22 Sentyabr 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
27/2/2019 “Öz biznesinin sahibi ol” layihəsi


Bakı şəhəri, 27 fevral 2019-cu il

 

PRESS-RELİZ

Öz biznesinin sahibi ol” layihəsinin təqdimat Mərasimi keçirilmişdir.

Azərbaycan Respublikası Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti ilə birgə Finlandiya Xarici İşlər Nazirliyinin dəstəyi ilə 2018-ci il iyul – 2019-cu il fevral tarixləri ərzində icra etdiyi “Öz biznesinin sahibi ol” layihəsinin nəticələrinin Bakı şəhəri, Qafqaz City Oteldə təqdimatına dair konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə açan layihə rəhbəri Məhluqə Rəhimova layihənin məqsədləri, görülən işlər, əlilliyi olan qadınlara verilən texniki dəstəkdən geniş, əhatəli bəhs etmişdir. Məhluqə xanımın çıxışında qeyd etdiyi kimi layihənin  məqsədinin Azərbaycanın regionlarında əlilliyi olan qadınlar üçün özünəməşğulluq imkanlarını genişləndirməkdir. Layihənin icrası zamanı Azərbaycanın zoğrafi ərazisinə də xüsusi diqqət yetirilmişdir; Qusar, Biləsuvar və Qazax rayonlarında 120 dən çox əliliiyi olan qadınları və qızları əhatə etmişdır. Layihə çərçivəsində biznes biliklərinə dair 30 saatlıq təlim kursları keçirilmiş, fərdi biznes planların tərtib edilməsi üçün məsləhətlər verilmişdir. Təlimlərin və məsləhətlərin keçirilməsinə Dövlət Məşğulluq Xidmətinin Beynəlxalq Əmək Təşkilatının sertfikatını almış və həmin rayonlardan olan təlimçilər cəlb edilmişdir. Təlimdə iştirak etmiş xanımlar arasında mikrobiznes fəaliyyətini başlamaq və inkişaf etdirmək üçün texniki dəstək almaq üçün müsabiqə keçirilmişdir. Nəticədə, təqdim olunmuş müraciətlər arasında 26 layihə iştirakçısı qalib seçilmiş və onlara seçdiyi biznes növünə və müraciətlərinə əsasən müxtəlif avadanlıqlar, materiallar və sairə inventar təqdim olunmuşdur. Layihə iştirakçısı olan bu xanımlar müxtəlif sahələrdə mikrobiznes işini başlamışdılar, o cümlədən şirniyyat bişirmə, dərzilik, gözəllik salonu, quşçuluq, arıçılıq, və sairə sahələrdə ƏQC.İB tərəfindən texniki dəstək verilmişdir. Konfransda Finlandiyanın Azərbaycan Respublikasınada Fəxri Konsulu Faiq Cəbiyev Finlandiyanın Xarici İşlər Nazirinin II katibi Tarja Parkinin Layihənin uğurları ilə əlaqədar konfrans iştirkaçılarına təbrikini səsləndirmişdir. Konfransda digər çıxışçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin rəis müavini Şahbaz Xələfov konfrnsın işinə uğurlar arzulayaraq, əlilliyi olan insanlara dövlətin qayğısını, bu sahədə aparılan yeniliklər, əlilliyi olan insanların məşğulluğunun dəstəklənməsi sahəsində geniş əhatəli çıxış etmişdir.

Digər çıxışçılar; Ombudsman Aparatı, İnsan hüquqları, mülki və siyasi hüquqların müdafiəsi sektor müdiri Rəşad Novruzov – “Əlilliyi olan insanlara yanaşma”;

Azərbaycan Respublikası Milli Elmlər Akademiyası, Hüquq və İnsan Haqları İnsititutu, Elmi işlər üzrə direktor müavini Lalə Məmmədova; “Əlilliyi olan insanların məşğulluq problemləri”

Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli;“Əlilliyi olan insanların məşğulluğunun dəstəklənməsinə yeni yanaşmalar", layihə iştirakçılarından Qusar rayonu üzrə  Sara Əliyarova,  Qusar rayonu üzrə BƏT-nın təlimçi  - məsləhətçi Kamran Əliyev, ƏQC.İ.B-nin Beləsuvar şöbə sədri Firəngiz Həbibova çıxışlarında layihənin uğurlarından bəhs etmişdilər. Sonda layihənin rəhbəri Məhuqə Rəhimova ƏQC.İB-nin regionlarda özünəməşğulluq və kiçik sahibkarlıq işinin əlil xanımlar arasında təbliği və maarifçilik fəaliyyətini prioritet sahə kimi qəbul edərək bu xidməti genişləndirməyi planlaşdıracağını vurğulamışdır. O öz çıxışı zamanı əhalinin həssas qrupuna aid olunan bu xanımların öz şəxsi biznes ilə məşğul olmaları həm özlərinin iqtisadi və psixoloji durumuna müsbət təsir edəcəyini və eyni zamanda yaşadıqları yerli icmalarda sosial-iqtisadi rifahın yüksəlməsinə xidmət edəcəyini bildirmişdir. Bunun üçün, Əlil Qadınlar Cəmiyyəti İB sədri Dövlət Məşğulluq Xidməti ilə əməkdaşlığından məmnunluğunu bildirmişdir. Təqdimat tədbirində dövlət qurumlarının, qeyri-hökümət təşkilatlarının, beynəlxalq təşkilat və səfirliklərin, biznes şirkətlərinin, kütləvi informasiya nümayəndələri iştirak etmişdilər. Konfransın təqdimatı müxtəlif TV kanalları vasitəsi ilə işıqlandırılmışdır.

 ƏQC.İB-nin mətbuat xidməti::

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1035 dəfə oxunub




Flag Counter






» 22/9/2020- Protez-Ortopedik Bərpa Mərkəzi 230-dan çox əlilliyi olan şəxsə səyyar xidmət göstərdi

» 21/9/2020- Naftalan, Ağstafa və Lerikdə 14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlərlə təmin olundu

» 19/9/2020- “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib

» 18/9/2020- Əmək müqaviləsi ilə çalışan əlilliyi olan şəxslərin sayı

» 17/9/2020- Nazir Sahil Babayev özünüməşğulluq proqramı çərçivəsində yeni yaradılmış kiçik müəssisələrə baxış keçirdi

» 16/9/2020- UNEC tələbəsi Birləşmiş Krallığın dəstəyilə "British Council" tərəfindən keçirilən "Creative Spark" müsabiqəsində dünya çempionu olub.

» 16/9/2020- "Əlilliyi olan aztəminatlı ailələrə sosial dəstək"

» 15/9/2020- Şirvan şəhərində müasir Reabilitasiya Mərkəzi açıldı

» 14/9/2020- “Qəhrəmanlarımız qürur mənbəyimizdir”

» 10/9/2020- Yenə standartlara uyğun olmayan ramp, əlilliyi olan şəxslərə qarşı laqeydlik, yanlış məlumat.

» 10/9/2020- Ağstafada 16 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlərlə təmin olundu

» 9/9/2020- Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi evlər verildi

» 8/9/2020- Qaradağ, Xətai, Binəqədi, Nərimanov, Saatlı, Sabirabad, Şuşa və Zəngilan rayonları üzrə xüsusi və güzəştli şərtlərlə pensiya təyin olunanların nəzərinə

» 5/9/2020- Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə bu dəfə həndbol üzrə inkluziv idman yarışları keçirildi

» 4/9/2020- AR Milli Məclisinin İnsan Hüquqları Komitəsi tərəfindən insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərlə birgə video-konfrans keçirmişdir.

» 3/9/2020- Əlilliyi olan uşaqların qatıldığı inkluziv idman yarışları təşkil edilib

» 2/9/2020- Bakıda Mərdəkan-Buzovna-Bilgəh magistral yolunda yeni piyada körpüsü istifadəyə verilib.

» 1/9/2020- “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi hüquqi yardımların göstərilməsi layihəsinin icrasına başladı

» 1/9/2020- Sosial-psixoloji reabilitasiya xidmətləri təkmilləşdirilir

» 31/8/2020- Daha 155 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri yaşadıqları rayonlara aparılaraq verilib