12 Noyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
10/7/2018 Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) BƏYANATI


Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ)

BƏYANATI

      Azərbaycan Respublikası ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra ilk vaxtlar  çətinliklərlə müşayət olunsa da, xalqın iradəsi ilə öz müqəddaratını həll etməyə nail oldu. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan regionda və dünya səviyyəsində lider və qabaqcıl ölkə səviyyəsinə qalxdı.

     Azərbaycanın uğurlarını və inkişafını həzm edə bilməyin xarici qüvvələr öz vətəndaşlarımızın vasitəsi ilə müəyyən zaman intervallarında çirkin niyyətlərini biruzə verirlər. Azərbaycan xalqı artıq çox da uzun olmayan müstəqillik tariximiz müddətində bir neçə dəfə belə mənfur hadisələrin şahidi olmuşdur.

     Son zamanlar Gəncədə baş vermiş hadisələr siyasi oyunbazların növbəti dəfə arzuladıqları nakam niyyətlərindəndir. Bu insanlar üçün vətən, ana, torpaq, namus məsələləri arxa planda qalan məslələrdir. Ölkə Prezidentinin yerli nümayəndəsinə, Dövlət rəsmisinə edilən sui-qəsd, terror bütün dövlətə yönəlikdir. Bu bəs deyilmiş kimi mütəşşəkkil qrup əvvəlcədən hazırladıqları plan əsasında üstəlik insanları mitinqlərə çağırıb ixtişaşlar salmağa, ictimai, siyasi qarşıdurma yaratmağa çalışırlar.  Qəflət yuxusunda yatmış və hərdən diksinərək sayıqlayan qüvvələr keçmiş olaylardan ibrət dərsi götürmək kimi vacib bir məqamı yaddan çıxardıblar.

     Formasından asılı olmayaraq hər bir problemin, o cümlədən vətəndaş məmur arasında olan problemlərin, həllinə müvafiq qanunlar çərçivəsində baxmaq lazımdır. Lakin olmuş hadisələr onu deməyə əsas verir ki, terror bunların fikirləşdikləri planın məqsədi yox, öz mənfur məqsədlərinə çatmaq üçün hazırladıqları planın bir hissəsidir. Azərbaycanda olan ictimai-siyasi sabitlik, inkişaf, möhkəm dövlətçilik sistemi, xalq və hakimiyyət arasında olan həmrəylik növbəti dəfə bədniyyət və xəyalpərəstlərin arzusunu puç edəcəkdir.

    Vətəndaş cəmiyyətinin ayrılmaz tərkib hissəsi kimi əlilliyi olan şəxslərin təşkilatları olaraq qanunların alilliyini, vətəndaş məmur münasibətlərinin sivil qaydalarda həlli yollarını dəstəkləyir, qarşıdurma, terrror vasitələrindən istifadə edərək dövlətə və dövlətçiliyə xələl gətirən bütün halları, o cümlədən Gəncədə baş  vermiş hadisəni pisləyirik. Müdrik xalq müdrik qərar verəcək.    

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 776 dəfə oxunub




Flag Counter






» 12/11/2019- 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür.

» 09/11/2019- 9 noyabr tarixi Dövlət Bayrağı günüdür

» 10/11/2019- ADL "14 noyabr – Ümumdünya Diabet Günü" ilə bağlı maarifləndirici aksiya keçirəcək.

» 5/11/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 1/11/2019- Aynur Məmmədova 4 cü dəfə Avropa çempionu oldu

» 28/10/2019- Əlilliyi olan şəxslərin hüquqlarına dair Bakıda seminar keçirilib.

» 26/10/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 23/10/2019- “Xüsusi qayğıya ehtiyacı olan şəxslər və ailələr üçün maarifləndirmə tədbirlərinin təşkili”

» 18/10/2019- Bərdədə maarifləndirmə tədbiri keçirilib

» 17/10/2019- Blogerlik və vlogerlik fəaliyyətində Azərbaycan dövlətinin sosial – humanitar siyasətinin təbliği

» 17/10/2019- Eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq

» 12/10/2019- Ucarda maarifləndirmə tədbiri keçirilib

» 8/10/2019- "Leykemiya ilə mübarizə" İctimai Birliyinin 13 illik fəaliyyəti ilə bağlı toplantı

» 7/10/2019- Bir qrup əlilliyi olan istedadlı şəxslər Beynəlxalq Festivalda qalib olaraq Qran Prin Azərbaycana gətirdilər.

» 7/10/2019- BEYNƏLXALQ KONFRANSIN KEÇİRİLMƏSİNDƏ GÖSTƏRDİKLƏRİ DƏSTƏYƏ GÖRƏ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK.

» 5/10/2019- Saxtakarlıq faktı aşkar olunduğuna görə 779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb

» 5/10/2019- Azərbaycanda minimum pensiya 200 manata çatdı

» 5/10/2019- Maarifləndirmə tədbirləri davam etdirilib

» 2/10/2019- "Heç bir əlilliyi olan şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru"

» 29/9/2019- “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar”