XƏBƏRLƏR




- 3/12/2019 “Əlilliyi olan şəxslərin iştirakının və onların liderliyinin təşviq edilməsi: 2030 Davamlı İnkişaf Gündəliyi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi”
3 dekabr 2019 - cu il Lənkəran şəhəri, Dəniz oteli
“Əlilliyi olan şəxslərin iştirakının və onların liderliyinin təşviq edilməsi:
2030 Davamlı İnkişaf Gündəliyi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi”
. 3 dekabr beynəlxalq əlillər günü münasibəti ilə Lənkəran şəhərində dəyirmi masa keçirilmişdir. Tədbir Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə - həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində Lənkəran şəhəri üzrə əlilliyi olan şəxslər üçün əlçatan mühitin yaradılmasına dair “Hamı üçün müyəssər xoşbəxt şəhər” layihəsi çərçivəsində təşkil olunmuşdur.
BMT tərəfindən bu beynəlxalq günlə əlaqədar 2019-cu il “Əlilliyi olan şəxslərin iştirakının və onların liderliyinin təşviq edilməsi: 2030 Davamlı İnkişaf Gündəliyi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi” mövzusu elan olunmuşdur.
Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud RƏHİMLİ iştirakçıları salamlamış, bu günün əhəmiyyəti və mövzu haqqında məlumat vermişdir.
BMT-nin “Genderə - həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsinin menegeri Vüsal Behbudov, Lənkəran şəhər İcra Hakimiyyətinin İctimai – Siyasi və Hümanitar Məsələlər şöbəsinin müdir müavini Asif İmanlı və çıbənin baş məsləhətçisi Könül xanım Manafova, Lənkəran şəhər bələdiyyəsinin sədrinin müavini Azər Ələskərov, Lənkəran Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi (mühəndis) Elvin Səmidov müvafiq mövzularda çıxış etmişlər və iştirakçıların suallarını cavablandırmışlar.
Mövzu üzrə geniş müzakirələr keçirildikdən sonra, iştirakçılar müyyən olunmuş obyektin müyəssərlik vəziyyəti ilə tanış olmuşlar. Layihə əsasında beynəlxalq mütəxəsislər tərəfindən müyəssərlik üzrə təlimləndirilmiş ekspertlər əyani olaraq müyəssərliyin necə təmin olunmasını nümayiş etdirmişlər.
Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) Mətbuat xidməti
Bu xəbər 1920 dəfə oxunub