XƏBƏRLƏR




- 6/8/2019 “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
PRESS – RELİZ № 03
“Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi” adlı Layihənin rəhbəri Növrəstə Yusifova məlumat verərək bildirdi ki, tur zamanı icarəyə götürülmüş sifarişli nəqliyyatla iştirakçıların I turu Lənkəran rayonunun “Xanbulan” İstirahət Mərkəzində 12 nəfərdən ibarət (4 nəfər işçi qrupu daxil) əlavə 3 nəfər (2–si QHT rəhbəri) və jurnalist qonaq qismində birgə 29 – 30 iyun 2019–cu il tarixinə iki gün ərzində, bir gecə oteldə qalmaqla, hər bir gün üçün üç dəfə yemək, çay, su ilə təmin olunmaqla təşkil olunan tur sona çatdı.
Layihə çərçivəsində keçirilən turun əsas məqsədi, müharibə iştirakçıları və onların ailə üzvlərinin iqtisadi-sosial problemlərinin həlli istiqamətində asudə vaxtlarının səmərəli təşkili, şəhərdən kənar, regionlarda ekoloji təmiz təbiət qoynunda gəzintilər təşkil olundu, digər mənzərəli yerlərə də yol boyu gəzintilər davam etdi.
Tur zamanı tibb işçisi iştirakçıların səhhətini müayinə etdi və heç bir problem olmadığına əmin oldu.
Layihənin yüksək səviyyədə keçirilməsi üçün ayrılan maliyyə dəstəyinə görə Dövlət rəhbərimiz İ.Əliyev cənablarına, Şuranın rəhbərliyinə və işçi kollektivinə Birliyin rəhbərliyi, çoxsaylı müharibə iştirakçıları və ailə üzvləri adından təşəkkürümüzü bildiririk.
“Qarabağ Əlilləri və Veteranları”
İctimai Birliyinin Mətbuat xidməti
Bu xəbər 1652 dəfə oxunub