30 Noyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
26/10/2019 Hacıqabulda maarifləndirmə tədbiri keçirilib


 Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

        “Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Məişət zorakılığının qarşısının alınması məqsədilə icma səviyyəsində maarifləndirmə işinin təşkili” adlı layihə çərçivəsində maarifləndirmə tədbiri Hacıqabul rayonunda təşkil edilib.

Hacıqabul rayon İcra hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Şıxəliyev tədbiri açaraq, bu tədbirin keçirilməsinin əhəmiyyətindən söz açıb və iştirakçıları fəal olmağa dəvət edib.

Tədbirdə layihənin eksperti Arzu Hüseyn öz çıxışında layihənin məqsədi, vəzifələri, bu istiqamətdə görülən işlər haqqında məlumat verib və layihənin icrasına dəstək göstərdiyinə görə Şuraya, tədbirin təşkilinə şərait yaratdığına görə isə Hacıqabul Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib.

O, ölkəmizdə insan hüquqlarının ayrılmaz tərkib hissəsi olan qadın hüquqlarının həyata keçirilməsi və təmininin dövlət siyasətində mühüm yerlərdən birini tutduğunu, hazırda qadın hüquqlarına, o cümlədən gender bərabərliyinə, qadın və kişilər arasında bərabərliyin təmin edilməsi üçün bərabər imkanların yaradılmasına dünya miqyasında, o cümlədən respublikamızda da önəm verildiyini bildirib, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun icrası vəziyyəti, bu sahədə dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Layihənin eksperti çıxış edərək, erkən nikah, boşanma zamanı kişilər tərəfindən alimentin ödənilməməsi, iqtisadi zorakılıq kimi ailədə qadınların və uşaqların əməyinin istismarı, ailə münaqişəsi zamanı uşaqların psixologiyasının pozulması, cəzaçəkmə müəssisələrində məişət zorakılığı zəminində cinayətkar qadınların olması kimi məsələlərə toxunub və əhalinin düşüncə tərzini dəyişməyə və insanlar arasında maarifləndirmə tədbirlərinin keçirilməsinə ehtiyac olduğunu vurğulayıb.

Tədbirdə iştirakçılarının çoxsaylı sualları cavablandırılıb və səmərəli fikir mübadiləsi aparılıb.

 

Mətbuat xidməti

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 904 dəfə oxunub




Flag Counter






» 27/11/2021- Salyanda Görüş

» 24/11/2021- Masallı şəhəri Respublikamızda əlilliyi olan, hərəkət məhdudiyyəti olan şəxslər üçün ən müyəssər şəhərdir.

» 30/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/11/2021- QHT Agentliyi Müşahidə Şurasının üzvləri maliyyə nazirinə etiraz edib

» 13/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 13/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/11/2021- QHT Agentliyi Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN

» 10/11/2021- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Zəfər Günü və Vətən müharibəsinin qalibiyyətlə başa çatmasının ildönümü münasibətilə növbədənkənar iclası keçirilib.

» 10/11/2021- ÜST Avropa Regional Ofisinin reabilitasiya üzrə regional texniki rəhbəri ilə görüş olub

» 10/11/2021- Şəhid ailələri və qazilər üçün sosial dəstək proqramları daha da genişlənəcək

» 9/11/2021- "İstedadlı Əlillər" İctimai Birliyinin və "Azərbaycan Beynəlxalq Jurnalının" təşkilatcılığı ilə 8 Noyabr Zəfər gününə həsr edilmiş "Biz Birlikdə Güclüyük" adlı tədbir kecirildi.

» 8/11/2021- Bakıda Zəfər yürüşü keçirilib

» 7/11/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəfər yolunun açılışında iştirak ediblər VİDEO

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/11/2021- Hamı üçün layiqli iş - Sumqayıt