26 İyun 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
31/8/2019 Azərbaycan Respublikasının Himni işarət dilində


https://www.facebook.com/caqayeva/videos/2256367847814812/UzpfSTEwMDAwMzI0ODU1MjI0ODoyMjU3MDIxNzY3NzQ5NDIw/

“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 01.05.2019-cu il tarixindən “ Azərbaycan Respublikasının Dövlət Himninin işarət dilində hazırlanması və təqdimatı” layihəsnin icrasına başlanmışdır. Layihədə 15 eşitmə məhdudiyyətli gənc iştirak edərək, Himni İşarət dilində ifa etmişdir. Himn dəfələrlə özfəliyyət quruplar tərəfindən jest dilində ifa edilsə də, ilk dəfədir ki, Dövlət dəstəyi ilə hazırlanaraq cəmiyyətə təqdim olundu.

QHT.az xəbər verir ki, layihə rəhbəri Cəmilə Çingizqızı tədbiri açaraq,iştirakçıları salamladı. O,qeyd etdi ki, ölkəmizdə ümümilikdə sağlamlıq İmkanları məhdud insanlar hər zaman dövlətin diqqətindədir və qayğı ilə əhatə olunsa da, onların bəzilərinin ünsiyyət və münasibət qurmasında,eləcə də ölkədə baş vermiş hadisələrlə bağlı informasiya almasında çətinliklər var. Bu cür insanlar məhz eşitmə və nitq məhdudiyyətlilərdir. Bu problemi aradan qaldırmaq üçün eşitmə və nitqi məhdud olan uşaq və gənclərin ictimai aktivliyini yüksəltmək və informasiya balansının artırılmasına ehtiyac hiss olunur. Çünki eşitmə məhdudiyyətli şəxsləri ölkəmizi Beynəlxalq və ya yerli tədbirlərdə təmsil edir ,himnimiz səslənən zaman onlar bu himnin mahiyyətini anlasalarda,sözlərini anlamırlar. Bunun üçün eşitmə və nitq məhdudiyyətli gənclərin tanımaq və onların dilini tanıtmaq, dövlət himimizin işarət dilində hazırlanmasına və cəmiyyətə təqdim olunmasına böyük ehtiyac duyurlur. Hazırlanan klip Azərbaycanlı məhdudiyəti olan gənclərin dünyaya mesajı olmaqla yanaşı həm də Azərbaycançılığın təşviqinə xidmət edəcəkdir. Azərbaycan Respublikasının Dövlət Himninin yaranmasından 100 il ötdükdən sonra ilk dəfədir ki, bu Himn Dövlət dəstəyi ilə Jest dilində tərcümə edilərək cəmiyyətə təqdim olundu.

Qeyd edim ki, Azərbaycanda ilk dəfə olaraq, Azərbaycanın Dövlət Himni İşarət dilində , Dövlət Dəstəyi ilə hazırlanıb. Bu Prezidentimiz cənab İlham Əliyev və xanımı vitse-prezident Mehriban Əliyevanın əlilliyi olan şəxslərə diqqət və qayğısının daha bir nümunəsidir.

Inanırıq ki, bu Himnin əsəri bir çox Dövlət tədbirlərində, TV kanallarda, məktəblərdə, idman yarışlarında böyük qürur və diqqət ilə izlənəcək deyə vurğulayıb.

Himnin təqdimatından sonra Əsərin rejissoru Elşən Qəni əsər barədə ətraflı məlumat verdi. Sonra QHT rəhbərləri, öz fikirlərini bölüşdülər.Sonda Dövlət Himnini işarət dilində ifa edə gənclərə hədiyyələr və diplomlar təqdim olundu.

Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım ictimai birliyi


   



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1621 dəfə oxunub




Flag Counter






» 22/6/2022- Mehman İsmayılov: İki ildir Silahlı Qüvvələr Günü respublikamızın hər yerində daha əlamətdar və qürurla keçirilir

» 22/6/2022- Nazirlikdə daha bir qrup şəhid ailəsi və Vətən müharibəsi iştirakçısı ilə görüş keçirildi

» 21/6/2022- Asiya İnkişaf Bankı ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

» 20/6/2022- Dövlət başçısının yeni Fərmanı hərbçilərin icbari sığorta sahəsində daha etibarlı sosial müdafiəsinə xidmət edir

» 20/6/2022- Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb

» 18/6/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/6/2022- Əlilliyi olan uşaqlar üçün “Reabilitasiya avtobusu” fəaliyyətə başladı

» 17/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 16/6/2022- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2022-ci ilin yanvar-may aylarının yekunları üzrə fəaliyyətinə dair qısa məlumat

» 16/6/2022- "Partners & Business" sərgi-konfransında məşğulluq xidmətləri və əlilliyi olan şəxslərin əl işləri təqdim edilir

» 15/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/6/2022- Milli Qurtuluş Günündə Vətən müharibəsi əlillərinə bayram hədiyyəsi

» 15/6/2022- 15 iyun ölkəmizin müstəqil dövlət kimi inkişafının başlanğıc tarixinə çevrildi

» 14/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/6/2022- Əlillikdə yeni meyarlar: nə dəyişəcək?

» 12/6/2022- DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 190 benefisiara təlimlər keçirilir

» 11/6/2022- Milli QHT Forumunun yarandığı gündür

» 10/6/2022- Son 3 ildə 160 mindən çox şəxsə, postmüharibə dövründə 3 min qaziyə əlillik təyin edilib

» 9/6/2022- Prezident İlham Əliyev “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edib.

» 9/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!