23 Sentyabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
20/8/2018 Milli Qəhrəman Çingiz Qurbanova həsr olunmuş tədbir


Peşə Reabilitasiya Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı

Çingiz Qurbanova həsr olunmuş tədbir keçirilib

 “Arabaçı Əlillər Şəbəkəsi” İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanova həsr olunmuş tədbir keçirib.

Tədbirdə Çingiz Qurbanovun atası Salman Qurbanov, anası Nailə xanım Qurbanova, doğmaları, hərbçilər, müxtəlif qurumların nümayəndələri iştirak edib.

İştirakçılar mərkəzdə Milli Qəhrəman Çingiz Qurbanova həsr olunmuş xatirə guşəsinin önünə  gül dəstələri düzüblər. Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  “Arabaçı Əlillər Şəbəkəsi” İctimai Birliyinin sədri İlham Məhərrəmov bu tədbirin mərkəzdə “Milli Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” adı altında artıq üçüncü tədbir olduğunu, gələcəkdə də belə tədbirlərin davam etdiriləcəyini vurğulayıb.

Tədbir zamanı Çingiz Qurbanovun şərəfli həyat yolundan bəhs olunub. 2016-cı ildə Azərbaycan Texniki Universitetini bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanan  Çingiz Qurbanovun 2016-cı ilin dekabrın 29-da Ermənistan kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman qəhrəmancasına həlak olduğu bildirilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamı ilə Çingiz Qurbanova ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə  “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Tədbirdə Çingiz Salmanova həsr edilmiş film nümayiş edilib.

Bundan əvvəl Mərkəzdə Azərbaycanın Milli Qəhrəmanları Asif Məhərrəmov və Cavanşir Rəhimova həsr olunmuş tədbirlər keçirilib.

 

   
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2501 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 20/9/2023- Antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu – MN-dən SON DƏQİQƏ MƏLUMATI

» 19/9/2023- Azərbaycan konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlayıb

» 19/9/2023- Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Xocavəndə polis əməkdaşlarının minaya düşərək həlak olması ilə bağlı birgə məlumat yayıb.

» 15/9/2023- “Vətən əmanəti” qısametrajlı sənədli filmin təqdimatı keçirilib.

» 15/9/2023- 2024-cü ilin qrant müsabiqələri elan ediləcək, yeni qaydalar təsdiq edildi

» 11/9/2023- UNDP

» 7/9/2023- USAID

» 6/9/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 5/9/2023- Vətəndaş cəmiyyəti təşkilatları üçün Layihələrin idarəedilməsi üzrə Proqrama başlanılıb

» 4/9/2023- Filenin Sultanları şampiyon!

» 4/9/2023- “Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və onlar arasında Abilimpiya hərəkatının və Paralimpiyanın təbliği” adlı layihənin növbəti tədbiri

» 2/9/2023- Hərəkət qabiliyyəti zəif olan əlilliyi müəyyən edilmiş və ahıl şəxslərə sosial xidmətlərin operativ şəkildə göstərilməsi üçün mobil xidmət mərkəzləri yaradılacaq.

» 1/9/2023- Qarabağ Regional DOST Mərkəzi vətəndaşlara xidmət göstərməyə başlayıb

» 31/8/2023- Bir sıra QHT-lər Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı bəyanat yayıb

» 30/8/2023- Alternativ hesabatların hazırlanması konsultasiyalarının ikinci fazası

» 30/8/2023- DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi Böyük Britaniyada keçirilən “FinTech Awards 2023” müsabiqəsinin qalibi seçildi

» 28/8/2023- Yeni Dövlət Proqramı social xidmətlərin keyfiyyətinin yüksəlməsinə, ünvanlılığının və davamlılığının təmin olunmasına dəstək verəcək.

» 29/8/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/8/2023- “Yeni doğulmuş qız övladları üçün qutu” layihəsi Tərtərdə davam edib

» 23/8/2023- Azərbaycanda dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzuli rayonuna gəlib