22 Sentyabr 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
22/5/2020 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib.


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib.

Onlayn görüşdə Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnu Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli bölməsinin sədri Səadət Bənənyarlı, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, Azərbaycan İnsan Hüquqları Mərkəzinin direktoru Eldar Zeynalov və Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Zaliha Tahirova, həmçinin Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı və Aparatın İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri Rəşid Rumzadə iştirak ediblər.

Müvəkkil onlayn görüşdə iştirak edən QHT nümayəndələrini salamlayaraq qarşıdan gələn müqəddəs Ramazan bayramı və 28 may – Respublika Günü münasibətilə onları təbrik edib, xoş arzularını bildirib.

Səbinə Əliyeva Müvəkkil kimi səlahiyyətlərinin icrasına başladığı ilk günlərdən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa xüsusi önəm verdiyini, qısa zaman kəsiyində təşkil edilən tədbirlərə QHT nümayəndələrin də cəlb olunduğunu, bu əməkdaşlığın gələcək istiqamətlərinin müzakirəsi məqsədilə geniş bir toplantının keçirilməsinin qərara alındığı, lakin yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə əsasən ölkəmizdə kütləvi tədbirlərin müvəqqəti olaraq dayandırılmasına görə canlı görüşün baş tutmadığını bildirib. Ombudsman qeyd edib ki, pandemiyadan sonra QHT nümayəndələri ilə birgə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Müasir dövrdə QHT-lərin vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prosesinin vacib elementlərindən birinə çevrildiyi, dövlət tərəfindən həyata keçirilən islahatlarda vətəndaş cəmiyyəti institutlarının fəal şəkildə iştirak etməsinə şərait yaradıldığı, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq olunması haqqında” ölkə Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamında bu sənədin həyata keçirilməsində vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq edilməsinin icra orqanları qarşısında bir tapşırıq olaraq müəyyən edildiyi  bildirilib.

Milli insan hüquqları təsisatı olaraq fəaliyyətə başladığı ilk dövrdən müxtəlif profilli çoxsaylı QHT-lərin təmsil olunduğu Ombudsman yanında Müstəqil Ekspertlər Şurasının yaradılmasının əhəmiyyətli olduğunu vurğulayan Müvəkkil vətəndaş cəmiyyəti institutları, o cümlədən QHT-lərlə insan hüquqları sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb.

Ombudsman Müstəqil Ekspertlər Şurasının gələcək fəaliyyət istiqamətləri və prioritetlər haqqında məlumat verib, o cümlədən BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, beynəlxalq təşkilatlara veriləcək hesabatların hazırlanması, qanunvericilik üzrə təkliflərin irəli sürülməsi, hüquqi maarifləndirmə işinin aparılması və digər sahələrdə əlaqələndirilmiş fəaliyyət göstərəcəyini bildirib.

Görüşdə Müstəqil Ekspertlər Şurasının gələcək fəaliyyəti, qanunvericiliyin insan hüquqlarının müdafiəsi baxımından təkmilləşdirilməsi, ictimai nəzarətin həyata keçirilməsi, korrupsiyaya qarşı mübarizə, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa əlavə və dəyişikliklərin edilməsi istiqamətində Ombudsmanın QHT-lərlə əməkdaşlığı mövzularında səmərəli fikir mübadiləsi aparılıb.

Onlayn görüşdə iştirak edən QHT rəhbərləri tərəfindən Müstəqil Ekspertlər Şurasının fəaliyyətini tənzimləyən Əsasnamənin bir daha müzakirə olunaraq təkmilləşdirilməsi, bəhs olunan Şura nəzdində müxtəlif istiqamətlər üzrə işçi qruplarının formalaşdırılması, Ombudsmanın fəaliyyətinin daha da gücləndirilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq və regional insan hüquq müdafiə təşkilatları ilə əməkdaşlığın inkişaf etdirilməsi, təsisatın əməkdaşları ilə birlikdə insan hüquqları sahəsində müvafiq araşdırmaların, monitorinqlərin aparılması, əhalinin müxtəlif kateqoriyalarına ünvanlanan birgə maarifləndirmə işinin təşkili üzrə təkliflər verilib.

Görüş çərçivəsində aparılan müzakirələrin insan hüquqlarının müdafiəsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb və gələcəkdə belə görüşlərin sistemli şəkildə davam etdirilməsi qərara alınıb.

http://www.ombudsman.gov.az/az/view/news/1830/ombudsman-bir-qrup-qht-rehberi-ve-huquq-mudafiechisi-ile-onlayn-gorush-kechirib

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 373 dəfə oxunub




Flag Counter






» 21/9/2020- Naftalan, Ağstafa və Lerikdə 14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlərlə təmin olundu

» 19/9/2020- “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib

» 18/9/2020- Əmək müqaviləsi ilə çalışan əlilliyi olan şəxslərin sayı

» 17/9/2020- Nazir Sahil Babayev özünüməşğulluq proqramı çərçivəsində yeni yaradılmış kiçik müəssisələrə baxış keçirdi

» 16/9/2020- UNEC tələbəsi Birləşmiş Krallığın dəstəyilə "British Council" tərəfindən keçirilən "Creative Spark" müsabiqəsində dünya çempionu olub.

» 16/9/2020- "Əlilliyi olan aztəminatlı ailələrə sosial dəstək"

» 15/9/2020- Şirvan şəhərində müasir Reabilitasiya Mərkəzi açıldı

» 14/9/2020- “Qəhrəmanlarımız qürur mənbəyimizdir”

» 10/9/2020- Yenə standartlara uyğun olmayan ramp, əlilliyi olan şəxslərə qarşı laqeydlik, yanlış məlumat.

» 10/9/2020- Ağstafada 16 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlərlə təmin olundu

» 9/9/2020- Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi evlər verildi

» 8/9/2020- Qaradağ, Xətai, Binəqədi, Nərimanov, Saatlı, Sabirabad, Şuşa və Zəngilan rayonları üzrə xüsusi və güzəştli şərtlərlə pensiya təyin olunanların nəzərinə

» 5/9/2020- Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə bu dəfə həndbol üzrə inkluziv idman yarışları keçirildi

» 4/9/2020- AR Milli Məclisinin İnsan Hüquqları Komitəsi tərəfindən insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərlə birgə video-konfrans keçirmişdir.

» 3/9/2020- Əlilliyi olan uşaqların qatıldığı inkluziv idman yarışları təşkil edilib

» 2/9/2020- Bakıda Mərdəkan-Buzovna-Bilgəh magistral yolunda yeni piyada körpüsü istifadəyə verilib.

» 1/9/2020- “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi hüquqi yardımların göstərilməsi layihəsinin icrasına başladı

» 1/9/2020- Sosial-psixoloji reabilitasiya xidmətləri təkmilləşdirilir

» 31/8/2020- Daha 155 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri yaşadıqları rayonlara aparılaraq verilib

» 28/8/2020- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 27 avqust tarixli 309 nömrəli Qərarı ilə “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın “I. Evdə təhsil almaq hüququ verən xəstəliklərin Siyahısı” bölməsi yeni redaksiyada təsdiq edilmişdir.