25 Yanvar 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
16/4/2020 Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) üzvlərinin onlayn konfransı keçirilmişdir.


Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) üzvlərinin onlayn konfransı keçirilmişdir.

    Konfransda COVİD-19 pandemiyası ilə əlaqədar vəziyyət, görülən işlər və Əlil Təşkilatları İttifaqının Dövlət qeydiyyatından keçməsinin 15 illiyi müzakirə olunmuşdur.

   Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli ölkə prezidenti İlham Əliyevin  və Birinci Vitse-prezident Mehriban Xanım Əliyevanın apardıqları qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alnmasını qeyd etmişdir.

   Cənab Prezidentin “Biz birlikdə  güclüyük” çağırışı Respublikada bir şuara çevrilmişdir. Prezident 19 mart 2020-ci il tarixdə müvafiq sərəncam imzalamışdır. Sərəncamdan irəli gələn məsələrin icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planında sosial müdafiə, məşğulluq sahələri üzrə 4 istiqamət üzrə fəaliyyətlər həyata keçirilir. Bu fəaliyyətləri aidiyyatı dövlət qurumları yerinə yetirir.

   Bunun əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də üzərinə böyük məsuliyyət düşür. Nazirliyin gördüyü işlər xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, yüksək keyfiyyətlə həyata keçirilir. Nazir Sahil Babayevin yüksək səriştəsi və bacarığı sayəsində bütün resurslar səfərbər olunaraq   üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər. 142 Çağrı Mərkəzi, DOST Mərkəzi, müvafiq xidmət sahələri gücləndirilmiş, gərqin iş rejimi şəraitində işləyir, yaşı 65-dən yuxarı vətəndaşlara sosial xidmət, əlilliyi olan şəxslərə sosial dəstək və imtiyazlar sosial müdafiənin mühüm komponentləri kimi təmin olunur. 120 000-dən çox işsiz vətəndaşlarımıza 23 miyon manatdan çox vəsaitin onların hesabına köçürülmüşdür.

   Bunlarla yanaşı vətəndaş cəmiyyəti, o cümlədən əlilliyi olan şəxslər və onların təşkilatları müvafiq qaydalara riayət olunması, maarifləndirmə, sosial xidmətlərin göstərilməsi, aztəminatlı ailələrə yardımların verilməsində öz tövhələrini verirlər.

   Təəssüflə qeyd olunmuşdur ki, bəzi qüvvələr mövcud vəziyyətdən istifadə edərək birlik, həmrəylik nümayiş etdirmək əvəzinə çirkin məqsədlərini həyata keçirmək üçün destruktiv fəaliyyətlərlə məşğul olurlar. Konfransda Əlil Təşkilatları İttifaqına üzv təşkilatların rəhbərləri çıxışlarında ölkə rəhbərliyi tərəfindən həyata keçirilən fəaliyyətlər müsbət qiymətləndirilmiş və özlərinin həyata keçirtdikləri işlərlə həmrəylik və dəstəyin verilməsini qeyd etdilər.

   

Bununla yanaşı təşkilat rəhbərlri müvafiq təkliflərini də verdilər.

  • QHT-könüllülərinə karantin dövründə icazələrin verilməsi
  • Dövlətin gördüyü işləri təşviq etmək
  • Dezinformasiyalara münasibət bildirilməsi
  • Könüllülərin və xidmət göstərənlərin təlimləndirilməsi
  • Veteranlara  və az miqdarda müavinat alanlara işsizliyə görə təyin olunan 190 manat vəsaitin şamil olunması
  • Ərzaq təminatının gücləndirilməsi üçün, xüsusilə kənd yerlərində yaşayan əhaliyə güzəştlərin olunması.

 

    Konfrans iştirakçıları görülən təqdirəlayiq işlərə görə Respublika Prezidentinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə münasibət bildirməyi  və  dövlətimizin imicinə hər hansı bir formada ziyan gətirmək istəyən qeyri-sağlam qüvvələrin fəaliyyətlərin pislənməsini qeyd etdilər.

 

   Əlil Təşkilatları İttifaqının yaradılmasının vacibliyi, onun QHT sektorunda rolu, 15 il ərzində həyata keçirilmiş fəaliyyətləri iştirakçılar müsbət qiymətləndirdilər, problemlər, gələcək fəaliyyətlər barədə fikir və təkliflərini bildirdilər.  

  

 

 

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 615 dəfə oxunub




Flag Counter






» 25/1/2021- Prezident İlham Əliyevdən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha bir qayğı

» 21/1/2021- Son bir ayda qazilərdən ehtiyacı olanlara 600-dən çox reabilitasiya vasitəsi verilib

» 20/1/2021- Milli iradəmizin zəfər çaldığı gün.

» 18/1/2021- Müharibədə xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasına başlanır

» 18/1/2021- 2021-ci ilin hansı sosial hədəfləri var?

» 18/1/2021- “Sağlamliq Imkanlari Məhdud Uşaqlara Səyyar Sosial Reabilitasiya Xidmətinin Göstərilməsi”

» 15/1/2021- Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə olub

» 15/1/2021- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qaziyə yeni mənzilin açarları təqdim edildi

» 14/1/2021- Hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasının operativ, keyfiyyətlə və mərkəzləşmiş şəkildə aparılması üçün komissiya yaradıldı

» 13/1/2021- 1, 5 və 50 manatlıq pul nişanlarının yeni formasında görmə əlilliyi olanlar nəzərə alınmışdır.

» 12/1/2021- “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin Təşkilat Komitəsinin məlumatı

» 11/1/2021- Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin ikitərəfli görüşü olub

» 11/1/2021- Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Bəyanatı

» 12/1/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/1/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 11/1/2021- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın (yeni tərkibdə) üzvlüyünə dair keçiriləcək birgə yığıncaqla (səsvermə) bağlı ELAN

» 8/1/2021- Mahmud Səfərovun ilk dəfə jest dilində filmi.

» 8/1/2021- Azərbaycan Ağsaqqallar Şurasının yeni inzibati binasının açılışı olub

» 7/1/2021- Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib

» 7/1/2021- Əlilliyi olan şəxslərə 35 minə yaxın reabilitasiya vasitəsi verilib