04 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
17/3/2020 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və bütün struktur bölmələrində vətəndaşların qəbulu məhdudlaşdırılıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və bütün struktur bölmələrində vətəndaşların qəbulu məhdudlaşdırılıb

 

Vətəndaşların müraciətləri telefon və elektron əlaqə vasitələri ilə həyata keçirilir

Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək və icrasına ciddi nəzarət edilməsi  məqsədilə Nazirlər Kabinetinin tapşırıqlarına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və Nazirliyin bütün struktur bölmələrində vətəndaşların qəbulu məhdudlaşdırılıb.

Nazirlikdə və Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Xidməti, Dövlət Əmək Müfəttişliyi Xidməti, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və onların yerli qurumlarında, DOST Agentliyi və DOST mərkəzlərində, DOST İş Mərkəzində vətəndaşların fərdi və qrup halında qəbulu təxirə salınıb.

Bununla belə, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi”, “Ünvanlı yardım”, “Əlillik”, “Sığorta”, “Pensiya”, “Məşğulluq”, “E-Arayış”  və s. altsistemləri vasitəsilə həmin istiqamətlərdə əhaliyə xidmətlərin elektron şəkildə göstərilməsi davam etdirilir. Eyni zamanda, e-sosial.az və e-gov.az portalları vətəndaşların istifadəsindədir.

Hər bir vətəndaş e-sosial.az portalında e-Xidmətlər (https://e-sosial.az/#/eServices) bölməsini və ya e-gov.az portalının “Bütün xidmətlər” (https://www.e-gov.az/az/services) bölməsindən Nazirliyin adını seçməklə müraciət edə bilər. 

Eyni zamanda, 142 - Çağrı mərkəzi fəaliyyət göstərir ki, vətəndaşlar nazirliyin bütün fəaliyyət sahələrinə dair məsələlərlə əlaqədar həmin nömrəyə zəng edə bilərlər.

Nazirlikdə  və Nazirliyin bütün struktur bölmələrində vətəndaşlar aşağıdakı nömrələrlə əlaqə saxlayaraq və e-ünvanlara yazaraq da müraciətlərini edə bilərlər:

Nazirlik üzrə: (012) 596 50 34,  (012) 596 50 35;  info@sosial.gov.az

Dövlət Sosial Müdafiə Fondu üzrə: (012) 434 71 31, (012) 432 51 75, (012) 434 60 12; dsmf@mlspp.gov.az

Dövlət Məşğulluq Xidməti üzrə:  (012) 541 98 50, (012) 596 43 01; dmx@mlspp.gov.az

Dövlət Əmək Müfəttişliyi Xidməti üzrə: (012) 594 16 34, (012) 596 47 04; demx@sosial.gov.az

Dövlət Tibbi-Sosial Ekspertiza Xidməti üzrə: (012) 568 46 25; (050) 501 05 93; (050) 501 91 80; (050) 501 07 40; (050) 501 78 70; (050) 501 78 10; dtserx@mlspp.gov.az

DOST Agentliyi və DOST mərkəzləri üzrə: (012) 525 50 26/27; Agentlik üzrə - dost_info@mlspp.gov.az; 1 saylı Bakı DOST Mərkəzi üzrə- dost1_pensiya@sosial.gov.az, dost1_muavinat@sosial.gov.az, dost1_taqaud@sosial.gov.az, dost1_mashgullug@sosial.gov.az; 2 saylı Bakı DOST Mərkəzi üzrə-dost2_pensiya@sosial.gov.az, dost2_muavinat@sosial.gov.az, dost2_taqaud@sosial.gov.az, dost2_mashgullug@sosial.gov.az

DOST İş Mərkəzi üzrə: (012) 497 41 40; (012) 497 41 77; dost_ish@sosial.gov.az   

Dövlət Sosial Müdafiə Fondunun ərazi və rayon (şəhər) şöbələrinin, ərazi və rayon şəhər Məşğulluq Mərkəzlərinin, Ərazi Dövlət Əmək Müfəttişliklərinin və Tibbi-Sosial Ekspert Komissiyalarının əlaqə nömrələri və e-ünvanları isə http://sosial.gov.az/laq-nomrlri   linkində təqdim edilir.

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3013 dəfə oxunub




Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü