17 Yanvar 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
17/1/2020 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar nazirlikdə tədbir keçirilib


20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar nazirlikdə tədbir keçirilib

20 Yanvar şəhidlərinin ailələrinə və 20 Yanvar əlillərinə birdəfəlik maddi yardım ayrılıb

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tədbir keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun, “20 Yanvar” Cəmiyyətinin sədri Sultan Əzimzadənin və b. iştirak etdiyi tədbirdə əvvəlcə 1990-cı ilin 20 Yanvar hadisələrindən bəhs edən film nümayiş olunub.

Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

20 Yanvar faciəsindən artıq 30 il ötdüyünü qeyd edən A.Kərimov bildirib ki, 20 Yanvar günü  Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan bir gün kimi hər il qeyd edilir. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələri ağır silahlı texnika ilə Azərbaycana daxil olaraq dinc əhaliyə qarşı dəhşətli qətliam həyata keçirib. Nəticədə 147 insan amansızcasına qətlə yetirilib, 744 insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

A.Kərimov qeyd edib ki, faciədən bir gün sonra, 21 yanvar 1990-cı il tarixdə ümummilli liderimiz Heydər Əliyevin böyük cəsarət hissi ilə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin bu dəhşətli cinayətini kəskin şəkildə pisləyən, günahkarların cəzalandırılması tələbini irəli sürən bəyanatla çıxış etməsi faciəyə verilən ilk siyasi qiymət olub. Ulu öndərin təşəbbüs və tapşırığı ilə 1994-cü il martın 29-da qəbul edilən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərarla 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.

Nazir müavini diqqətə çatdırıb ki, 20 Yanvar gününün Ümumxalq hüzn günü kimi elan olunması, “20 Yanvar şəhidi” fəxri adının təsis olunması, 20 Yanvar şəhidlərinin ailələrinin və 20 Yanvar əlillərinin sosial müdafiəsi işlərinə başlanması da ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin sosial siyasəti həmin kateqoriyadan olan insanların da sosial müdafiəsinin ildən-ilə güclənməsinə imkan verib. İndiyədək nazirlik tərəfindən müharibə əlilləri və şəhid ailələri sırasında, 20 Yanvar əlilləri və şəhid ailələrinin mənzillə, 20 Yanvar əlillərinin minik avtomobilləri ilə təminatı da həyata keçirilib.

Qeyd olunub ki, 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri Prezidentin təqaüdü ilə, 20 Yanvar əlilləri əliliyə görə müavinət və ya pensiya ilə təmin edilirlər. 2019-cu ildə təqdim edilən iki sosial paket çərçivəsində onların müavinət və təqaüdləri də orta hesabla 100 faiz artırılıb, I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər üçün Prezidentin aylıq təqaüdləri təsis edilib. Müharibə əlilləri və şəhid ailələri kimi, 20 Yanvar əlilləri və şəhid ailələrinin ölkəmizin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan övladlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.

Müvafiq Tədbirlər Planına uyğun olaraq, 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinə və 20 Yanvar əlillərinə (103-ü şəhid ailəsi üzvü və 287-si 20 Yanvar əlili olmaqla 390 nəfərə) birdəfəlik maddi yardım ayrılıb.

H.Babaoğlu və  S.Əzimzadə, 20 Yanvar faciəsinin şahidlərindən biri Mübariz İsmayılov çıxış edərək, 1990-cı ilin 20 Yanvar hadisələrindən bəhs ediblər.

AZƏRBAYCAN RESPUBLİKASI

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

 

 

 

 

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 652 dəfə oxunub




Flag Counter






» 15/1/2021- Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə olub

» 15/1/2021- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qaziyə yeni mənzilin açarları təqdim edildi

» 14/1/2021- Hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasının operativ, keyfiyyətlə və mərkəzləşmiş şəkildə aparılması üçün komissiya yaradıldı

» 13/1/2021- 1, 5 və 50 manatlıq pul nişanlarının yeni formasında görmə əlilliyi olanlar nəzərə alınmışdır.

» 12/1/2021- “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin Təşkilat Komitəsinin məlumatı

» 11/1/2021- Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin ikitərəfli görüşü olub

» 11/1/2021- Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Bəyanatı

» 12/1/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/1/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 11/1/2021- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın (yeni tərkibdə) üzvlüyünə dair keçiriləcək birgə yığıncaqla (səsvermə) bağlı ELAN

» 8/1/2021- Mahmud Səfərovun ilk dəfə jest dilində filmi.

» 8/1/2021- Azərbaycan Ağsaqqallar Şurasının yeni inzibati binasının açılışı olub

» 7/1/2021- Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib

» 7/1/2021- Əlilliyi olan şəxslərə 35 minə yaxın reabilitasiya vasitəsi verilib

» 6/1/2021- Vətən müharibəsinin qalibləri nazirlikdə coşqu ilə qarşılandılar

» 5/1/2021- Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.

» 5/1/2021- Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə ərsəyə gələn Bacararsan.az platforması ilk təşəbbüsünü həyata keçirib

» 4/1/2021- ​Prezident İlham Əliyev “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

» 3/1/2021- Özünüməşğulluq proqramı ilə bağlı regionlarda bazar araşdırması aparılacaq

» 3/1/2021- 20 nəfər əlilliyi olan şəxsə təkərli oturacaqlar yaşadıqları bölgələrə aparılaraq verildi