09 Avqust 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
22/11/2019 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkan Müalicə Pansionatı istifadəyə verildi


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkan Müalicə Pansionatı istifadəyə verildi

 

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daha bir bərpa müalicə müəssisəsi - Mərdəkan Müalicə Pansionatı əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

Pansionatın açılışı tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, Xəzər rayon İH başçısının müavini Vüqar Novruzov, Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Əbdül-Qədirov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Rüstəm Ağayev və b. iştirak edib.

A.Kərimov çıxış edərək vurğulayıb ki, bu müəssisədə əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, müasir tələblərə uyğun bərpa müalicəsi şəraitinin yaradılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həssas qruplardan olan vətəndaşlara, o cümlədən əliliyi olan şəxslərə  xüsusi qayğısının daha bir təzahürüdür.

Hazırda nazirliyin 14 bərpa-müalicə müəssisəsi  olduğunu qeyd edən nazir müavini dövlət başçısının tapşırığına uyğun olaraq  ölkəmizdə bərpa müalicəsi  infrastrukturunun müasirləşdirilməsi sahəsində aparılan işlər barədə məlumat verib. O bildirib ki, son illərdə Nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində yüksək səviyyəli reabilitasiya şəraiti yaradılıb. Bu günlərdə isə Yevlax və Naftalan şəhərlərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzləri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən də əlilliyi olan şəxslərin reabilitasiyasına mühüm töhfələr verilir. Fondun dəstəyi ilə son illərdə Bakının Yeni Günəşli yaşayış massivində Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi də yaradılıb.

A.Kərimov Sumqayıt, Şəki, Şirvan, Xaçmaz, Lənkəran Regional Bərpa Mərkəzlərində, Şağan Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatında əsaslı təmir və yenidənqurma işlərinin davam etdiyini deyib. Həmin müəssisələrdə də yüksək standartlara uyğun bərpa müalicəsi şəraitinin yaradılmaqda olduğunu bildirib. Eyni zamanda, dövlət başçısının tapşırığına əsasən, bərpa mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsinin də nəzərdə tutulduğunu, ayrı-ayrı bölgələrdə yeni reabilitasiya müəssisələrinin yaradılacağını deyib.

Mərdəkan Müalicə Pansionatında əlilliyi olan şəxslərlə bərabər, müharibə veteranlarına, əmək pensiyaçılarına  da müalicə xidmətlərinin göstəriləcəyini qeyd edən nazir müavini diqqətə çatdırıb ki, müəssisədə avadanlıqlar, tibbi və reabilitasiya aparatları da yenilənib.

Qeyd olunub ki, 2 korpus, köməkçi bina, qazanxana, su anbarı, elektrik  yarımstansiyasından ibarət olan Pansionatda yenidənqrma işləri çərçivəsində çarpayı sayı da artırılıb. Hazırda 188 çarpayı sayı olan müəssisədə ildə 4500-dən çox şəxsə müalicə xidməti göstəriləcək.  Burada laboratoriya, ultrasəs, elektrokardioqrafiya müayinələri aparılmaqla, effektiv təsirə malik fizioterapevtik müalicə prosedurları tətbiq ediləcək, müalicəvi bədən tərbiyəsi işi aparılacaq. Terapevt, nevropatoloq, kardioloq, stomatoloq, uroloq, endokrinoloq, epidemioloq və b. ibarət həkim personalı çalışacaq. Pansionatda inzibati-idarəetmə heyəti, qəbul və qeydiyyat, tibbi-sosial reabilitasiya və sanator-kurort müalicə şöbələri, mədəni istirahət bölməsi və s. fəaliyyət göstərir. Müalicə işlərində müasir metodika və texnologiyalardan istifadə olunacaq və həmçinin qabaqcıl təcrübələrin öyrənilməsi əsasında müalicə metodları hazırlanıb tətbiq ediləcək. Müəssisədəki şəraitin əlilliyin olan şəxslərə müyəssərliyi də təmin edilib və burada fiziki məhdudiyyətli şəxslərin hərəkət imkanları üçün maneəsiz şərait mövcuddur.

Tədbirdə digər çıxış edənlər ölkəmizdə bərpa müalicəsi sisteminin təkmilləşdirilməsinin və həsas qrupların bərpa müalicəsi imkanlarının genişləndirilməsinin ölkəmizdə aparılan güclü sosial siyasətin, həssas qruplara göstərilən diqqət və qayğının növbəti göstəricisi olduğunu vurğulayıblar.

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 551 dəfə oxunub




Flag Counter






» 5/8/2020- “VCT dayanıqlıq indeksi - 2019”

» 30/7/2020- İsmayıllı rayonunda təməli qoyulan “DOST Evi” mərkəzi bölgədə məşğulluğun, milli mədəniyyət nümunələri istehsalının və turizmin inkişafına dəstək verəcək

» 24/7/2020- "Əlilliyi olan uşaqların sosial reabilitasiyası” adlı layihəsini həyata keçirilir

» 21/7/2020- ZOOM/ SI&C

» 21/7/2020- DIPLOMATIYAMIZIN NÖVBƏTI BÖYÜK UĞURU

» 21/7/2020- İyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib.

» 21/7/2020- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciət edib.

» 15/7/2020- “Əlillik” altsistemində təkmilləşdirmələr aparılıb, bir sıra yeniliklər tətbiq edilib

» 14/7/2020- Əlil Təşkilatları İttifaqı Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribatı ilə əlaqədar bəyanat yayıb

» 8/7/2020- VEBİNAR UN

» 8/7/2020- QHT Jest dilində məlumatlandırma tədbirlərini davam etdirir

» 6/7/2020- Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək

» 1/7/2020- Vebinar. ZP MMBA

» 1/7/2020- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində struktur islahatlar

» 1/7/2020- Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 5-ci işçi qrupunun iclası WG - 5 VEBINAR

» 28/6/2020- "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin 1 yaşı tamam olur.

» 27/6/2020- Dünya Bankı və Azərbaycan Hökuməti arasında “Məşğulluğa Dəstək Layihəsi” üzrə kredit sazişi imzalanıb

» 26/6/2020- ŞURANIN DƏSTƏYİLƏ İTALİYA VƏ UKRAYNANIN SƏHİYYƏ İSTİQAMƏTLİ TƏŞKİLATLARI İLƏ TƏCRÜBƏ MÜBADİLƏSİ APARILIB

» 23/6/2020- “Benefisiar məlumatların açıqlığına necə olaq?”

» 23/6/2020- “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsinin onlayn bağlanış konfransı keçirilib.