15 Noyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
7/3/2019 Qadınlar günü münasibətilə Peşə Reabilitasiya Mərkəzindəki xanımlarla görüş olub.


Qadınlar günü münasibətilə Peşə Reabilitasiya Mərkəzindəki xanımlarla görüş olub

8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində gənc xanımlarla görüşüb.

S.Babayev onlara bayram təbrikini və arzularını çatdırıb. Xanımlara gül və hədiyyələr təqdim edilib.

Nazir vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin nailiyyətlərindən biri kimi, ölkəmizdə gender bərabərliyi, qadınların sosial-iqtisadi və ictimai-siyasi həyatda bərabərhüquqlu iştirakı təmin olunur. Respublika əhalisinin 50,1 faizini təşkil edən qadınlar əmək və məşğulluq sahəsində də kişilərlə bərabər iştirak imkanlara malikdirlər. Nazirliyin sosial müdafiə və aktiv məşğulluq tədbirlərinin əhatə etdiyi vətəndaşların da mühüm bir hissəsi qadınlardır.

S.Babayev Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə indiyədək 1628 gəncin müxtəlif peşə hazırlıq kurslarına cəlb edildiklərini, onlardan 541 nəfərini qadınlar təşkil etdiyini deyib.

O bildirib ki, mərkəzdə keçdikləri peşə reabilitasiya dövrü onların həyatlarında müsbət dönüş yaradıb və artıq biz onların burada əldə etdikləri bacarıqlarla uğurlara imza atdıqlarını görürük. Hazırda Mərkəzdə peşə reabilitasiyasında olanlardan da 32 nəfəri xanımlardır. Sevindirici haldır ki, onların simasında biz sağlamlıq imkanları məhdudluğun öz arzularına doğru addımlamaq üçün heç də bir maneə olmadığını dərk edərək, özünəinam hissi və daim uğur qazanmaq, özlərini cəmiyyətin fəal üzvləri kimi təsdiq etmək əzmi ilə yaşayan gəncləri görürük. Bu sahədə nazirlik də daim öz davamlı dəstəyini verəcək.

Mərkəzin direktoru Rəhilə Həsrətova, müəsissədə peşə reabilitasiyasında olan Mətanət Quliyeva, Lamiyə Abdullayeva, Gülnar Rəhimova, Aytəkin Həsənova çıxış edərək, göstərilən diqqət və qayğıdan məmnunluqlarını ifadə ediblər.

Sonra S.Babayev Mərkəzdə peşə hazırlığı işinin təşkili vəziyyətini nəzərdən keçirib.

 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 454 dəfə oxunub




Flag Counter






» 12/11/2019- 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür.

» 09/11/2019- 9 noyabr tarixi Dövlət Bayrağı günüdür

» 10/11/2019- ADL "14 noyabr – Ümumdünya Diabet Günü" ilə bağlı maarifləndirici aksiya keçirəcək.

» 5/11/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 1/11/2019- Aynur Məmmədova 4 cü dəfə Avropa çempionu oldu

» 28/10/2019- Əlilliyi olan şəxslərin hüquqlarına dair Bakıda seminar keçirilib.

» 26/10/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 23/10/2019- “Xüsusi qayğıya ehtiyacı olan şəxslər və ailələr üçün maarifləndirmə tədbirlərinin təşkili”

» 18/10/2019- Bərdədə maarifləndirmə tədbiri keçirilib

» 17/10/2019- Blogerlik və vlogerlik fəaliyyətində Azərbaycan dövlətinin sosial – humanitar siyasətinin təbliği

» 17/10/2019- Eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq

» 12/10/2019- Ucarda maarifləndirmə tədbiri keçirilib

» 8/10/2019- "Leykemiya ilə mübarizə" İctimai Birliyinin 13 illik fəaliyyəti ilə bağlı toplantı

» 7/10/2019- Bir qrup əlilliyi olan istedadlı şəxslər Beynəlxalq Festivalda qalib olaraq Qran Prin Azərbaycana gətirdilər.

» 7/10/2019- BEYNƏLXALQ KONFRANSIN KEÇİRİLMƏSİNDƏ GÖSTƏRDİKLƏRİ DƏSTƏYƏ GÖRƏ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK.

» 5/10/2019- Saxtakarlıq faktı aşkar olunduğuna görə 779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb

» 5/10/2019- Azərbaycanda minimum pensiya 200 manata çatdı

» 5/10/2019- Maarifləndirmə tədbirləri davam etdirilib

» 2/10/2019- "Heç bir əlilliyi olan şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru"

» 29/9/2019- “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar”