22 Sentyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
18/4/2019 17 Aprel Dünya Hemofiliya gününə həsr edilmiş dövlət nümayəndələri ilə konfrans keçirildi.


7 Aprel Dünya Hemofiliya gününə həsr edilmiş dövlət nümayəndələri ilə konfrans keçirildi.
Hər il olduğu kimi bu ildə hemofiliyalı uşaq və gənclərin, Milli Məclisin deputatları, Səhiyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri, Azərbaycan Gənclər Fondu və Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasının rəhbərliyi, və KİV nümayəndələrinin iştirakı ilə “17 Aprel - Hemofiliya Günü”nü yaddaşlarda saxlamaq üçün, cəmiyyətin diqqətini bu problemə yönəltmək məqsədi ilə təntənəli Konfrans keçirilmişdir.
Konfransda hemofiliyanın müalicəsi haqqında çıxışlar, hemofiliyanın müasir müalicə metodları və gələcək perspektivlər haqqında mühazirələr oldu.
Sonda panel debatlar keçirildi. Debatlarda Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının hemofiliyalı üzvləri tərəfindən dövlət strukturlarının nümayəndələri müxtəlif suallar ətrafında müzakirələrdə iştirak etdi.
Hemofiliyalı vətəndaşlar arasında əlilliyin qarşısının alınması üçün tədbirlərin həyata keçrilməsi, faktor preparatlarının kifayət qədər olması, gənc hemofiliyalı vətəndaşların gənclər təşkilatlarına inteqrasiyası, hemofiliyalı uşaqların sosial müavinatlar haqqında mövzuları ətrafında gərgin debatlar öz yerini almışdır. 
2006-ci ildən cənab Prezident İlham Əliyevin imzaladağı “Hemofiliya xəstəliyinə düçar olmuş şəxslərə Dövlət qayğısı haqqında Qanun” çərçivəsində və vitse-prezident xanım Mehriban Əliyevanın diqqəti nəticəsi olaraq Azərbaycan Hökuməti irsi qan xəstəliyindən əziyyət çəkən vətəndaşlarımıza yetərincə qayğı göstərir hemofiliyalı vətəndaşlarımız mənəvi dəstək alır və sağlam həyat tərzi yaşayırlar.
Qeyd etmək istəyirik ki, Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Hemofiliya Federasiyası 17 aprel tarixini Dünya Hemofiliya Günü elan etdiyi üçün Azərbaycanda 17 Aprel Günü 1999-cu ildən qeyd edilir.
Xatırladaq ki, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 1997-ci ildən hemofiliyalı uşaqlarımıza mənəvi dəstək, onlara qan və onun komponentləri ilə yardım məqsədi ilə yaradılmışdır.
Hökumətin dəstəyi olduqdan sonra uşaqlarımız yüksək keyfiyyətli dərman preparatları ilə müalicə alır və sağlam yaşayırlar. Onlar təhsil alır, işləyir və ailə qururlar. 
 

 

Davud Rəhimli



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 325 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 18/9/2019- Müyəssərlik üzrə mütəxəssis - ekspertlərin hazırlanması təlimləri davam etdirilir.

» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.

» 7/9/2019- “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” təsdiq olundu

» 6/9/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” - Bərdə

» 5/9/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı növbəti ictimai maarifləndirmə tədbiri baş tutub

» 26/8/2019- TƏBRİK EDİRİK!

» 23/8/2019- UNDP VCT-lər üçün PR təlimi

» 22/8/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 22/8/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

» 20/8/2019- QHT “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”yaradır

» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.

» 31/8/2019- Azərbaycan Respublikasının Himni işarət dilində