12 Noyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
2/7/2018 “İnklüziv cəmiyyət naminə - inklüziv təhsil” Xırdalan şəhər 10


Şuranın dəstəyi ilə inklüziv təhsillə həsr edilmiş növbəti tədbir

Xırdalan şəhər 10 saylı tam orta məktəbdə keçirilib

“Ümman” Əlilliyi olan Uşaqlara Qayğı ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəklədiyi “İnklüziv cəmiyyət naminə - inklüziv təhsil” şüarı ilə ictimai maarifləndirmə kampaniyalarının təşkili” layihəsi çərçivəsində Abşeron rayonu Xırdalan şəhəri 10 nömrəli tam orta məktəbdə növbəti ictimai maarifləndirmə tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açıq elan edən məktəbin direktoru Elnarə Həsənova ölkəmizdə təhsilin bütün pilləri üzrə inklüziv təhsilin tətbiqinin olduqca vacib olduğunu və artıq bu istiqamətdə ilkin addımların atıldığını söyləyib.

Daha sonra birliyin sədri Şükufə Məmmədova çıxış edərək tədbir iştirakçılarını salamlayıb,  layihənin əsas məqsədi və vəzifələri barədə ətraflı məlumat verib, həmçinin inklüziv təhsilin təşviqinə həsr edilmiş layihəyə dəstək verdiyinə görə Şuraya, tədbirinin təşkil edilməsi üçün yaradılan şəraitə görə isə yerli icra hakimiyyətinə, təhsil şöbəsinə və məktəb rəhbərliyinə təşəkkürünü bildirib.   

Layihəyə ekspert qismində cəlb olunmuş sosial iş üzrə mütəxəssis Ramilə Rasimqızı BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının, həmçinin dövlət başçısı cənab İlham Əliyevin müvafiq fərman və sərəcamları ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın, “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın müvafiq müddəalarına əsasən ölkəmizdə bu qəbildən olan uşaqların digər uşaqlarla birgə təhsilə (inklüziv təhsilə) cəlb olunması üçün həyata keçirilməsi zəruri olan tədbirlər barədə məlumat verib.

İnklüziv təhsil üzrə elmi araşdırmalar aparan və bu sahədə maarifləndirmə tədbirlərində ekspert kimi fəal iştirak edən pedaqoq Gülnar Vəliyeva öz təqdimatında inklüziv təhsilin anlayışı, məqsədi, vəzifələri və əhəmiyyəti, bu sahədə qarşıda duran çətinliklər, habelə onların aradan qaldırılması yolları barədə məlumat verib. O, qeyd edib ki, hələ 1994-cü ildə qəbul edilmiş Salamanka Bəyannaməsinə əsasən, məktəblər bütün uşaqları, onların fiziki, intellektual, sosial, emosional, dil və digər xüsusiyyətlərinə baxmayaraq, qəbul etməlidir. Bu, əqli və fiziki ləngiməsi olan, xüsusi istedada malik, kimsəsiz, işləyən uşaqlar… etnik və mədəni azlıqlara mənsub olan uşaqlara da aiddir. İnklüziv təhsil ümumi təhsilin inkişafı prosesidir. Təhsilin bütün uşaqların müxtəlif ehtiyaclarının ödənilməsi baxımından hamı üçün əlçatan olmasını nəzərdə tutur. Bu əlilliyi olan uşaqların da təhsil almasını təmin edir.

Diqqətə çatdırılıb ki, müasir dövrdə inklüziv təhsil (fr. inclusif – “özünə daxil edən”, lat. Include - “daxil edirəm”) dedikdə uşaqların məktəbəqədər müəssisələrdə, orta təhsil məktəblərində dərs alması prosesi nəzərdə tutulur ki, bunun da xüsusi tələbləri var. Təlim metodikasına müvafiq olaraq inklüziv təhsil uşaqlara qarşı hər hansı formada ayrı-seçkilik edilməsinin qarşısını alır, müxtəlif nevroloji və ya mental problemləri olanlara belə mükəmməl şəkildə təhsil almaq, uğur qazanmaq imkanı verir. Onun əsas vəzifəsi məhdud imkanlara malik insanların peşə hazırlığı üçün sərhəd tanımayan mühit yaratmaqdır.

Dünyanın bir çox ölkələrində (Böyük Britaniya, ABŞ, İsveçrə və s.) xüsusi qayğıya ehtiyacı olan uşaqların  digər yaşıdları ilə birlikdə məktəbəqədər və ümumtəhsil müəssisələrində təhsilə cəlb edildiyi, inklüziv təhsilin inkişafının dünyanın bir çox ölkələrinin təhsil siyasətinin əsas prioritetlərindən biri olduğu vurğulanıb.

 Mətbuat xidməti

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 815 dəfə oxunub




Flag Counter






» 12/11/2019- 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür.

» 09/11/2019- 9 noyabr tarixi Dövlət Bayrağı günüdür

» 10/11/2019- ADL "14 noyabr – Ümumdünya Diabet Günü" ilə bağlı maarifləndirici aksiya keçirəcək.

» 5/11/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 1/11/2019- Aynur Məmmədova 4 cü dəfə Avropa çempionu oldu

» 28/10/2019- Əlilliyi olan şəxslərin hüquqlarına dair Bakıda seminar keçirilib.

» 26/10/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 23/10/2019- “Xüsusi qayğıya ehtiyacı olan şəxslər və ailələr üçün maarifləndirmə tədbirlərinin təşkili”

» 18/10/2019- Bərdədə maarifləndirmə tədbiri keçirilib

» 17/10/2019- Blogerlik və vlogerlik fəaliyyətində Azərbaycan dövlətinin sosial – humanitar siyasətinin təbliği

» 17/10/2019- Eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq

» 12/10/2019- Ucarda maarifləndirmə tədbiri keçirilib

» 8/10/2019- "Leykemiya ilə mübarizə" İctimai Birliyinin 13 illik fəaliyyəti ilə bağlı toplantı

» 7/10/2019- Bir qrup əlilliyi olan istedadlı şəxslər Beynəlxalq Festivalda qalib olaraq Qran Prin Azərbaycana gətirdilər.

» 7/10/2019- BEYNƏLXALQ KONFRANSIN KEÇİRİLMƏSİNDƏ GÖSTƏRDİKLƏRİ DƏSTƏYƏ GÖRƏ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK.

» 5/10/2019- Saxtakarlıq faktı aşkar olunduğuna görə 779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb

» 5/10/2019- Azərbaycanda minimum pensiya 200 manata çatdı

» 5/10/2019- Maarifləndirmə tədbirləri davam etdirilib

» 2/10/2019- "Heç bir əlilliyi olan şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru"

» 29/9/2019- “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar”