14 Aprel 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
29/12/2019 Əlil Təşkilatları İttifaqının 2019-cu il üzrə hesabatı


 

AZƏRBAYCAN ƏLİL TƏŞKİLATLARI İTTİFAQININ 2019-cu İL ÜZRƏ TƏSVİRİ HESABATI

 

İttifaqın Respublikanın 7 bölgəsi üzrə nümayəndəlikləri təsdiq olunmuşdur. Sumqayıt üzrə “Çıraq” Sumqayıt Uşaq İnkişaf mərkəziinin rəhbəri Zeynəb Hacıyeva, Gəncə regionu üzrə “Əlil Qadınlar” cəmiyyətinin Gəncə bölgə şöbəsinin sədri Elmira İsmayılova, Ağsu rayonu üzrə “GÜLSAM” əlillərin reabilitasiya mərkəzi ictimai birliyinin sədri Gülnarə Səlimova, Salyan üzrə “Azərbaycan Diabet Liqası”nın Salyan rayon nümayəndəliyinin sədri Yaqub İsmayılov, Şəki rayonu üzrə “Şəki Əlillərə Qayğı” ictimai birliyinin sədri Güləndam Alxasova, Qəbələ rayonu üzrə “Əlillərə Dəstək” ictimai birliyinin sədri Yaşar  Hümbətov, Qazax rayonu üzrə “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” cəmiyyətinin Qazax şöbəsinin sədri Ayət Hüseynov seçilmişlər.

     “Autizm” Deffektoloji və psixoloji yardım mərkəzi və “Çıraq” Sumqayıt Uşaq İnkişaf mərkəzi İttifaqa üzv seçilmişlər. Hazırda 31 təşkilat ƏTİ-nin üzvüdür.

 

Layihələr

 

 “Genderə - həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində Lənkəran şəhəri üzrə əlilliyi olan şəxslər üçün əlçatan mühitin yaradılmasına dair “Hamı üçün müyəssər xoşbəxt şəhər” layihəsi

 

Donor: UNDP Azərbaycan

İcra müddəti: mart 2019 – 20 mart 2020

 

Promoting the role of civil society in gender-sensitive implementation of Sustainable Development Goals

Project Outcome

National urban planning and development legislation will be improved and become more detailed to meet the accessibility needs of vulnerable people (women and men with disabilities, elderly people, women and children, others) in open public spaces and streets, public facilities and public transport in Azerbaijani cities.

 

BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında " Konvensiya üzrə PARALEL hesabat (2019)

Donor: OHSHR

İcra müddəti: aprel 2019 – oktyabr 2019

BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiya üzrə Alternativ hesabatın hazırlanması

“Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” 2019

 

Donor:

15/03/2019 – 08/08/2019

Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” fəaliyyətini həyata keçirir. Layihənin əsas fəaliyyət istiqaməti İsmayıllı, Quba, Bərdə rayonlarının ucqar kəndlərində əlilliyi olan şəxslərə səyyar hüquqi xidmətlərin göstərilməsindən ibarətdir.

 

 

“İnkluziv turizmə dəstək” 2019

Donor: Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə dövlət dəstəyi şurası

Aprel 2019 – oktyabr 2019

Layihənin əsas məqsədi Azərbacanın Xəzər dənizi sahillində yerləşən (Xaçmaz, Sumqayıt, Bakı, Lənkəran) turizm obyektlərindən əlilliyi olan şəxslərin istifadəsinə infrastrukturun əlçatanlığının təmin olunması istiqamətində hər bir obyekt üzrə modulların hazırlanmasıdır.

 

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə sosial xidmətlər sahəsində icra edilən layihələrin müstəqil monitorinqi və qiymətləndirilməsi” 2019

 

Donor: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

İcra müddəti: aprel 2019 – dekabr 2019

 

Nazirliyin sifarişi ilə icra edilən layihələrin monitorinqinin aparilmasi, monotorinqin nəticələri barədə hesabatlarin hazirlanmasi.

İcra edilən layihələr barədə təkliflərin hazirlanmasi.

 

 

 

Tədbirlər

Yerli 00000 tədbir

 

Yerli-beynəlxalq:

“Heç bir əlilliyi olan şəxs kənarda qalmasın – müyəssərlik ilə inklüziyaya doğru”

  • UNDESA

 

BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti (UN DESA) və Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) təşkilatçılığı ilə ilə 2 - 4 oktyabr 2019-cu il tarixlərdə “Heç bir əlilliyi olan şəxs kənarda qalmasın – müyəssərlik ilə inklüziyaya doğru” mövzusunda Bakı şəhərində beynəlxalq Konfransı keçirilmişdir.

    Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  və Bakı Nəqliyyat Agentliyi tədbirin keçirilməsinə mühüm dəstək vermişlər.

     Konfransın əsas məqsədi BMT-nin əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasının 9 – cu maddəsi və BMT – nin Dayanıqlı İnkişaf Məqsədlərinin 11 – ci məqsədi əsas götürülərək ətraf mühitin əlilliyi olan şəxslər üçün müyəssərliyinə dəstək olmaqdır.

     Tədbirdə BMT nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti rəsmilərinin, 13 xarici ölkənin aidiyyatı qurumlarının 26 – a yaxın nümayəndə heyətinin, habelə Respublikamızın dövlət qurumlarının, beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələrinin və əlilliyi olan şəxslərin iştirakı gözlənilir. Qonaqların həmçinin Milli Məclisdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüşləri olmuşdur.

 

 

  • Finlandiya Xarici İşlər Nazirliyi

 

 

Əlilliyi olan şəxslərin hüquqlarına dair seminar

“İnkluziv təhsil, peşə reabilitasiyası, müyəssərlik”

 

28 oktyabr 2019 il, saat 9:15 – 15:20

Keçirilmə yeri: Otel Holiday Inn, Bakı zalı

 

 

Beynəlxalq:

  • Avstriyanın paytaxtı Vyana şəhərində BMT-nin qərargahında BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiya ilə əlaqədar görülən işlərin, inovativ təcrübələrin və layihələrin qiymətləndirilməsinin 2019-cu il üzrə yekun tədbiri olmuşdur. Tədbirdə dünyanın 85 ölkəsindən 500 nümayəndə, ekspertlər iştirak etmişdir. Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud RƏHİMLİ bu layihənin və tədbirin eksperti olmaqla bərabər, həm də təqdimatı olmuşdur.

 

  • Almaniyanın Paytaxtı Berlin şəhərində, Bundestaqda  “Əlilliyi olan şəxslərin mədəniyyət, turizm və idman sahəsində tam iştirakı – maneəsiz həyat” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.  Konfransda Beynəlxalq Əlil Təşkilatları Birliyinin üzvləri, yerli və beynəlxalq təşkilatların nümayəndələri, Almaniya Bundestaqının üzvləri iştirak etmişlər.

 

  • 9 -19 iyul 2019 – cu il tarixlərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu Yorkdakı Baş Qərargahında Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Forumu keçirilmişdir. Forumda Azərbaycandan hə hökumət, həm də qeyri-hökumət təşkilatları nümayəndələri iştirak etmişlər.

 

Təmsilçilik

 

İttifaq üzv olduğu təşkilatlarda: BMT – nin İqtisadi Sosial Komissiyası (ECOSOC) xüsusi status, ECOSOC, Dünya Əlillər Birliyi, Avropa Əlillik Forumu, Beynəlxalq Əlil Təşkilatları Birliyi, Yoxsulluğa Qarşı Qlobal çağırış, Avropa Şərq Tərəfdaçlığı Vətəndaş cəmiyyəti Milli Platforması, Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya,

BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında”  Konvensiya üzrə işçi qrupu, Ombudsmanın yanında müstəqil ekspertlər qrupu” və “Biznes və İnsan Hüquqları Komissiyası” , Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura

 

Qanunlara təkliflər

 

BMT-nin “Əlilliyi olan insanların hüquqları haqqında”Konvensiya və Əlavə protokolun ratifikasıyası ilə əlaqədar milli hüquqi-normativ sənədlərdə dəyişikliklərin olunması istiqamətində fəaliyyətlər davam etdirilmişdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ombudsman, UNİCEF, milli QHT-lərlə birlikdə görüşlər keçirilmiş, müzakirələr aparılmışdır. Milli qanunda dəyişikliyin olunması ilə əlaqədar 38 bənddən ibarət təklif paketi hazırlanmış və müvafiq icra hakimiyyəti və qanunverici orqana təqdim olunmuşdur. “Əlilliyi  olan və hərəkət imkanları məhdud şəxslərə bərabər imkanların yaradılması Qaydaları”  işlənərək hökumətin təsdiqinə verilmişdir.

 

Nəşrlər

Əlilliyin müxtəlif sahələrini əhatə edən 3 adda 1500 hüsxə kitab, 1500 buklet, 500 disk nəşr olunmuş və paylanmışdır.

 

Dəyirmi masa, konfranslar.

Bu qism 7 tədbir həyata keçirilmiş və bu tədbirlərdə 410 iştirakçı olmuşdur.

 

Sərgilər

2 sərgi təşkil olunmuş, 5 sərgidə əlilliyi olan şəxslərin iştirakı təmin olunmuşdur.

 

Təlimlər

Bacarıqların inkişafı ilə əlaqədar 3 təlim həyata kekirilmiş və təşkilat nümayəndələrinin iştirakı təmin olunmuşdur.

“Monitorinq və qiymətləndirmə” mövzusunda bir beynəlxalq təlimdə iştirak olunmuşdur.

 

Xidmətlər

705 nəfər  əlilliyi olan şəxslərə və ya onların təşkilatlarına hüquqi və konsultativ (məlumat)  xarakterli yardımlar gösdərilir.

5 təşkilatın girişində  əlil arabasının hərəkəti üçün ramplar quraşdırılmışdır.  7 nəfərin işlə, 11 nəfərin əlil arabaları və digər vasitələrlə təmin olunmasına  köməklik olunmuşdur.

 

 

Nizamnamə tələbləri

Nizamnaməyə uyğun olaraq 1 dəfə illik ümumi yığıncaq, 12 idarə heyətinin iclasları keçirilmişdir. Mövcud qanunlara uyğun olaraq müvafiq orqanlara fəaliyyətlər barədə məlumat və hesabatlar təqdim olunmuşdur.

 

 

 

 
  



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 390 dəfə oxunub




Flag Counter






» 12/4/2021- Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

» 10/4/2021- Sosial xidmətlərə ehtiyac səviyyəsini qiymətləndirmək məqsədilə onlayn sorğu keçirilir

» 10/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/4/2021- Yaralanmış hərbçilərin əyani müayinələr əsasında əlilliyinin qiymətləndirilməsi davam edir

» 2/4/2021- Reabilitasiya vasitələri ilə təminat sisteminin təkmilləşdirilməsi sahəsində görüləcək işlərlə bağlı onlayn toplantı olub

» 31/3/2021- Dünya Bankı ilə sosial sahədə gələcək əməkdaşlıq məsələləri müzakirə edildi

» 31/3/2021- 31 March is the day of Genocide of the Azerbaijanis

» 30/3/2021- Prezident İlham Əliyev Bakıda 4 saylı DOST Mərkəzinin açılışında iştirak edib.

» 30/3/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 25/3/2021- Bir qrup Azərbaycan ziyalısı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət edib.

» 20/3/2021- BAHAR BAYRAMINIZ, YENİ GÜNÜNÜZ, YENİ İLİNİZ MÜBARƏK!

» 17/3/2021- Əlilliyin qiymətləndirilməsi və təyin olunması meyyarları müzakirə olunmuşdur.

» 16/3/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/3/2021- Əlilliyi olan qadınlar və Qarabağ müharibəsi veteranları ilə bağlı birgə layihə yeni dəstək istiqamətləri əlavə edilməklə genişləndirilir

» 11/3/2021- Nazir Sahil Babayev İctimai şuranın yeni tərkibdə üzvləri ilə görüşüb

» 10/3/2021- Vətən müharibəsində yaralanmış qazilərin mühərrikli təkərli oturacaqla təminatına başlandı

» 7/3/2021- İşləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır

» 1/3/2021- Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər