04 Mart 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
02/10/2019 Bakıda BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti və Azərbaycan Əlil Təşkilatları İttifaqının dəstəyi ilə "Heç bir əlilliyi olan şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.


 

Bakı, 2 oktyabr, AZƏRTAC

Bakıda BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti və Azərbaycan Əlil Təşkilatları İttifaqının dəstəyi ilə "Heç bir əlilliyi olan şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın xatirəsini dərin ehtiramla yad edib, məzarları önünə əklil və gül dəstələri qoyublar.

Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli 14 ölkədən gələn nümayəndələri salamlayıb və bildirib ki, konfransın əsas məqsədinin BMT-nin əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasının 9-cu maddəsi və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 11-ci məqsədi əsas götürülərək ətraf mühitin əlilliyi olan şəxslər üçün müyəssərliyinə dəstək olmaqdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev çıxışında qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində əlilliyi olan şəxslərin vahid reyestrinin formalaşması, onların məlumat bazasının yaradılması işi aparılıb və bunun nəticəsində əmək pensiyaları avtomatlaşdırılıb. O, ilin sonuna qədər sosial müavinətlərin də avtomatik qaydada ödəniləcəyi, əlillik meyarların beynəlxalq standartlara uyğunlaşdırılması, reabilitasiya sisteminin təkmilləşdirilməsi və digər məsələlər barədə məlumat verib. Nazir əlillərə göstərilən reabilitasiya xidmətlərindən danışarkən ölkəmizdə 14 reabilitasiya mərkəzində təmir-tikinti işlərinin başlanıldığını, ilin axırınadək onlardan 4-nün istifadəyə veriləcəyini bildirib, həmçinin Bakı Metropoliteni, Bakı Nəqliyyat Agentliyi ilə əməkdaşlıq nəticəsində əlillərin nəqliyyatdan istifadəsinin müyəssərliyi barədə həyata keçirilən layihələr barədə məlumat verib, turizm obyektlərində müyəssərliyin təmin olunması istiqamətində görülən işlərdən danışıb.

BMT-nin İnklüziv Sosial İnkişaf üzrə Departament direktoru Daniela Basın konfrans iştirakçılarına videomüraciəti səsləndirilib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai əlilliyin müyəssərliyi ilə əlaqədar dünyada mövcud olan vəziyyət haqqında məlumat verib. O, Azərbaycanın BMT-nin əlilliklə əlaqədar Konvensiyasına qoşulan 77 ölkədən biri olduğunu və inklüziv təhsil, tibbi xidmət və digər sahələrdə Azərbaycanda atılan addımları təqdir etdiyini bildirib.

Konfransda Milli Məclisin deputatı Hadi Rəcəbli, Beynəlxalq Əlil Təşkilatları İttifaqının sədri Vasili Nazarenko və Rusiya Əlillər Cəmiyyətinin sədri Mixail Terentyev çıxış ediblər.

Sonra əlillik məsələləri üzrə BMT-nin fəaliyyəti, Azərbaycan Əlillər İttifaqının, Beynəlxalq Əlil Təşkilatları İttifaqının, əlillik hüdudlarında qabiliyyət – təhsil, idman, istirahət və incəsənət vasitəsilə sosial inteqrasiyanın gücləndirilməsi ilə əlaqədar UNISEF-ın təqdimatları olub.

Konfrans iştirakçılarının Milli Məclisdə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüşləri nəzərdə tutulub.

Konfrans üç gün davam edəcək.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2379 dəfə oxunub




Flag Counter






» 1/3/2021- Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər

» 1/3/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər

» 1/3/2021- Nazir Sahil Babayev: “Yaralanmış, amputasiya olunmuş hər bir qazimizi yüksək texnologiyalı, elektron protezlərlə təmin edəcəyik”

» 27/2/2021- Əlilliyi olan şəxslər üçün videodərslər və məsləhətlər.

» 27/2/2021- Postmüharibə dövründə 13 minədək şəxs sosial dəstək tədbirləri ilə əhatə olunub

» 26/2/2021- Əlil Təşkilatları İttifaqının (ƏTİ) iclası

» 26/2/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 25/2/2021- Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib

» 25/2/2021- Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi keçirilib Prezident İlham Əliyev mərasimdə iştirak edib

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/2/2021- BNA yanında İctimai Şura yaradıldı

» 19/2/2021- Amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunur?

» 18/2/2021- Oriqam»i uşaq və yeniyetmələr ictimai birliyinin layihəsi

» 12/2/2021- DPİ

» 12/2/2021- “Fərqli fərdlərin sosial adaptasiyası” layihəsinin icrasını davam etdirir.

» 11/2/2021- Keçən il 212 min şəxsə elektron qaydada fərdi hesab açılıb

» 11/2/2021- COVID-19 xəstəliyi əleyhinə vaksinasiya üçün elektron xidmət istifadəyə verilib

» 11/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!