XƏBƏRLƏR




- 30/11/2018 Əlilliyi Olan Şəxslərin Sumqayıt məktəblərində təlimləri
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Əlilliyi Olan Şəxslərin Sumqayıt məktəblərində təlimləri davam edir.
Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi (ƏSMİD) Təhsil Nazirliyinin əməkdaşlığı ilə Sumqayıt şəhər ümumtəhsil və ali təhsil müəssələrində “Sağlam düşüncə Sağlam Cəmiyyətdir” sağlamlıq imkanları məhdud şəxslərlə davranış qaydaları mövzusunda təlimləri davam edir.
Bu gün ƏSMİD İB-nin növbəti təlimi Sumqayıt şəhər 7 nömrəli tam orta məktəbdə təşkil olundu. İctimai Birliyinin sədri Səbinə Kərimova iştirakçıları salamlayaraq, təşkilatın yaranması və məqsədləri barədə geniş məlumat verib. Təlimlər Sumqayıt şəhər ümumtəhsil məktəbləri və ali təhsil müəssələrində bir ay davam edəcək. Məqsəd ümumtəhsil məktəbləri və ali təhsil müəssələrində təhsil alan yeniyetmə və gəncləri əlilliyi olan şəxslər barədə məlumatlandırmaq və sağlamlıq imkanları məhdud olan şəxslərlə davranış qaydaları haqqında maarifləndirməkdir. O, bu maarifləndirmə sayəsində biz əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını surətləndirir, yeniyetmə və gənclər arasında könüllülər yetişdirmiş oluruq deyə vurğulayıb.
Sonra məktəbin yeddinci sinif şagirdlərinə təşkilatın nəzdində fəaliyyət göstərən “Gənc Əlillərə Dəstək” mərkəzinin rəhbəri, Bakı-Slavyan Universitetinin məzunu Səfanə Dadaşzadə əlilliyi olan şəxslərlə davranış qaydaları mövzusunda təlim keçdi. Təşkilatın könüllü üzvü Xatirə Əliyeva övladının əlill olması və onunla yanaşı necə təhsilə cəlb olunmasından, təşkilatın üzvü Xəyalə Səfərova isə əlilliyi ilə bağlı və bunun üzündən yaşadığı çətinliklərdən danışdı. Sonra 7 nömrəli tam orta məktəbin direktoru Təranə Haqverdiyeva bu təlimin məktəblilərə müsbət təsir göstərəcəyini və onların əlilliyi olan şəxslərə qarşı davranış qaydalarına düzgün şəkildə yerinə yetirəcəklərini vurğuladı. Təlim müzakirələrlə sona çatdı.
Bu xəbər 2033 dəfə oxunub