24 Mart 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
10/12/2019 Ombudsman 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə tədbir keçirib


Ombudsman 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə tədbir keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) BMT-nin ölkə ofisi ilə birgə 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Hüquqlar hamı üçün!” mövzusunda jurnalist yazıları, həmçinin “Mən və hüquqlarım” mövzusunda uşaq rəsm müsabiqələrinin yekunlarına həsr olunmuş tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Ombudsman Səbinə Əliyeva Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə iştirakçıları təbrik edib, bu əlamətdar günün əhəmiyyəti barədə ətraflı məlumat verib.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi hüquqi islahatların insanların sosial rifah halının, layiqli həyat səviyyəsinin yüksəldilməsinə, vətəndaş məmnunluğuna, hüquq bərabərliyinin qanunvericilikdə və icra prosesində təmininə, habelə dayanıqlı inkişafa yönəldiyi diqqətə çatdırılıb. Bildirilib ki, bu il BMT-nin İnsan Hüquqları üzrə ali komissarı xanım Mişel Baçeletin “Gənclər - insan hüquqlarının müdafiəsində fəal ol” çağırışı cəmiyyətimizin fəal üzvlərindən olan gənclərimizin insan hüquq və azadlıqlarının müdafiəsi işində daha da yaxından iştirak etməsini özündə ehtiva edir.

Ombudsman vurğulayıb ki, Prezident İlham Əliyevin 2014-cü il 8 iyul tarixli Fərmanı ilə Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni platformaların yaradılması haqqında layihə sənədi təsdiq edilib. Hazırda layihə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM-in) təbliği, DİM üzrə gənc səfirlərin seçilməsi və DİM üzrə könüllü milli hesabatların hazırlanmasında gənclərin iştirakı, Azərbaycanda könüllülük fəaliyyətinin genişləndirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması kimi istiqamətlərdə uğurla davam etdirilir.

Müvəkkil gənclərin hüquqi cəhətdən maarifləndirilməsinin, hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsinin insan hüquq və azadlıqlarının müdafiəsini daha da səmərəli təmin etmək baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, əhalinin müxtəlif sosial qruplarının, o cümlədən yetkinlik yaşına çatmayanların, əlilliyi olan şəxslərin, gənclərin hüquqlarının daha da səmərəli təmini istiqamətində dövlət qurumları və vətəndaş cəmiyyətinin əməkdaşlığının əhəmiyyətini önə çəkib.

Tədbirdə Ombudsmanın Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə ənənəvi olaraq keçirdiyi “Hüquqlar hamı üçün!” mövzusunda jurnalist yazıları, həmçinin “Mən və hüquqlarım” mövzusunda uşaq rəsm müsabiqələrinin qalibləri elan olunub və mükafatlandırılıblar.

Jurnalistlər Hakıyeva Səadət (Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC), Əfəndiyev Pünhan (“Üç nöqtə” qəzeti) I yerə, Əliyev Seymur (Moderator.az saytı), Əliyev Azad (“Həftə içi” qəzeti) II yerə, Nəbili Emin (Ucnoqta.az saytı) və Əlifov Nazim (“Savalan” qəzeti) III yerə layiq görülüb, sertifikatlar və pul mükafatları alıblar.

Qeyd edək ki, builki uşaq rəsm müsabiqəsinə Bakıdan və regionlardan olmaqla 333 uşağın 350-dən çox rəsm işi təqdim olunub və peşəkar rəssam tərəfindən qiymətləndirilib.

Rəsm müsabiqəsinə qoşulmuş, Bakının və respublikamızın müxtəlif rayonlarını təmsil edən uşaqlar Aslanova Sofiya, Əliyeva Zəhra I, Zalova Leysan, Zeynallı Aynur II, Ələkbərov Fuad və Kərimli Yusif III yerləri tutublar, onlara sertifikatlar və pul mükafatları təqdim edilib. Rəsmləri fərqləndirilən 20 məktəbli isə həvəsləndirici sertifikatlarla təltif olunublar. Qaliblər sırasında məcburi köçkün ailələrindən olan, paytaxt və bölgələrdəki ümumtəhsil məktəblərini, uşaq-gənclər inkişaf mərkəzlərini, təsviri sənət qalereyalarını təmsil edən istedadlı uşaqlar var. Müsabiqəyə təqdim edilən bütün rəsmlər mövzularının aktuallığı və işlənmə texnikasının rəngarəngliyi ilə diqqəti cəlb edir.



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1764 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 07/3/2023- Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

» 8/3/2023- Beynəlxalq Qadınlar Gününə həsr olunmuş xeyriyyə aksiyası keçirilib.

» 8/3/2023- USAID-in Azərbaycan üzrə missiyasının rəhbəri Maykl Nirbas 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib

» 8/3/2023- Avropa İttifaqının səfiri: Qadın böyük qüvvədir

» 7/3/2023- Təbrik edirik!

» 6/3/2023- Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 3/3/2023- QHT Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi elan edir

» 1/3/2023- Füzuli Mərkəzi Parkında inklüzivliyin təmin olunması müzakirə olunub

» 28/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/02/2023- UNDP Azərbaycan

» 25/2/2023- Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar şəhid Murad Məmmədovun əl işlərindən ibarət sərgi keçirilib

» 25/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 23/2/2023- Dünya Bankının insan inkişafı üzrə regional direktoru Fadia Saadahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub

» 23/2/2023- Korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlara mükafatlar təqdim olunub

» 22/2/2023- Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib

» 22/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 21/2/2023- “Qarabağ Duyğularımın Rəngi ilə” adlı sərgi keçirilib

» 21/2/2023- “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib

» 20/2/2023- Budapeştdə Azərbaycan-Macarıstan biznes forumu keçirilib

» 17/2/2023- Agentlik Kiçik Qrant məbləğində dəyişiklik etdi