XƏBƏRLƏR




- 2/10/2019 "Heç bir əlilliyi olan şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru"
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Bakı, 2 oktyabr, AZƏRTAC
Bakıda BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti və Azərbaycan Əlil Təşkilatları İttifaqının dəstəyi ilə "Heç bir əlilliyi olan şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın xatirəsini dərin ehtiramla yad edib, məzarları önünə əklil və gül dəstələri qoyublar.
Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli 14 ölkədən gələn nümayəndələri salamlayıb və bildirib ki, konfransın əsas məqsədinin BMT-nin əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasının 9-cu maddəsi və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 11-ci məqsədi əsas götürülərək ətraf mühitin əlilliyi olan şəxslər üçün müyəssərliyinə dəstək olmaqdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev çıxışında qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində əlilliyi olan şəxslərin vahid reyestrinin formalaşması, onların məlumat bazasının yaradılması işi aparılıb və bunun nəticəsində əmək pensiyaları avtomatlaşdırılıb. O, ilin sonuna qədər sosial müavinətlərin də avtomatik qaydada ödəniləcəyi, əlillik meyarların beynəlxalq standartlara uyğunlaşdırılması, reabilitasiya sisteminin təkmilləşdirilməsi və digər məsələlər barədə məlumat verib. Nazir əlillərə göstərilən reabilitasiya xidmətlərindən danışarkən ölkəmizdə 14 reabilitasiya mərkəzində təmir-tikinti işlərinin başlanıldığını, ilin axırınadək onlardan 4-nün istifadəyə veriləcəyini bildirib, həmçinin Bakı Metropoliteni, Bakı Nəqliyyat Agentliyi ilə əməkdaşlıq nəticəsində əlillərin nəqliyyatdan istifadəsinin müyəssərliyi barədə həyata keçirilən layihələr barədə məlumat verib, turizm obyektlərində müyəssərliyin təmin olunması istiqamətində görülən işlərdən danışıb.
BMT-nin İnklüziv Sosial İnkişaf üzrə Departament direktoru Daniela Basın konfrans iştirakçılarına videomüraciəti səsləndirilib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai əlilliyin müyəssərliyi ilə əlaqədar dünyada mövcud olan vəziyyət haqqında məlumat verib. O, Azərbaycanın BMT-nin əlilliklə əlaqədar Konvensiyasına qoşulan 77 ölkədən biri olduğunu və inklüziv təhsil, tibbi xidmət və digər sahələrdə Azərbaycanda atılan addımları təqdir etdiyini bildirib.
Konfransda Milli Məclisin deputatı Hadi Rəcəbli, Beynəlxalq Əlil Təşkilatları İttifaqının sədri Vasili Nazarenko və Rusiya Əlillər Cəmiyyətinin sədri Mixail Terentyev çıxış ediblər.
Sonra əlillik məsələləri üzrə BMT-nin fəaliyyəti, Azərbaycan Əlillər İttifaqının, Beynəlxalq Əlil Təşkilatları İttifaqının, əlillik hüdudlarında qabiliyyət – təhsil, idman, istirahət və incəsənət vasitəsilə sosial inteqrasiyanın gücləndirilməsi ilə əlaqədar UNISEF-ın təqdimatları olub.
Konfrans iştirakçılarının Milli Məclisdə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüşləri nəzərdə tutulub.
Konfrans üç gün davam edəcək.
Bu xəbər 1668 dəfə oxunub