XƏBƏRLƏR




- 6/9/2019 “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” - Bərdə
Press Reliz
№ 011/CRRC 07 sentyabr 2019 –cu il
“Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” fəaliyyətinə əsasən Bərdə rayonunda Dəyirmi masa keçirilmişdir. Dəyirmi masada Bərdə rayonunda yerləşən müvafiq təşkilatların, Rayon İcra Hakimiyyətinin, Əmək və Əhalinin Sosiall Müdafiəsi Nazirliyinin 4 idarəsi (DSMF, DMX, DƏMX, TSEK), Səhiyyə Nazirliyinin 2 (Mərkəzi Xəstəxana, Uşaq Poliklinikası), Mədəniyyət Nazirliyi nümayəndələri, hüquqşünaslar, QHT, əlilliyi olan şəxslər və onların valideynləri cəmi 83 nəfər iştirak etmişlər.
Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli tədbir iştirakçılarını salamlamış, dövlətin əlilliyi olan şəxslərə diqqəti, görülən işlər, xidmət və xidmət çərçivəsində görülmüş işlər və tədbirin məqsədi barədə məlumat vermişdir.
Qeyd olunmuşdur ki, Bərdə rayonunun 22 kəndində əlilliyi olan şəxslərlə görüşlər keçirilmiş, onların ehtiyacları öyrənilmiş və hüquqi xidmətlər göstərilmişdir. Fəaliyyət dövründə 197 nəfərə xidmət göstərilmişdir. Bundan başqa Bərdə şəhərindən olan müraciətlərə də baxılmış, onların həllinə yardım olunmuş və olunmağı üçün qeydə alınmışdır. Olunmuş müraciətlər: əlilliyin təyin olunması və veteranlığın verilməsi (50%), məşğulluq və maddi yardım (15%), mənzil, infrastruktur (qaz, su) (20%), müalicə, sanatoriya göndərişləri (5%) və dişər məsələlər (10%). Tədbir zamanı iştirakçılar tərəfindən qaldırılan 5 problem yerində həllini tapdı.
Tədbir iştirakçıları görülmüş işlər və ən əsas gələcəkdə həm iş əsnasında, həm olunacaq müraciətlərə, həm də hüquqi xidmətlərin göstərilməsi yollarını müzakirə etmişlər. Bunların əsasında gələcək fəaliyyət planının layihəsi hazırlanmışdır.
Qeyd edək ki, analoji xidmətlər İsmayıllı və Quba rayonlarında da həyata keçirilmiş və xidmətlər göstərilmişdir.
Növbəti ətapda hüquqi xidmətlərə çatım üçün hamının asan istifadə edə biləcəyi 1000 tirajla nəşr hazırlanaraq aidiyyatı üzrə (benefisiarlar, təşkilatlar) paylanacaqdır.
Qeyd edək ki, bu xidmətlər Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) “UNİVERSAL DİZAYN” Əlillik Adaptasiya Avadanlıqları MMC ilə birgə əməkdaşlıqla Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqat və Resurs Mərkəzi – Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” fəaliyyəti çərçivəsində göstərilmişdir.
Əlil Təşkilatları İttifaqı (ƏTİ) Mətbuat Xidməti
Bu xəbər 2081 dəfə oxunub