XƏBƏRLƏR




- 11/3/2020 Qəbələ və Şəmkirdə inşasına başlanan uşaq bərpa mərkəzləri bu il istifadəyə veriləcək
Qəbələ və Şəmkirdə inşasına başlanan uşaq bərpa
mərkəzləri bu il istifadəyə veriləcək
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən uşaq bərpa mərkəzləri şəbəkəsinin ölkəmizin bölgələri üzrə genişləndirilməsi işləri aparılır.
Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qəbələ və Şəmkir rayonlarında sağlamlıq imkanları məhdud uşaqlar üçün bərpa mərkəzlərinin tikintisinə başlanılıb. Cari ildə tikinti işlərinin başa çatdırılması və mərkəzlərin istifadəyə verilməsi nəzərdə tutulur.
Həmin müəssisələrdə sağlamlıq imkanları məhdud uşaqlara müasir fizioterapiya metodları əsasında kompleks bərpa müalicəsi xidmətləri göstəriləcək. Hər iki bərpa mərkəzində il ərzində 600-dən çox uşaq stasionar və 1000-dək uşaq ambulator formada reabilitasiya xidmətləri ilə təmin olunacaq.
AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ
Bu xəbər 1257 dəfə oxunub