04 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
31/1/2020 Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı keçirilib.


 Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı keçirilib. İclasda 2019-cu ilin yekunlarına dair məsələlər eləcə də nazirliyin il ərzində sosial islahatların aparılması istiqamətində gördüyü işlər, xüsusi qayğıya ehtiyacı olan şəxslərlə bağlı aparılan işlər müzakirə olunub.  

İclası giriş sözü ilə açan İctimai Şura sədri Umud Mirzəyev ölkəmizdə aparılan sosial siyasətinin ildən-ilə güclənməsi və əhatə dairəsinin genişlənməsindən, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində görülən işlərdən danışıb. O, həssas qruplarla bağlı işlərin görülməsində səmərəliliyin artırılması, əlçatanlığın və ünvanlılığının təmin edilməsi istiqamətində 2019-cu ildə görülən işləri yüksək dəyərəndirdiyini qeyd edib. U. Mirzəyev `qanunvericiliyə dəyişikliklər, xüsusi qayğıya ehtiyacı olan şəxslərlə bağlı maarifləndirmə işlərinin yerinə yetirilməsi, müxtəlif qurumlarda il ərzində aparılan monitorinqlər və.s istiqamətlərdə nazirliklə aparılan uğurlu əməkdaşlıqdan söz açıb. Əməkdaşlığı dövlət və vətəndaş cəmiyyəti münasibətlərində uğurlu bir model adlandırıb.                        U. Mirzəyev 2019-cu ilin sosial islahat ili olduğunu bildirib. O, İctimai şuranın aparılan sosial islahatlarla bağlı məlumatlandırıcı materiallarının 2019-cu il ərzində 100-dən yuxarı mətbu orqanında dərc olunduğunu, xüsusilə bölgə televiziyaları vasitəsi ilə işıqlandırıldığının əhəmiyyətini vurğulayıb. 

Şura üzvü Mayıs Əliyev və Davud Rəhimov, Məmmədhəsən Həsənov əlilliyi olan şəxslərin pensiya təminatının yaxşılaşdırılması üçün Əmək Məcəlləsinə dəyişiklik üçün edilən tövsiyyələr, strategiya sənədlərinin hazırlanması, əlillik dərəcəsinin müəyyən edilməsi, əlilliyi olan şəxslərin vaxtında və maneəsiz olaraq yoxlamadan keçirilməsi üçün regionlarda Bərpa və Reabilitasiya Mərkəzlərinin yaradılması, işinin effektiv qurulmasında İctimai şura üzvlərinin nazirliyin müvafiq qurumları ilə cari ildə apardığı ciddi müzakirələrindən söz açıblar. 

Şura üzvləri Akif Kərimov və İradə Rzazadə İctimai şuranın fəaliyyətinin daha səmərəli qurulması üçün nazirliyin müvafiq qurumları ilə əlaqələrinin gücləndirilməsi, qanunvericilik sənədlərinin hazırlanmasında ictimai şura üzvlərinin iştirakının əhamiyyətindən danışıblar.   

Əliməmməd Nuriyev və Rauf Zeyni İctimai şura ilə ƏƏSM nazirliyi arasında əlaqələrin dinamikasının ictimai iştirakçılıq baxımından təqdirəlayiq olduğunu ifadə ediblər. R.Zeyni  ƏƏSM nazirliyi yanında İctimai şuranın nazirliyin sosial islahatların yerinə yetirilməsi sahəsindəki fəaliyyətinə ciddi töhvələr verdiyini ifadə edib. Ə.Nuriyev beynəlxalq tədbirlərdə ƏƏSM nazirliyi yanında İctimai şuranın hesabatlarına, tövsiyyələrinə ciddi şəkildə diqqət ayrıldığını qeyd edib.  

Zaur Quliyev, Mehriban Zeynalova, Mirhəsən Həsənov, Şəhla Yusifova özünüməşğulluq proqramının icrasında şəffaflığın təmin edilməsi, sosial ödəmələrdə müvafiq güzəştlərin tətbiq edilməsi, əlilliyi olan şəxslərin reabilitasiya mərkəzlərinə çıxışının maneəsiz təmin edilməsi sahəsində nazirliyin gördüyü işləri və şura üzvlərinin fəaliyyətini diqqətə çatdırıblar. Daha sonra xüsusi qayğıya ehtiyacı olan şəxslərlə bağlı görülən işlər və İctimai Şuranın məşğulluq, əmək münasibətləri üzrə İşçi qrupunun hesabatı təqdim edilib. 

İctimai Şura üzvləri bu il sosial müdafiənin daha da gücləndirilməsi üçün müxtəlif qanun layihələrinin hazırlanması istiqamətində ciddi işlərin görüldüyünü, pensiya təminatının yaxşılaşdırılması, əlilliyin bərpası, əlilliyin təyin olunması və.s istiqamətlərdə aparılacaq sosial islahatlar, şəhid ailələri və müharibə veteranları, Çernobıl əlillərinin mənzil şəraitinin yaxşılaşdırılmasında istiqamətində nazirliyin həyata keçirəcəyi proqramları yüksək dəyərləndiriblər.  

Ümumilikdə  2019-cu ildə İctimai Şuranın fəaliyyəti qənaətbəxş hesab edilib. Fəaliyyətlərin cari ildə daha da gücləndirilməsi, başladılan işlərin yekunlaşdırılmasında nazirlik və vətəndaş cəmiyyəti arasında əlaqələrin intensivləşdirilməsi tövsiyyə olunub. Şura üzvləri vətəndaş müraciətlərinin dəyərləndirilməsi, maarifləndirmə, hüquqi ekspertizanın aparılmasında şəffaflığın təmin edilməsi, eləcə də vətəndaş cəmiyyətinə yaratdığı şəraitə, sosial islahatların aparılmasındakı qətiyyətli mövqeyinə görə nazirliyə və şəxsən Sahil Babayevə minnətdarlıqlarını bildiriblər.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1883 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü