05 Avqust 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
6/4/2019 1-ci “Fərqli Fərdlər” konqresi keçirildi


Aprelin 6-da Heydər Əliyev Mərkəzində fərqli inkişaf özəllikləri olan uşaqlara həsr olunan 1-ci “Fərqli Fərdlər” konqresi keçiriləcək.

Konqresin məqsədi ictimaiyyətin diqqətini fərqli özəllikləri olan uşaqların inkişafına və təlim-tərbiyəsinə yönəldərək valideynlər, mütəxəssislər və pedaqoqlar arasında dialoq qurmaq və inklüziv cəmiyyətin dövlət tərəfindən müəyyənləşdirilmiş inkişaf təmayülünü dəstəkləməkdir. Tədbirdə aşağıdakı mövzuları ehtiva edən 4 panel təqdim olunacaq:

  1. Autizm spektr pozuntusu; 2) Diqqət çatışmazlığı və Hiper-aktivlik sindromu; 3) Turet sindromu; və 4) Daun sindromu.

 

Valideynlərin emosional tükənməsi və bunu aradan qaldırma üsulları mövzusuna konqres çərçivəsində ayrı panel həsr olunacaq.

Konqresin məruzəçiləri arasında tanınmış beynəlxalq və yerli mütəxəssislər, fərqli inkişaf xüsusiyyətləri olan uşaqların valideynləri, eləcə də öz həyat və nailiyyət tarixçələri barədə danışmaq istəyən insanlar yer alır. Konqresdə həmçinin dövlət strukturları, müəllimlər, həkimlər və fərqli inkişaf özəllikləri olan insanlar ilə iş üzrə mütəxəssislər iştirak edəcəklər.

Hazırda tədbirdə çıxış edəcək iştirakçılar arasında “Downside Up” Fondunun Ailə Dəstək Mərkəzinin direktoru Tatyana Neçayeva (Rusiya), “Downside Up” Fondunun Təhsil mərkəzinin direktoru Yelena Pole (Rusiya), Beynəlxalq Disleksiya Mərkəzinin rəhbəri psixoloq Lora Zakon (İsrail), klinik psixoterapevt Natalya Yaroşenko (İsveç), Azərbaycan Beynəlxalq Məktəbinin (TİSA) tədrisə dəstək koordinatoru, Coana Braun (Azərbaycan), ATU, psixiatr, İkram Rüstəmov (Azərbaycan), Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin baş məsləhətçisi Reymond Finç (Azərbaycan), Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin müdiri Natella Həsənova (Azərbaycan) və Daun sindromlu uşağın müəlliməsi Şölə Kərimova (Azərbaycan) var.

Həmçinin konqresdə Autizm spektr pozuntusu olan şəxslərə dəstək mərkəzinin (Rusiya) rəhbəri Antonina Steynberq özü haqqımda danışacaq, özünü dəstəkləmək / təşviq etmək bacarığı və Autizm spektr pozuntusu olan fərdlərin sosiallaşması mövzusunda çıxış edəcək. Konqresin xüsusi qonağı qismində daun sindromlu inklüziv teatr studiyasının aktyoru Vlad Sanotskiy çıxış edəcək.

İnkişaf özəllikləri olan uşaqların öz normotipik həmyaşıdları ilə təhsil alması həyati əhəmiyyət kəsb edir və sevindirici haldır ki, Azərbaycanda belə uşaqlar dövlət qayğısı ilə əhatə olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsi ölkədə inklüziv cəmiyyətin inkişaf etdirilməsi baxımından yeni imkanlar yaradıb.

Ənənəvi olaraq aprel ayı bütünlüklə autizm barədə məlumatlandırma işlərinə həsr olunur - çoxsaylı aksiyalar sayəsində bütün dünyada insanlar bu inkişaf pozuntusuna diqqət yetirərək daha çox məlumat əldə edirlər. Həmçinin bu aksiyanı dəstəkləyən xeyriyyə və kommersiya təşkilatlarının sayı da ildən-ilə dəfələrlə artır ki, bu da sözügedən aksiyalara, ən əsası isə onların səmərəliliyinə olan yüksək tələbatı əks etdirir.

Fərqli inkişaf özəllikləri olan uşaqlara həsr edilən 1-ci “Fərqli Fərdlər” konqresi Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Heydər Əliyev Fondunun, Heydər Əliyev Mərkəzinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçiriləcək.

 Konqresinin baş tərəfdaşları qismində BP və Azərbaycan Beynəlxalq Bankı çıxış edirlər. Tədbir Shokki Mokki brendi, həmçinin Halliburton, ACE Group Consultants, British School in Baku, Green Light Autizm Mərkəzi, "Şəfa" Müalicəvi Diaqnostik Mərkəzi, Art Trio, Credo və CTS Translation şirkətləri tərəfindən dəstəklənir. Taksi-tərəfdaş qismində CityTaxi şirkəti çıxış edir. Təşkilatı dəstək - “Birgə və Sağlam” ictimai birliyi.

Arzu edən hər kəs (könüllülük əsasında) tədbiri dəstəkləyə bilər. Bütün maraqlanan şəxs və şirkətlər tərəfdaşlığa dəvət edilir (congress@ceo.az; info@famtram.az).

Konqresin təşkilatçıları qismində peşəkar tədbirlərin aparıcı təşkilatçısı - “CEO” şirkəti (ceo.az), Edutainment.az təhsil strukturu və Famtram.az ailə portalı çıxış edir.

 

 

 

    Davud Rəhimli
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 924 dəfə oxunub




Flag Counter






» 30/7/2020- İsmayıllı rayonunda təməli qoyulan “DOST Evi” mərkəzi bölgədə məşğulluğun, milli mədəniyyət nümunələri istehsalının və turizmin inkişafına dəstək verəcək

» 24/7/2020- "Əlilliyi olan uşaqların sosial reabilitasiyası” adlı layihəsini həyata keçirilir

» 21/7/2020- ZOOM/ SI&C

» 21/7/2020- DIPLOMATIYAMIZIN NÖVBƏTI BÖYÜK UĞURU

» 21/7/2020- İyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib.

» 21/7/2020- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciət edib.

» 15/7/2020- “Əlillik” altsistemində təkmilləşdirmələr aparılıb, bir sıra yeniliklər tətbiq edilib

» 14/7/2020- Əlil Təşkilatları İttifaqı Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribatı ilə əlaqədar bəyanat yayıb

» 8/7/2020- VEBİNAR UN

» 8/7/2020- QHT Jest dilində məlumatlandırma tədbirlərini davam etdirir

» 6/7/2020- Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək

» 1/7/2020- Vebinar. ZP MMBA

» 1/7/2020- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində struktur islahatlar

» 1/7/2020- Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 5-ci işçi qrupunun iclası WG - 5 VEBINAR

» 28/6/2020- "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin 1 yaşı tamam olur.

» 27/6/2020- Dünya Bankı və Azərbaycan Hökuməti arasında “Məşğulluğa Dəstək Layihəsi” üzrə kredit sazişi imzalanıb

» 26/6/2020- ŞURANIN DƏSTƏYİLƏ İTALİYA VƏ UKRAYNANIN SƏHİYYƏ İSTİQAMƏTLİ TƏŞKİLATLARI İLƏ TƏCRÜBƏ MÜBADİLƏSİ APARILIB

» 23/6/2020- “Benefisiar məlumatların açıqlığına necə olaq?”

» 23/6/2020- “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsinin onlayn bağlanış konfransı keçirilib.

» 23/6/2020- Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar üzrə 190 manat ödəmə almış şəxslərə eyni məbləğdə birdəfəlik ödəmə veriləcək