20 Noyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
3/8/2018 “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi layihəyə yekun vurdu


PRESS – RELİZ № 05

“Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi, Azərbaycan Respublikasının  Prezidenti yanında  Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Müharibə əlil-veteranları və onların ailə üzvlərinin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlərin keçirilməsi” adlı Layihənin rəhbəri Növrəstə Yusifova məlumat verərək bildirdi ki, Təşkilatın əlil-veteranları və onların ailə üzvləri 15 nəfərdən ibarət, 4 nəfər işci qrupu daxil olmaqla icra planına müvafiq olaraq II tur  28 - 29 iyul 2018-ci il tarixdə Oğüz rayonunda keçirildi.

Tur zamanı icarəyə götürülmüş sifarişli avtobusla iştirakçılar Layihə çərçivəsində  iki gün ərzində, Oğuz rayonunun  “LT” oteldə bir gecə qalmaqla, məkanın  və yol bolu digər istirahətlər yerlərində, təbiət qoynunda gəzintilər təşkil olundu.  

Tur zamanı iştirakçıların səhhətində yarana biləcək hər hansı bir problemin qarşısını almaq  məqsədilə tibb işçisi onları müşayət etdi.

Yalnız Qğuz rayonunda Xal-Xalın “Şəlalə” adlı məkanında tur iştirakcılarına, müharibə əlil-veteranlara  və onların ailə üzvlərinə gəzinti zamanı məkanı seyr etmək və şəkil çəkdirməyinə qarşı çıxdılar, hər şəkil üçün 10 manat, suya əlini vurmağa 10 manat, taxta körpü ilə şəlaləyə yaxından baxmaq üçün giriş 1 manat tələb etdilər. Turun rəhbəri qrupun müharibə iştirakcıları olduğunu dedi və ödənilən məbləğ üçün qəbz təlb edəndə tur iştirakcılarına qarşı həqarətlər başladı, növbədən bizi təhqirlə az qala qol gücünə uzaqlaşdırdılar,hətta əlilin üstünə hücüm edəndə azyaşlı oğlu qorxdu ki, indi atasını döyəcəklər. Həmçini bizi aparan avtobusu o məkandan çıxardardılar, uzaq məsafəni yaralı əlillər, xanımları və uşaqla daş döşənmiş çox narahat, tozlu yol ilə məkanı tərk etdik. Elə bil ki, Azərbaycan dövlətinə, azərbaycanlı millətinə qarşı olan kimisə orada iş başında bilərəkdən təyin etmişdilər. Əlil-veteran olsaq da özümüzü şikəst saymırıq, ancaq bizə qarşı olan qolu zorlular bu təhqirlərdən sonra bizi mənən tam şikəst etdilər. Görəsən vergi və aidiyyatı orqanlar belələrinə qarşı niyə ölçü götürmürlər?

Başqa bir insedent olmadı, tur yüksək səviyyədə sona çatdı.    

Layihənin yüksək səviyyədə həyata keçirilməsi üçün müharibə iştirakçılarına ayrılan maliyyə dəstəyinə görə Dövlət rəhbərimizə, Şuranın rəhbərliyinə və işçi kollektivinə Birliyin  rəhbərliyi, çoxsaylı müharibə iştirakçıları olan üzvlərimiz adından təşəkkürümüzü bildiririk.

 

“Qarabağ Əlilləri və Veteranları”

İctimai Birliyinin Mətbuat xidməti

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 734 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 20/11/2019- 20 noyabr BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının qəbul olunmasının 30 illiyidir

» 13/11/2019- Bakıda Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə “Yenilməzlər” adlı beynəlxalq qala tədbir keçirilib

» 12/11/2019- 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür.

» 09/11/2019- 9 noyabr tarixi Dövlət Bayrağı günüdür

» 10/11/2019- ADL "14 noyabr – Ümumdünya Diabet Günü" ilə bağlı maarifləndirici aksiya keçirəcək.

» 5/11/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 1/11/2019- Aynur Məmmədova 4 cü dəfə Avropa çempionu oldu

» 28/10/2019- Əlilliyi olan şəxslərin hüquqlarına dair Bakıda seminar keçirilib.

» 26/10/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 23/10/2019- “Xüsusi qayğıya ehtiyacı olan şəxslər və ailələr üçün maarifləndirmə tədbirlərinin təşkili”

» 18/10/2019- Bərdədə maarifləndirmə tədbiri keçirilib

» 17/10/2019- Blogerlik və vlogerlik fəaliyyətində Azərbaycan dövlətinin sosial – humanitar siyasətinin təbliği

» 17/10/2019- Eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq

» 12/10/2019- Ucarda maarifləndirmə tədbiri keçirilib

» 8/10/2019- "Leykemiya ilə mübarizə" İctimai Birliyinin 13 illik fəaliyyəti ilə bağlı toplantı

» 7/10/2019- Bir qrup əlilliyi olan istedadlı şəxslər Beynəlxalq Festivalda qalib olaraq Qran Prin Azərbaycana gətirdilər.

» 7/10/2019- BEYNƏLXALQ KONFRANSIN KEÇİRİLMƏSİNDƏ GÖSTƏRDİKLƏRİ DƏSTƏYƏ GÖRƏ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK.

» 5/10/2019- Saxtakarlıq faktı aşkar olunduğuna görə 779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb

» 5/10/2019- Azərbaycanda minimum pensiya 200 manata çatdı

» 5/10/2019- Maarifləndirmə tədbirləri davam etdirilib