XƏBƏRLƏR




- 31/7/2019 “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
“Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” fəaliyyətinə əsasən Quba rayonunun Vəlvələ, Xorasa, Paşa oba, Bərgou, Tabalıqışlaq, Alpan, Uzunmeşə, Çərəy, Susay, Kurkün kimi ucqar kəndlərində cəmi 53 nəfər əlilliyi olan şəxsiləri əhatə etmişdir. Xidmətin bundan əvvəl fəaliyyətləri nəticəsində qeyd olunan ərazilərdə əlilliyi olan şəxslər ilə fokus qrupların və təlimlərin aparılması nəticəsində problemlər müəyyənləşdirilmiş, hüquqşunas tərəfindən qruplaşdırılmışdır. Fəaliyyət zamanı anket sorğuları əsasında tələbatlar öyrənilmişdir.
Bundan başqa bir nəfər peşə təliminə yönəldilmiş, 4 nəfər Quba Günərzi Qayğı mərkəzinə yerləşdirilmiş, bir nəfərin protez ayaq, bir nəfərin protez qol, 1 nəfərin karset alınmasına, 2 nəfərin əlillik dərəcəsinin alınmasına dəstək olunmuş və 4 həfər müalicəyə göndərilmişdir. İçməli su problemi ilə əlaqədar Su Meliorasiya İdarəsinə müraciət olunmuşdur.
Qeyd edək ki, bu xidmətlər Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) “UNİVERSAL DİZAYN” Əlillik Adaptasiya Avadanlıqları MMC ilə birgə əməkdaşlıqla Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqat və Resurs Mərkəzi – Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” fəaliyyəti çərçivəsində göstərilmişdir.
Bu xəbər 2047 dəfə oxunub