19 Fevral 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
24/6/2019 Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir


Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir

 

Həmçinin oktyabrın 1-dən minimum pensiya da pensiyaçılar üçün yaşayış minimumundan 34,2 faiz çox olacaq

 

Prezident cənab İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamı ilə minimum əmək haqqının 250 manata çatdırılması ölkəmizdə ilk dəfə olaraq minimum əmək haqqının yaşayış minimumunu üstələməsinə imkan verib.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsində vurğulayıb.

 O, hazırkı yaşayış minimumunun 180 manat olduğunu,  artıq bu il sentyabrın 1-dən minimum əmək haqqının həmin yaşayış minimumunu 40 faizə yaxın üstələyəcəyini deyib. Eyni zamanda, Prezident İlham Əliyevin yeni qanunvericilik təşəbbüsü kimi, əmək pensiyasının minimum məbləği cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq və bununla da minimum pensiya pensiyaçılar üçün yaşayış minimununu (149 manat) 34,2 faizədək üstələmiş olacaq.

S.Babayev qeyd edib ki, bu, Azərbaycan dövlətinin sosial siyasətinin növbəti uğuru olmaqla, ölkəmizdəki sosial inkişafın daha bir göstəricisidir. Minimum əmək haqqının artımı 950 min insanı, dövlət sektoru üzrə müxtəlif sahələrdə əmək haqlarının artımı isə 400 min insanı əhatə edir.

Nazir ümumilikdə bu ay reallaşan sosial paketin ümumilikdə 1 milyon 350 min insanın əmək haqlarının, 750 mindən çox pensiyaçının pensiyasının, nəticə etibarilə  2,1 milyon vətəndaşın əmək haqqı və pensiya formasında gəlirlərinin ciddi şəkildə artımına imkan verdiyini deyib. S.Babayev bu artım üzrə dövlətin əlavə maliyyə yükünün isə 2 milyard manat təşkil etdiyini bildirib.   

 

AZƏRBAYCAN RESPUBLİKASI

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 458 dəfə oxunub




Flag Counter






» 17/2/2020- Dövlət Sosial Müdafiə Fondunun yeni idarələri yaradıldı

» 13/2/2020- Əlilliyi olan şəxslər üçün peşə-əmək reabilitasiya mərkəzləri şəbəkəsi genişləndiriləcək.

» 13/2/2020- 32 nəfər əlilliyi olan uşaq ailələrinə qayıdıb

» 11/2/2020- Nazirliyin rəsmi internet səhifəsində onlayn əlaqə xidməti istifadəyə verildi

» 10/2/2020- 2020-ci ildə açılacaq və inşasına başlanacaq mərkəzlər ildə əlavə 12,8 min şəxsə reabilitasiya xidməti göstərməyə imkan verəcək

» 6/2/2020- Pensiyalar 16,6 faiz artırıldı

» 31/1/2020- Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı keçirilib.

» 28/1/2020- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nə qədər şəxsə müavinət və təqaüd ödəyir?

» 27/1/2020- Ötən il 2400-ə yaxın əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib

» 24/1/2020- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Salyan, Cəlilabad və Biləsuvarda 4 rayonun sakinləri ilə görüşdü

» 21/1/2020- Göndərişlərin verilməsi və əlilliyin qiymətləndirilməsi qaydalarında hansı yeniliklər edilib?

» 19/1/2020- TARİXMİZİN QANLI VƏ ŞANLI SƏHİFƏSİ

» 18/1/2020- Sosial islahatlar bu il də geniş miqyasda davam edəcək

» 17/1/2020- 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar nazirlikdə tədbir keçirilib

» 16/1/2020- "BMT-AZƏRBAYCAN ÇƏRÇİVƏ SƏNƏDİ"NİN HAZIRLANMASI MÜZAKİRƏ EDİLİR STRATEJİ PRİORİTETLƏŞDİRMƏ SEMİNARI

» 16/1/2020- Əlilliyin təyin olunması meyyarlarında dəyişiklik olundu

» 15/1/2020- Üç təşkilat arasında anlaşma memorandumu bağlanmışdır.

» 15/1/2020- #BizBirik komandası 2020-ci ildə də öz işini davam etdirir.

» 14/1/2020- BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin hazırlanması məsələləri müzakirə olunub

» 13/1/2020- Qeyri-formal məşğulluğa qarşı mübarizə kampaniyasına xalq artisti Tünzalə Ağayeva da qoşuldu.