XƏBƏRLƏR




- 10/7/2019 Quba rayonunda rayonunda əlilliyi olan şəxslərə hüquq və xidmətlərə çatım üzrə seminar – təlimlər
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Quba rayonunda rayonunda əlilliyi olan şəxslərə hüquq və xidmətlərə çatım üzrə seminar – təlimlər.
Press Reliz 11 iyul 2019-cu il
“Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” fəaliyyətinə əsasən Quba rayonunun Alpan və Vəlvələ kəndində əlilliyi olan şəxslərin hüquqa çatımının asanlaşdırmaq məqsədi ilə seminar – təlimlər keçirilmişdir. Seminar təlimlər qeyd olunan kəndlərin ətrafında olan kəndlərdən də əlilliyi olan şəxsləri cəlb olunması ilə cəmi 52 nəfəri əhatə etmişdir. İki nəfər hüquqşünas və layihə əməkdaşları tərəfindən iştirakçılara hüquqi biliklərə, social xidmətlərə çatım yolları izzah olunmuş, müraciət etmək qaydaları və ünvanları barədə məlumatlar verilmişdir. Növbəti etapda həmin kəndlərin ərazilərində hüquqşünaslar tərəfindən səyyar hüquqi xidmətlər göstəriləcəkdir.
Bu xidmət Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) “UNİVERSAL DİZAYN” Əlillik Adaptasiya Avadanlıqları MMC ilə birgə əməkdaşlıqla Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqat və Resurs Mərkəzi – Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” fəaliyyəti çərçivəsində həyata keçirilmişdir.
Xidmət Quba, İsmayıllı, Bərdə rayonlarında həyata keçirilir.
Görüşlərin təşkil olunmasında göstərdikləri dəstəyə görə Quba rayon İcra Hakimiyyətinə, Alpan və Vəlvələ icra nümayəndəliklərinə bələdiyyələrinə təşəkkürümüzü bildiririk.
Bu xəbər 1050 dəfə oxunub