XƏBƏRLƏR




- 25/7/2018 Özünüməşğulluq proqramı üzrə təlim kursları
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Özünüməşğulluq proqramı üzrə təlim kurslarına cəlb olunanlardan 645 nəfəri əlilliyi olan şəxslərdir
Bu il təqribən 850 nəfər əlilliyi olan şəxsin özünüməşğulluq
proqramında iştirakı gözlənilir
Cari ilin ötən dövründə özünüməşğulluq proqramında iştirak etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edən əlilliyi olan şəxslərdən özünüməşğulluq fəaliyyətini və kiçik biznesini qurmaq üçün potensialları olan 645 nəfər əlilliyi olan şəxs müəyyən olunaraq kiçik biznesin təşkili üzrə təlim kurslarına cəlb edilib. Ümumilikdə bu il 850 nəfər əlilliyi olan şəxsin özünüməşğulluq proqramında iştirakı gözlənilir.
Kursları uğurla başa vuran və qiymətləndirmə zamanı biznes-planları müsbət qiymətləndirilən şəxslərə, o cümlədən əlilliyi olan insanlara seçdikləri iqtisadi fəaliyyət növləri üzrə yaxın vaxtlarda aktivlər (mal və materiallar) təqdim ediləcək.
Bu aktivlər hesabına qurulacaq fərdi təsərrüfatlar ailə əməyinə əsaslanmaqla, əmək qabiliyyətli ailə üzvlərinin özünüməşğulluğuna şərait yaradacaq.
Özünüməşğulluq proqramı çərçivəsində yaradılacaq təsərrüfatların idarə olunması və inkişaf etdirilməsi üçün proqram iştirakçılarına müvafiq məsləhət xidmətləri də göstəriləcək.
Bu xəbər 1312 dəfə oxunub