06 Dekabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
2/4/2019 2 Aprel - Dünya Autizmi Məlumatlandırma Günüdür.


Autizm nədir?

Autizm sözü yunan autos sözünün kökündən gəlir, yunan dilində autos sözünün mənası öz və ya özü deməkdir. İlk dəfə autizm (autismus) sözündən məşhur isveşrəli psixiatr E. Bleuler istefadə etmişdir. 1910-cu ildə Bleuler autizm termini ilə şizofreniya xəstələrində müşahidə olunan özünə qapanma və ətrafdakı dünyadan təcrid olunma əlamətlərini təsvir etmişdir.

Autizm pozuntusunu təsvir edən ilk həkimlər L. Kanner və H. Asperger isə eyni sözü ilə — autizm — «dünyadan təcrid olunmuş» uşaqları təsvir etmişdirlər. 1938-ci ildə H. Asperger bu vəziyyəti autistik psixopatiya, 1943-cü ildə isə L. Kanner erkən infantil autizm adlandırmışdır. L. Kanner və H. Asperger müşahidə etdikləri uşaqlarda şizofreniya xəstəliyi yox idi, sadəcə olaraq, bu uşaqların «öz aləmində olduğuna» görə onların vəziyyətinin təsvir etmək üçün autism termindən istifadə etmişdirlər. Buna baxmayaraq, uzun müddət ərzində autizm pozuntusu şizofreniya xəstəliyi ilə əlaqələndirilirdi. Çoxsaylı araşdırmalar göstəridi ki, autizm pozuntusu və şizofreniya xəstəliyi tamamilə fərqli vəziyyətlərdr. Yalnız bundan sonra autizm pozuntusu psixi xəsətliklər təsnifatına ayrıcı bir diaqnoz kimi daxil olunmuşdur. Nəzərə almaq lazımdır ki, autizm (isim) və autistik (sifət) sözləri həm diaqnozda (məsələn, uşaq autizmi), həm də ayrıca simptomlarda (autistik davranış) işlənir.

Autizm erkən yaşlardan başlayan və ömür boyu sürən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beynin inkişafına mane olan sindromdur. Bu əlamətlər autizmi, Asperger sindromu kimi daha yüngül görünən autistik spektrum pozuntularından (ASP) ayırır. Autizm beynin bir çox hissələrinə təsir edir və bu təsirin necə inkişaf etdiyi məlum deyil. Valideynlər uşaqların həyatının ilk iki ilində əlamətləri hiss edirlər. Autizm – özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir.

Autizmin spektr pozuntuları:
• Autizm
• Asperger sindromu
• Rett sindromu
• Uşaqlıq dezinteqrativ pozuntusu
• Atipik autizm
Autizmli uşaqların xüsusiyyətləri:
• Başqalarına qarşı maraqsızdır
• Göz təmasından qaçır
• Başqaları ilə ünsiyyət qurmur
• İstəklərini başqalarından istifadə edərək ifadə edir
• Digər uşaqlarla oynamır
• Mənasız sözləri ardıcıl təkrarlayır
• Predmetləri davamlı olaraq çevirməkdən xoşu gəlir
• Her şeyin eyni qalmasını istəyir, dəyişikliklərə həddindən artıq reaksiya verir
• Davamlı olaraq eyni oyunları oynayır
• Ağrıya qarşı laqeyddir
• Exolaliya (cavab vermək ərzinə, özünə deyilənləri eynilə təkrar etmək)
• Həddindən artıq hərəkətlilik ya da həddindən artıq hərəkətsizlik müşahidə olunur 
Əgər uşağınızda bu xüsusiyyətlərin bir neçəsini müşahidə edirsinizsə vaxt ötürmədən bir psixoloqa müraciət edin. Çünki ilkin diaqnoz çox önəmlidir. 
Valideynlərə tövsiyyələr:
• Çətin olsa da hər gün məşğul olmaq lazımdır. Yalnız davamlı məşğələlər nəticə verə bilər. 5 dəqiqədən başlamaq lazımdır və tədricən məşğələnin vaxtını gün ərzində 2-3 saata uzatmaq, fasilələr vasitəsi ilə uşağa “dayan” sözünü öyrətmək lazımdır. Əgər uşaq “dayan” sözünü bilsə bu onu travmalardan qoruya bilər.
• Autist uşaqlar adətən televizora baxmağı xoşlayır lakin onlara məhdudiyyət qoymaq lazımdır.
• Uşaq ilə mümkün qədər çox söhbət etmək və yadda saxlamaq lazımdır ki, autist uşaqların digər uşaqlardan daha çox ünsiyyətə ehtiyacı var.

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1463 dəfə oxunub




Flag Counter






» 3/12/2021- 2021-ci il kiçik qrant müsabiqəsinin elanı

» 3/12/2021- 3 dekabr Beynəlxalq əlilliyi olan şəxslər günü

» 3/12/2021- Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi istifadəyə verildi

» 4/12/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 4/12/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/11/2021- Salyanda Görüş

» 24/11/2021- Masallı şəhəri Respublikamızda əlilliyi olan, hərəkət məhdudiyyəti olan şəxslər üçün ən müyəssər şəhərdir.

» 30/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/11/2021- QHT Agentliyi Müşahidə Şurasının üzvləri maliyyə nazirinə etiraz edib

» 13/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 13/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/11/2021- QHT Agentliyi Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN

» 10/11/2021- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Zəfər Günü və Vətən müharibəsinin qalibiyyətlə başa çatmasının ildönümü münasibətilə növbədənkənar iclası keçirilib.

» 10/11/2021- ÜST Avropa Regional Ofisinin reabilitasiya üzrə regional texniki rəhbəri ilə görüş olub

» 10/11/2021- Şəhid ailələri və qazilər üçün sosial dəstək proqramları daha da genişlənəcək

» 9/11/2021- "İstedadlı Əlillər" İctimai Birliyinin və "Azərbaycan Beynəlxalq Jurnalının" təşkilatcılığı ilə 8 Noyabr Zəfər gününə həsr edilmiş "Biz Birlikdə Güclüyük" adlı tədbir kecirildi.

» 8/11/2021- Bakıda Zəfər yürüşü keçirilib