəylərlə birgə), Gülnar Rəhimovanın, Elgiz Babazadənin, Sima Tapdıqovanın, Mehman Çingizoğlunun, Bəhlul Tufanın (Şəmistan Əlizamanlı ilə birgə), Fərqan Arifoğlunun, Seymur Əliyevin, Sadiq Həsənovun, Gülnar Novruzovanın (İlqar Xəyalla birgə), Murad Sadıxın, Fatimə Əkbərlinin səsləndirdiyi mahnılar disk və fləşkartda təqdim edilir.
“Qəlbin nəğməsi” albomu Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilib. Agentlik tərəfindən müəlliflik hüququna dair şəhadətnamə verilib.
Yaxın günlərdə ASAN Radio – 100 FM-də layihənin təqdimatı keçiriləcək. Veriliş Nazirliyin və ASAN Radionun facebook səhifələrində canlı yayımlanacaq.
2 həftə ərzində ASAN Radioda albomda olan musiqi nömrələri səsləndiriləcək, geniş dinləyici auditoriyasına təqdim ediləcək.
Bundan əvvəl Nazirlik tərəfindən əlilliyi olan şəxslərin yaradıcılıq uğurları barədə məlumatları əhatə edən 280 səhifəlik “Əlillik qüsur deyil” kitab-albomu hazırlanaraq Azərbaycan və ingilis dillərində nəşr etdirilib. Nazirliyin dəstəyi ilə görmə imkanları məhdud şəxslərin şeirlərindən ibarət “Zülməti dələn işıq” kitabı nəşr olunub. Əlilliyi olan insanların çalışdığı ƏSA Teatrı ilə əməkdaşlıq çərçivəsində bir sıra tamaşalar hazırlanaraq təqdim edilib.
AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ
Bu xəbər 1096 dəfə oxunub