XƏBƏRLƏR




- 5/9/2019 Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı növbəti ictimai maarifləndirmə tədbiri baş tutub
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı
növbəti ictimai maarifləndirmə tədbiri baş tutub
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnklüziv Cəmiyyət Naminə” Əlilliyi olan Şəxslərə Dəstək ictimai birliyi tərəfindən həyata keçirən “Əlilliyi olan şəxslərə sosial-psixoloji xidmətlərin təşkili” layihəsi çərçivəsində Abşeron rayonunda növbəti ictimai maarifləndirmə tədbiri keçirilib.
Abşeron rayonundakı məktəbəqədər və ümumtəhsil məktəblərinin pedaqoji işçilərinin, Abşeron Uşaq Günərzi Qayğı və Sosial Reabilitasiya Mərkəzinin mütəxəssislərinin iştirakı ilə keçirilən həmin tədbiri salamlama nitqi ilə çıxış edən İctimai birliyin sədri, sosial iş üzrə mütəxəssis Ramilə Rasimqızı müasir dövr üçün çox aktual olan bir mövzuya həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya təşəkkürünü bildirib.
Birliyin sədri qeyd edib ki, bu layihənin əsas məqsədi – əlilliyi olan şəxslər, o cümlədən uşaqlar, gənclər və onların ailələri üçün sosial-psixoloji xidmətlərin təşkil edilməsi, eyni zamanda sosial işçilərin, psixoloqların və pedaqoqların iştirakı ilə bu mövzuda maarifləndirmə tədbirlərinin keçirilməsi yolu ilə həmin qəbildən olan insanların sosial inklüziyasına mane olan sosial-psixoloji maneələrin aradan qaldırılmasına, əlilliyi olmayan həmyaşıdları ilə onlar arasında səmimi ünsiyyət və dostluq münasibətlərinin qurulmasına, ümumi təyinatlı təhsil müəssisələrində heç bir ayrı-seçkiliyə yol verilmədən birgə təhsilə (inklüziv təhsilə) cəlb olunmalarına bərabər imkanlarının yaradılmasına dəstək verməkdən ibarətdir.
Ramilə Rasimqızı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın müvafiq tapşırıqlarına uyğun olaraq, ölkəmizdə əlilliyi olan şəxslərin sosial-hüquqi müdafiəsi, onların təkcə tibbi cəhətdən deyil, həm də müasir tələblərə uyğun olaraq psixo-pedaqoji və sosial reabilitasiyası istiqamətində genişmiqyaslı kompleks tədbirlərin həyata keçirildiyini, dövlət başçısının qanunvericilik təşəbbüsü ilə ötən ilin sonunda qəbul edilən “Psixoloji yardım haqqında” Qanunda tibbi-sosial reabilitasiyası zamanı əlilliyi olan şəxslərin ödənişsiz psixoloji yardım almaq hüququnun da təsbit edildiyi böyük minnətdarlıq hissi ilə vurğulayıb.
Daha sonra Abşeron Uşaq Günərzi Qayğı və Sosial Reabilitasiya Mərkəzinin əməkdaşı, korreksiyaedici psixopedaqoq Ləman Rəfiyeva çıxış edərək, əlilliyi olan şəxslərin qarşılaşdıqları bəzi sosial-psixoloji problemlər, onların baş vermə səbəbləri, korreksiyaedici və inkişafetdirici metodlar, bu sahədə qabaqcıl təcrübələr, əlilliyə yanaşmada tibii modeldən insan hüquqlarına əsaslanan sosial modelə keçidin əhəmiyyəti, habelə inklüziv təhsilin anlayışı, aktual problemləri və perspektivləri, əlilliyi olan uşaqların erkən aşkarlanması, psixoloji inkişaf pozuntularının korreksiyası, abilitasiya və sosial-psixoloji reabilitasiya yolu ilə onların inklüziv təhsil imkanlarının artırılması, əlilliyi olan uşaq və gənclərin, habelə ailələrin sosial inkluziyası, bu qəbildən olan şəxslərin cəmiyyət tərəfindən düzgün dərk edilməsininə mane olan mənfi streotiplərdən irəli gələn sosial-psixoloji məhdudiyyətlərin aradan qaldırılması yolları barədə iştirakçılara məlumat verib.
Tədbirdə nümayiş olunan sosial çarxlar, slayd və digər təqdimat xarakterli informasiyalar maraqla qarşılanıb, iştirakçıların sualları cavablandırılıb.
Mətbuat xidməti
Bu xəbər 1686 dəfə oxunub