23 Fevral 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
13/9/2018 2006-cı ilədək olan sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericilikdə təkmilləşdirmələr aparılır


2006-cı ilədək olan sosial sığorta stajının müəyyən edilməsinə dair

qanunvericilikdə təkmilləşdirmələr aparılır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” Fərmanı əmək və sosial müdafiə sahələrində xidmətlərin tam elektronlaşdırılması ilə yanaşı, sığorta-pensiya sisteminin  daha obyektiv və ədalətli yanaşmalar əsasında inkişaf etdirilməsi, o cümlədən  vətəndaşların sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı konkret vəzifələr müəyyən edir.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev pensiya təminatı sisteminin təkmil əsaslar üzərində qurulması üçün təkliflərin hazırlanması məqsədilə nazirlikdə yaradılmış İşçi Qrupunun iclasında bildirib. 

S.Babayev dövlət başçısının müvafiq Fərmanına əsasən əmək, məşğulluq, sosial müdafiə sahələrində dövlət xidimətlərinin vahid platformadan, “bir pəncərə” prinsipi üzrə təşkili üçün yaradılacaq DOST mərkəzlərinin fəaliyyətinin mühüm bir istiqamətinin pensiya təminatı məsələləri ilə bağlı olacağını bildirib.

O qeyd edib ki, bunun üçün müvafiq elektron əsaslı infastrukturda pensiya təyinatı sisteminin tam avtomatlaşdılmış mexanizmi mövcud olacaq. Artıq bu istiqamətdə işlər aparılır. Nəticədə pensiya təyinatı sahəsində məmur-vətəndaş təmasının, bir çox hallarda özünü göstərən süründürməçilik hallarının aradan qalxmasına və tam şəffaf mühitin yaradılmasına, ümumilikdə sığorta-pensiya sistemində innovativ idarəetmənin formalaşmasına nail olunacaq.

Nazir, eyni zamanda, 2006-cı ilədək olan sosial sığorta stajlarının müəyyən edilməsi ilə bağlı tətbiq olunan yanaşmalara yenidən baxıldığını, bununla bağlı qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi üçün təkliflərin hazırlandığını qeyd edib.

Sonra nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsinə dair hazırlanan qanun layihəsi, büdcənin gəlir və xərcləri, qeyri-büdcə sektorundan daxilolmaların vəziyyəti nəzərdən keçirlib. Fondun gəlirlər hissəsinin geniş təhlilinin aparılması, işəgötürənlər tərəfindən Fonda daxil edilən sosial sığorta vəsaitlərinin işçilər üzrə adlı siyahılar üzrə bölüşdürülməsi prosesinin sürətləndirilməsi tapşırılıb.

İşçi Qrupunun cari fəaliyyətinin nəticələri, pensiya təyinatı prosedurunun elektron infrastrukturunun qurulması sahəsində aparılan işlər, sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi, Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsinin təkmil şəkildə hazırlanması üçün qarşıda duran vəzifələr müzakirə olunub. Davud R

 

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 820 dəfə oxunub




Flag Counter






» 18/2/2020- KOBİA və USAİD biznes assosiasiyalara dəstək məqsədilə yeni təşəbbüs irəli sürüb

» 17/2/2020- Dövlət Sosial Müdafiə Fondunun yeni idarələri yaradıldı

» 13/2/2020- Əlilliyi olan şəxslər üçün peşə-əmək reabilitasiya mərkəzləri şəbəkəsi genişləndiriləcək.

» 13/2/2020- 32 nəfər əlilliyi olan uşaq ailələrinə qayıdıb

» 11/2/2020- Nazirliyin rəsmi internet səhifəsində onlayn əlaqə xidməti istifadəyə verildi

» 10/2/2020- 2020-ci ildə açılacaq və inşasına başlanacaq mərkəzlər ildə əlavə 12,8 min şəxsə reabilitasiya xidməti göstərməyə imkan verəcək

» 6/2/2020- Pensiyalar 16,6 faiz artırıldı

» 31/1/2020- Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı keçirilib.

» 28/1/2020- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nə qədər şəxsə müavinət və təqaüd ödəyir?

» 27/1/2020- Ötən il 2400-ə yaxın əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib

» 24/1/2020- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Salyan, Cəlilabad və Biləsuvarda 4 rayonun sakinləri ilə görüşdü

» 21/1/2020- Göndərişlərin verilməsi və əlilliyin qiymətləndirilməsi qaydalarında hansı yeniliklər edilib?

» 19/1/2020- TARİXMİZİN QANLI VƏ ŞANLI SƏHİFƏSİ

» 18/1/2020- Sosial islahatlar bu il də geniş miqyasda davam edəcək

» 17/1/2020- 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar nazirlikdə tədbir keçirilib

» 16/1/2020- "BMT-AZƏRBAYCAN ÇƏRÇİVƏ SƏNƏDİ"NİN HAZIRLANMASI MÜZAKİRƏ EDİLİR STRATEJİ PRİORİTETLƏŞDİRMƏ SEMİNARI

» 16/1/2020- Əlilliyin təyin olunması meyyarlarında dəyişiklik olundu

» 15/1/2020- Üç təşkilat arasında anlaşma memorandumu bağlanmışdır.

» 15/1/2020- #BizBirik komandası 2020-ci ildə də öz işini davam etdirir.

» 14/1/2020- BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin hazırlanması məsələləri müzakirə olunub