XƏBƏRLƏR




- 25/10/2018 Yeniyetmə və gənclər arasında qəhrəmanlarımızın təbliği
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
“Bakı, Qusar və Neftçala şəhərlərində yeniyetmə və gənclər arasında qəhrəmanlarımızın təbliği” layihəsi çərçivəsində ilkin görüşün
press-relizi
25 oktyabr 2018-ci il tarixində 20 Yanvar İctimai Birliyi, “Bakı, Qusar və Neftçala şəhərlərində yeniyetmə və gənclər arasında qəhrəmanlarımızın təbliği” layihəsi çərçivəsində Şəhid Milli Qəhrəman Çingiz Salman oğlu Qurbanovun xatirəsinə həsr olunmuş Xətai rayonu, Humanitar Fənlər Təmayüllü məktəb-litseydə, şagirdlərlə görüş keçirib. Tədbirdə 20 Yanvar İB-nin işçi heyyəti, layihə rəhbəri Sultan Əzimzadə, sədri mavini istefada olan sədrhədçi -ekspert Mustafa Əliyev, pr.menecer Qahirə Məmmədova, mühasib həmçinin Sosial İqtisadi Araşdırmalar İB-nin sədr mavini Fərqanə Əliyeva, Xətai rayon İcra Hakimiyyəti İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdrü Pənah İmanov, Azərbaycan Bayrağı ordenli Hikmət Ağayev, Azərbaycan Bayrağı ordenli Polkovnik – leytenant Emin Əliyev, Polkovnik – leytenant Hacı Məmmədov, Polkovnik Qarabağ və Çernobıl veteranı Həsən Əmirov, şəhidin atası Salman Qurbanov, liseyn müəllim və şagirdləri iştirak etmişlər. Tədbirdə şagirdlər vətənpərvərlik mövzusunda mahnılar oxuyub , şeirlər ifa edib.
Layihənin rəhbəri Sultan Əzimzadə bildirib ki, təşkilat olaraq həyata keçirdiyimiz layihələr zamanı gənclərimizin vətənpərvərlik yönümündə necə həvəsli olduqlarının şahidi olduq, lakin vətənpərvərliyin təbliği istiqamətində maarifləndirmə işinin aparılması, qəhrəmanlıq tariximizin tanıdılmasında müəyyən boşluqlar hələ də vardır. Bunu nəzərə alaraq, yeniyetmə və gənclər üçün layihə çərçivəsində “Vətən igidləri ilə tanınır” adlı kitab və buklet hazırlanmışdır. Etiraf etməliyik ki, gənclərimiz Milli qəhrəmanlarımızı, vətən üçün canından keçən şəhidlərimizi heç də o qədər yaxından tanımır, onlar haqqında daha ətraflı və geniş məlumata sahib deyillər. Adı çəkilən kitab və bukletlərdə layihə çərçivəsində seçilmiş Qəhrəmanlarımız haqqında məlumat verilmişdir.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra edilir.
Bu xəbər 1060 dəfə oxunub