28 Fevral 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
24/12/2019 Əlilliyi olan uşaqlar üçün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə tədbir keçirilib.


Dekabrın 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Sağlamlıq imkanları məhdud uşaqlar üçün (Bakı şəhəri, Binəqədi rayonu üzrə) icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsi çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə sağlamlıq imkanları məhdud uşaqlar, onların valideynləri, hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak ediblər.

Layihə rəhbəri Cəsarət Hüseynzadə çıxış edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Şəmsi Əsədullayev” Xeyriyyə İctimai Birliyinin keçirdiyi tədbirdə iştirakçıları bayramı münasibətilə təbrik edib, ölkəmizdə uşaqlara, o cümlədən sağlamlıq imkanları məhdud olan və xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən dövlət qayğısından, onların cəmiyyətə inteqrasiyası üçün yaradılan şəraitdən danışıb. O, layihə haqqında məlumat verərək bildirib ki, Binəqədi rayonu üzrə icma əsaslı sosial reabilitasiya xidmətlərin göstərilməsi üçün sağlamlıq imkanları məhdud olan 50 uşaq müəyyən edilib, fərdi qayğı planları hazırlanıb, funksional bacarıqların tam və ya qismən bərpa olunması, ailələrə dəstək verilməsi, valideyn bacarıqlarının inkişafına yönəldilmiş xidmətlər həyata keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Davud Rəhimli, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova və qeyri-hökumət təşkilatları rəhbərləri çıxış edərək icma əsaslı sosial reabilitasiya və günərzi qayğı mərkəzlərinin sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasında və ailələrə dəstək olmasında mühüm rol oynadığını bildiriblər.

Bayram şənliyində Şaxta baba və Qar qızın iştirakı uşaqlar tərəfindən sevinclə qarşılanıb. Şənlikdə uşaqlar rəqs edərək şənlənib.



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 240 dəfə oxunub




Flag Counter






» 20/2/2020- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən İctimai şuranın (yeni tərkibdə) üzvlüyünə seçkilərlə bağlı ELAN

» 18/2/2020- KOBİA və USAİD biznes assosiasiyalara dəstək məqsədilə yeni təşəbbüs irəli sürüb

» 17/2/2020- Dövlət Sosial Müdafiə Fondunun yeni idarələri yaradıldı

» 13/2/2020- Əlilliyi olan şəxslər üçün peşə-əmək reabilitasiya mərkəzləri şəbəkəsi genişləndiriləcək.

» 13/2/2020- 32 nəfər əlilliyi olan uşaq ailələrinə qayıdıb

» 11/2/2020- Nazirliyin rəsmi internet səhifəsində onlayn əlaqə xidməti istifadəyə verildi

» 10/2/2020- 2020-ci ildə açılacaq və inşasına başlanacaq mərkəzlər ildə əlavə 12,8 min şəxsə reabilitasiya xidməti göstərməyə imkan verəcək

» 6/2/2020- Pensiyalar 16,6 faiz artırıldı

» 31/1/2020- Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı keçirilib.

» 28/1/2020- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nə qədər şəxsə müavinət və təqaüd ödəyir?

» 27/1/2020- Ötən il 2400-ə yaxın əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib

» 24/1/2020- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Salyan, Cəlilabad və Biləsuvarda 4 rayonun sakinləri ilə görüşdü

» 21/1/2020- Göndərişlərin verilməsi və əlilliyin qiymətləndirilməsi qaydalarında hansı yeniliklər edilib?

» 19/1/2020- TARİXMİZİN QANLI VƏ ŞANLI SƏHİFƏSİ

» 18/1/2020- Sosial islahatlar bu il də geniş miqyasda davam edəcək

» 17/1/2020- 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar nazirlikdə tədbir keçirilib

» 16/1/2020- "BMT-AZƏRBAYCAN ÇƏRÇİVƏ SƏNƏDİ"NİN HAZIRLANMASI MÜZAKİRƏ EDİLİR STRATEJİ PRİORİTETLƏŞDİRMƏ SEMİNARI

» 16/1/2020- Əlilliyin təyin olunması meyyarlarında dəyişiklik olundu

» 15/1/2020- Üç təşkilat arasında anlaşma memorandumu bağlanmışdır.

» 15/1/2020- #BizBirik komandası 2020-ci ildə də öz işini davam etdirir.