XƏBƏRLƏR




- 29/2/2020 AZƏRTACın 100 illik yubileyi münasibəti ilə təbrik edir, fəaliyyətinizdə yeni uğurlar arzulayıram!
Azərbaycan İnformasiya Agentliyinin Baş Direktoru
Cənab Aslan Aslanova
Hörmətli Aslan müəllim,
Sizi və rəhbərlik etdiyiniz kollektivin üzvlərini AZƏRTACın 100 illik yubileyi münasibəti ilə təbrik edir, fəaliyyətinizdə yeni uğurlar arzulayıram!
AZƏRTAC Respublikamızda və beynəlxalq informasiya məkanında yüksək nüfuza və imicə malik olmaqla yanaşı, mətbuat və jurnalistikaya öz layiqli tövhəsini verir.
Agentlik Əlil Təşkilatları İttifaqının ən yaxın dostlarından biridir. Bizə göstərilən diqqət və qayğı böyük hörmət və ehtirama layiqdir. Bunlara görə bütün AZƏRTAC ailəsinə təşəkkürümüzü bildiririk. İnanırıq ki, əməkdaşlığımız daha da genişlənəcəkdir.
100 yaşlı kollektivin hər bir əməkdaşına can sağlığı, yeni-yeni nailiyyətlər arzulayıram, 100 yaşayın!
Bu xəbər 2154 dəfə oxunub