12 Avqust 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
5/3/2019 Dövlət Sosial Müdafiə Fondunun “bir pəncərə” və “e-sosial” portalı əsasında xidmət göstərən müasir Qəbul Mərkəzi açılıb


Dövlət Sosial Müdafiə Fondunun “bir pəncərə” və “e-sosial” portalı əsasında xidmət göstərən müasir Qəbul Mərkəzi açılıb

 

Tədbirdə iştirak edən nazir Sahil Babayev e-qaydada pensiya təyin olunmuş 5000-ci pensiyaçı ilə də görüşüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) əhaliyə xidmətlərin innovativ üsullarla, “bir pəncərə” və  “e-sosial” portalı əsasında, şəffaf və operativ şəkildə çatdırılması üçün yeni və müasir Qəbul Mərkəzi açılıb. 

Mərkəzin açılışında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət sosial xidmətləri sahəsində innovativ yeniliklərin tətbiqi ilə şəffaflığın və ədalətliliyin təmin edilməsinin, vətəndaş məmnunluğuna nail olunmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin islahatlar proqramının başlıca xətti olduğunu vurğulayıb. O bildirib ki, DSMF-də müasir iş və xidmət prinsipləri əsasında yeni Qəbul Mərkəzinin yaradılması da  bu məqsədə xidmət edən bir addımdır. Başlıca amil kimi, burada artıq “bir pəncərə”dən və “e-sosial” internet portalı vasitəsilə, vətəndaşlarla açıq iş şəraitində qəbul xidməti yaradılıb. 

Nazir deyib ki, təkcə son iki ayda nazirlikdə 5215 nəfər, DSMF-də isə 5348 nəfər vətəndaşın qəbulu həyata keçirilib. Ona görə də qəbul sahəsində xidmətin müasir şəkildə və vətəndaş rahatlığı prinsipi üzrə təşkili diqqətdə dayanır.

S.Babayev yeni Qəbul Mərkəzi, burada vətəndaşların müraciətlərinə baxılması prosesi ilə tanış olub. Mərkəzdə ilk növbədə vətəndaşların elektron növbəliliyi təmin edilir. Qəbula gələn vətəndaşlara əsas xidmət istiqamətləri - əmək pensiyaları, sosial müavinət və təqaüdlər, avtomobil və mənzil növbəliliyi, maddi yardım və sanator kurort yolllayışları üçün müraciət edilməsi, fərdi uçotla, eləcə də ünvanlı sosial yardımı ilə bağlı xidmətlər göstərilir, sualları cavablandırılır. Xidmət prosesində operativlik və şəffaflıq, nəzakətlilik, məsuliyyətlilik, vətəndaş məmnunluğunun təmin edilməsi əsas davranış xüsusiyyətləridir. Fondun təcrübəli mütəxəssisləri Mərkəzə cəlb olunaraq, onlar üçün etik davranış üzrə kurslar, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını inkişaf etdirən treninqlər keçirilib.

Tədbir çərçivəsində S.Babayev elektron qaydada  pensiya təyin olunmuş 5000-ci pensiyaçı – Tahirov Ramiz Tahir oğlu ilə də görüşüb. Pensiyaçıya müvafiq bank kartını və hədiyyə təqdim edən nazir bildirib ki, cənab Prezidentin 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən pensiya təyinatının avtomatlaşdırılması nazirliyin proaktiv xidmətlər sahəsində ilk və uğurlu addımıdır. Artıq 5 min insan bu xidmətdən faydalanıb. Bu nümunə sosial təminat sisteminin bütün sahələrində tətbiq olunacaq.

R.Tahirov heç bir sənəd toplamadan və heç bir yerə müraciət etmədən, 64 yaşının tamam olduğu gün - ad günündə ona elektron qaydada pensiya təyin olunmasından, bu barədə ona mesaj vasitəsilə məlumat verilməsindən məmnunluğunu bildirib. O, elektron qaydada belə rahat, şəffaf, çevik pensiya təyinatı mexanizmi yaradıldığına, eyni zamanda pensiyaların mütəmadi olaraq artırıldığına görə Prezident cənab İlham Əliyevə minnətdarlığını ifadə edib.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 883 dəfə oxunub




Flag Counter






» 5/8/2020- “VCT dayanıqlıq indeksi - 2019”

» 30/7/2020- İsmayıllı rayonunda təməli qoyulan “DOST Evi” mərkəzi bölgədə məşğulluğun, milli mədəniyyət nümunələri istehsalının və turizmin inkişafına dəstək verəcək

» 24/7/2020- "Əlilliyi olan uşaqların sosial reabilitasiyası” adlı layihəsini həyata keçirilir

» 21/7/2020- ZOOM/ SI&C

» 21/7/2020- DIPLOMATIYAMIZIN NÖVBƏTI BÖYÜK UĞURU

» 21/7/2020- İyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib.

» 21/7/2020- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciət edib.

» 15/7/2020- “Əlillik” altsistemində təkmilləşdirmələr aparılıb, bir sıra yeniliklər tətbiq edilib

» 14/7/2020- Əlil Təşkilatları İttifaqı Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribatı ilə əlaqədar bəyanat yayıb

» 8/7/2020- VEBİNAR UN

» 8/7/2020- QHT Jest dilində məlumatlandırma tədbirlərini davam etdirir

» 6/7/2020- Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək

» 1/7/2020- Vebinar. ZP MMBA

» 1/7/2020- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində struktur islahatlar

» 1/7/2020- Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 5-ci işçi qrupunun iclası WG - 5 VEBINAR

» 28/6/2020- "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin 1 yaşı tamam olur.

» 27/6/2020- Dünya Bankı və Azərbaycan Hökuməti arasında “Məşğulluğa Dəstək Layihəsi” üzrə kredit sazişi imzalanıb

» 26/6/2020- ŞURANIN DƏSTƏYİLƏ İTALİYA VƏ UKRAYNANIN SƏHİYYƏ İSTİQAMƏTLİ TƏŞKİLATLARI İLƏ TƏCRÜBƏ MÜBADİLƏSİ APARILIB

» 23/6/2020- “Benefisiar məlumatların açıqlığına necə olaq?”

» 23/6/2020- “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsinin onlayn bağlanış konfransı keçirilib.