23 Sentyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
26/7/2018 QHT-nin yardım tədbiri


15 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikasi Prezidenti yaninda Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi İctima Birliyi tərəfindən "Xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin təşkili və onlara hüquqi yardımın göstərilməsi" layihəsi çərçivəsində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 46 ünvanında yaşayan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüş keçirilmişdir.

         Layihə rəhbəri, Vətən müharibəsinin I qrup əlili, hüquqşünas Dadaş Quliyev layihə haqqında ətraflı məlumat verərək dövlətin əlillərə qayğısından danışmışdır. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sağlamlıq imkanları məhdud insanların sosial məsələlərinin həllini daim diqqətdə saxladığını, bu kateqoriyadan olan insanların maddi-məişət şəraitinin yaxşılaşdırılması o cümlədən, pensiya və təqaüdlərin artırılması istiqamətində mühüm işlər görüldüyünü bildirmişdir. Biz də cənab Prezidentin sosial siyasətinin davamı olaraq bu il QHT Şurasına xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin təşkili və onlara hüquqi yardımın göstərilməsinə dair layihə təqdim etdik və layihəmiz uğurla dəstəkləndi. Bunun nəticəsi olaraq bu gün biz sizinlə görüşə gəlmişik.

          Daha sonra layihənin eksperti Firudin Əliyev çıxış edərək layihənin əhəmiyyətindən və layihə çərçivəsində əlil və şəhid ailərlərinə mənəvi-psixoloji dəstək göstəriləcəyini, layihənin hüquqşünası Telman Əbilov isə dövlətin bu cür layihələri dəstəkləməklə sağlamlıq imkanları məhdud insanların cəmiyyətə adaptasiyasında mühüm rol oynadığını bildirmişdir.

          Görüş zamanı vətəndaşları maraqlandıran məsələlər barəsində layihənin sosioloqu və hüquqşünası ilə fikir mübadiləsi aparılmış, vətəndaşların sorğu xarakterli müraciətləri ətraflı cavablandırılmışdır. Vətəndaşlar əhalinin sosial müdafiəsinin gücləndirilməsində göstərilən diqqət və qayğıya həmçinin, vətəndaşlarla belə görüşlərin keçirilməsinə yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıq ifadə etmişlər.

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 684 dəfə oxunub




Flag Counter






» 18/9/2019- Müyəssərlik üzrə mütəxəssis - ekspertlərin hazırlanması təlimləri davam etdirilir.

» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.

» 7/9/2019- “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” təsdiq olundu

» 6/9/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” - Bərdə

» 5/9/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı növbəti ictimai maarifləndirmə tədbiri baş tutub

» 26/8/2019- TƏBRİK EDİRİK!

» 23/8/2019- UNDP VCT-lər üçün PR təlimi

» 22/8/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 22/8/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

» 20/8/2019- QHT “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”yaradır

» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.

» 31/8/2019- Azərbaycan Respublikasının Himni işarət dilində