XƏBƏRLƏR




- 22/8/2019 “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Press Reliz
№ 11/CRRC 22 avqust 2019 –cu il
“Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” fəaliyyətinə əsasən Ismayıllı rayonunda Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilmişdir. Dəyirmi masada İsmayıllı rayon İcra Hakimiyyəti, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Xidməti, Dövlət Əmək Müfəttişliyi Xidməti, səhiyyə, mədəniyyət, ərazilər üzrə icra nümayəndələri, QHT təmsilçiləri, əlilliyi olan şəxslər iştirak etmişlər. Dəyirmi masanı giriş sözü ilə Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov açaraq xidmət iştirakçılarını təqdim etmişdir. Tədbirdə koordinatoru, Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud RƏHİMLİ Respublikamızda əlillik sahəsində, xüsusilə son illərdə minimum əmək haqqı, pensiya və social müavinatların artırılması, özünəməşğulluq, social xidmətlərin göstərilməsi sahələrinin daha da genişlənməsini kimi fəaliyyətlərin əhəmiyyətini qeyd etdi.
Sonra fəaliyyət çərçivəsində keçən müddət ərzində İsmayıllı rayonunun Lahıc və Basqal qəsəbələri və ətraf kəndlərdə əlilliyi olan şəxslərlə görülən işlər, göstərilən hüquqi xidmətlər haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, 9 ərazi vahidi üzrə əlilliyi olan şəxslər, onların valideynləri ilə 5 fokus qrup keçirilmiş, 130 nəfər təlimlərə cəlb olunmuş, 97 nəfərə hüquqi xidmətlər göstərilmiş, 7 nəfərə rastlaşdıqları problemlər üzrə yardım göstərilmişdir. Təqdimatda xidmət zamanı əlilliyi olan şəxslərin və onların ailələrinin rastlaşdıqları problemlər və onların hüquqi müstəvidə həlli yolları qeyd olunmuşdur. Rastlaşılan əsas problemlər əlilliyin təyin olunması, təkərli kürsülərin alınması, Bərpa mərkəzlərində reabilitasiya, özünəməşğulluq kimi olmuşdur.
Tədbirdə rayon xəstəxanasının həkimi Aydın Əsədov əlilliyin təyin olunması zamanı rastlaşılan problemlər və onların həlli yolları haqqında fikirlərini bildirmişdir. Digər çıxış edən aidiyyatı orqanların nümayəndələri görülən işlər və problemlər barədə təkliflərini bildirdilər.
Sonra əlilliyi olan şəxslərin və onların ailələrinin əsas rastlaşdıqları problemlər onlara uyğun təkliflər və hüquqa çatım yolları haqqında təkliflər paketi iştirakçıların diqqətinə çatdırılmışdır.
Tədbir iştirakçıları görülmüş işlər, gələcəkdə iş əsnasında olunacaq müraciətlərə baxılmasını, hüquqi xidmətlərin göstərilməsi yollarını müzakirə etmişlər. Bunların əsasında gələcək fəaliyyət planının layihəsi hazırlanmışdır.
Davud Rəhimli Əlil Təşkilatları İttifaqı adından belə bir əhəmiyyətli layihənin İsmayıllı rayonunda yüksək səviyyədə icra olunmasına göstərdiyi dəstəyə görə İsmayıllı Rayon İcra Hakimiyyətinə, Heydər Əliyev Mərkəzinə, Lahıc və Basqal qəsəbələrinin yerli özünüidarəetmə orqanlarına öz təşəkkürünü bildirmişdir.
Qeyd olunmuşdur ki, bu fəaliyyətlərin nəticəsi və gələcəkdə davam etdirilməsi üçün benefisiarlar üçün 1000 tirajla nəşr hazırlanaraq aidiyyatı üzrə (benefisiarlar, təşkilatlar) paylanacaqdır.
Bu xidmətlər Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) “UNİVERSAL DİZAYN” Əlillik Adaptasiya Avadanlıqları MMC ilə birgə əməkdaşlıqla Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqat və Resurs Mərkəzi – Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” fəaliyyəti çərçivəsində göstərilmişdir.
Əlil Təşkilatları İttifaqı (ƏTİ)
Mətbuat Xidməti
Bu xəbər 2184 dəfə oxunub