XƏBƏRLƏR




- 27/6/2018 BMT ilə əlilliyi olan şəxslərin təşkilatlarının əməkdaşlığı genişlənir.
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
BMT ilə əlilliyi olan şəxslərin təşkilatlarının əməkdaşlığı genişlənir.
Birləşmiş Millətlər Təşkilatı ilə əlilliyi olan şəxslərin təşkilatlarının əməkdaşlığı genişlənir. 27 iyun 2018-ci il tarixdə Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi Cənab Qulam İsakzai, BMT-nin Əhali Fondunun Proqram Məsələləri üzrə müşaviri xanım Vəcihə Əliyeva, BMT-nin Əlaqələndirici Məsələləri üzrə müşaviri xanım Şəms Mustafayeva Azərbaycan Əlil Təşkilatları İttifaqının (ƏTİ) ofisində İttifaqın üzvləri ilə görüşü olmuşdur.
Görüşdə BMT və onun bölmələri, onların məqsəd, vəzifə və fəaliyyətləri barədə bir daha məlumat verilmişdir. Əlilliyi olan şəxslərin təşkilatlarının rəhbərləri ümumi QHT sektorunu, o cümlədən əlilliyi olan şəxsləri və onların ictimai birliklərini maraqlandıran məsələləri, qanunvericilik və icra sahəsində görülən işlər və problemlər barədə təqdimatlar etdilər. Eyni zamanda rəy və təkliflərin bildirilməsi ilə qarşıda duran problemlərin həlli yolları qeyd olundu. Qarşılıqlı əməkdaşlıq üçün prioritetlər müzakirə olundu və əməkdaşlığın davam etdirilməsi vacib hesab edildi.
Davud Rəhimli
Bu xəbər 1250 dəfə oxunub