04 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
28/2/2020 “Hamı üçün müyəssər xoşbəxt şəhər” layihəsi çərçivəsində fokus qrupu ilə görüş keçirilib


Press – Reliz № 07

Bakı şəhəri.                                                                                                                 28 fevral 2020-ci il

“Hamı üçün müyəssər xoşbəxt şəhər” layihəsi çərçivəsində fokus qrupu ilə görüş keçirilib

      Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi Genderə - həssas Dayanıqlı İnkişaf  Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində Lənkəran şəhəri üzrə əlilliyi olan şəxslər üçün əlçatan mühitin yaradılmasına dair “Hamı üçün müyəssər xoşbəxt şəhər” layihəsini həyata keçirir. Layihənin partnyor təşkilatı Lənkəran şəhər Bələdiyyəsidir.

     Layihənin məqsədi Lənkəran şəhərində əlilliyi olan şəxlər üçün gender məsələlərini nəzərə almaqla müyəssər mühitin yaradılması üzrə ictimai maarifləndirmə, müyəssər şəhər modelinin qurulması, müyəssərlik üzrə mütəxəsislərin hazırlanması ilə əlilliyi olan şəxslər üçün bərabər imkanların yaradılmasına dəstək olmaqdır.

      Layihənin fəaliyyət planına uyğun olaraq müxtəlif təşkilatların nümayəndələrinin iştirakı ilə fokus qrupu ilə görüş keçirilmişdir. Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli layihə və tədbir barədə məlumat vermişdir. Bu fokus qrup müzakirəsinin məqsədi Azərbaycanın şəhərlərində gender məsələlərini də nəzərə almaqla əlilliyi olan və hərəkət məhdudiyyəti olan şəxslər üçün müyəssərlik sahəsində mövcud vəziyyəti öyrənmək və bu sahədə olan problemlərin həll yollarını araşdırmaq üçün mütəxəssislərin rəylərini və tövsiyyələrini almaqdır.

     Tədbirdə Ombudsman apparatının sektor müdiri Müqalib Mahmudov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazilərin inkişafı şöbəsinin baş məsləhətçisi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi Rəna Axundova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi Fərid Kərimov, UNEC Universitetinin İnklüziv təhsil mərkəzinin direktoru Sevinc Məhsimova, QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadə, Əlillərin Beynəlxalq Əməkdaşlığı uğrunda İctmai Birliyinin icraçı direktoru Cavid Rəhimov nəzərdə tutulan suallara öz münasibətlərini bildirmiş, təkliflər vermişlər.

 

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1797 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü