22 Sentyabr 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
22/6/2018 Şuranın fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə yubiley mərasimi keçirilib


Şuranın fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə yubiley mərasimi keçirilib

     

 

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə yubiley mərasimi keçirilib.

 

Mərasimdə açılış nitqiylə çıxış edən Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin və  vətəndaş cəmiyyətinin qurucusu olduğunu bildirib. Azay Quliyev deyib ki, Şuranın yaradılması Azərbaycanda vətəndaş cəmiyyətinin milli əsaslarının möhkəmləndirilməsi, QHT sektorunun  xarici donordan asılılığınının minumuma endirilməsi prosesinin başlanğıcı olub. Bununla dövlət sözün yaxşı mənasında QHT sektoruna  dəstək verməyə və ona sahib durmağa başladı: “Şuranın yaradılması ilə QHT-hökumət münasibətləti yeni keyfiyyət mərhələsinə qədəm qoydu.QHT-lər dövlət qurumlarının etibarlı tərəfdaşına çevrildilər. Qeyri-hökumət təşkilatı haqqında əvvəlki illərdə olan antihökumət və ya antidövlət assosiyasiyası yavaş–yavaş aradan qalxdı. Şura cəmiyyəti maraqlandıran və narahat edən ən müxtəlif problemlərin, ictimai əhəmiyyətli məsələlərin həllinə QHT sektorunu yaxından cəlb edə bildi. Milli maraqların təminatı, ölkəmizin  beynəlxalq arenada layiqincə təmsil olunması istiqamətində  dövlətçiliymizə və xalqımıza bağlı olan bütün QHT-ləri səfərbər etdi”.

 

Azay Quliyev vurğulayıb ki, Şuranın yaradılması ilə ixtisaslaşmış milli donor institutunun əsası qoyuldu: “Milli donor sözünü təsadüfən işlətmirəm, çünki Şuraya qədər  xarici donorlar milli məsələlərə dair heç bir təşəbbüsü dəstəkləməyiblər. Yaxşı xatırlayıram: 1998-ci ildə, düz 20  il bundan öncə Soros fondunun ölkə üzrə direktoru Devit Stabsdan işğal olunmuş torpaqlarımız haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılması,  şəhid ailələrinə və müharibə veteranlarına yardım edilməsi, hərbi vətənpərvərliklə əlaqədar təşəbbüslərin fond tərəfindən niyə dəstəklənmədiyinin səbəbini soruşdum. O isə açıq şəkildə dedi ki, bu sizin daxili probleminizdir və bizi maraqlandırmır. O vaxtın acı reallığı idi bu. Şuranın yaranması ilə dövlət məhz  xarici donorların imtina etdiyi, lakin ölkəmiz üçün milli məsələ hesab olunan sahələri prioritet  sahə elan etdi və bu istiqamətlərə dəstək verməyə başladı”. 

 

Şura sədri bildirib ki, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, Xocalı soyqırımına ədalətli qiymətin verilməsi və ölkəmizin məruz qaldığı təcavüz aktının ifşa edilməsi istiqamətində Heydər Əliyev Fondunun və şəxsən 1-ci vitse prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr hər zaman QHT sektoru və Şura üçün nümunə olub: “Bu baxımdan qeyd olunan istiqamətlər üzrə dövlətimizin həyata keçirdiyi siyasətə ictimai dəstək vermək məqsədilə Şura dünyanın 43 ölkəsinin 100-dən çox şəhərində

 

Ermәnistanın Azәrbaycan torpaqlarını işğal etməsi, 1 milyondan cox azәrbaycanlı qaçqın vә mәcburi köçkünün hәyatı vә taleyi, Xocalı soyqırımının dәhşәtlәri haqqında mәlumatları yaymağa və müxtəlif tədbirlər keçirməyə nail olub. Şuranın dəstəyilə Avropa universitetlәrindә Qarabağ guşәlәri yaradılıb, çoxlu sayda və müxtəlif dillərdə filmlәr cәkilib, kitablar yazılıb, teatr  tamaşaları sәhnәyә qoyulub”.

 

Azay Quliyev deyib ki, əldə olunan bütün nailiyyətlərə görə yalnız möhtərəm prezidentimiz cənab İlham Əliyevə borcluyuq: “Fürsətdən istifadə edib Azәrbaycanda vәtәndaş cәmiyyәtinin inkişafına, demokratik dәyәrlәrin qorunmasına vә QHT-lәrә göstәrdiyi diqqәt vә qayğıya gorә hörmәtli prezidentimiz cәnab İlham Əliyevә ictimai sektor adından dәrin minnәtdarlığımızı bildirir vә dövlət başçısını әmin edirik ki, bundan sonra da Şura olaraq milli maraqlarımızın qorunması, vәtәndaş cәmiyyәtinin güclәnmәsi, QHT-lәrlә hökumәt arasında dialoqun vә әmәkdaşlığın dәrinlәşmәsindә üzәrimizә düşәn vәzifәlәri layiqincә yerinә yetirmәyә çalışacağıq”.

 

Yubiley mərasimində Şuranın 10 illik fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

 

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Əli Həsənov çıxışında bildirib ki, Şura ölkədə vətəndaş cəmiyyəti təsisatlarının möhkəmləndirilməsi, dövlət və ictimai sektor arasında əməkdaşlığın səmərəli modelinin tapılması yönündə aparılan axtarışların nəticəsi kimi meydana çıxıb: “Qeyri-hökumət təşkilatlarının iştirakı ilə formalaşdırılmış bu ixtisaslaşmış qurumun əsas vəzifəsi sözügedən konsepsiyada təsbit olunmuş istiqamətlər üzrə üçüncü sektora yardım göstərmək, cəmiyyət həyatının bütün sahələrində qeyri-hökumət təşkilatlarının rolunun artırılmasına nail olmaq idi. Əminliklə qeyd etmək olar ki, Şura qısa müddət ərzində ona bəslənilən ümidləri doğrultmuş, üzərinə düşən missiyanı uğurla yerinə yetirə bilib. Şura bu gün həm vətəndaş təşəbbüslərinin dəstəklənməsində, həm də ictimai fəaliyyətin dövlət maraqları və milli-mənəvi dəyərlərlə uzlaşdırılmasında əhəmiyyətli rol oynayır”.

 

Əli Həsənov deyib ki, həm Azərbaycan dövlətinin, həm də xarici donorların ayırdıqları qrantlar bu gün şəffaf şəkildə məqsədə uyğun istifadə edilir: “Bu gün Azərbaycanda QHT təmsilçiləri var ki, vəzifə təklif olunur, imtina edirlər.Onlar artıq QHT sahəsində məslək sahibi kimi formalaşıblar. QHT sektorunda fəal insanlar üçün faktiki iş yerləri açılıb. Azərbaycanda 26 il ərzində QHT sektoruna 306 milyon manata yaxın vəsait ayrılıb. QHT Şurası isə ötən 10 il ərzində QHT layihələrinin maliyyələşdirilməsinə 36 milyon manat ayırıb. Maliyyələşdirilən bu layihələrdə 30 minə qədər insan çalışıb. Bunlar Azərbaycanın fəal insanlarıdır və dövlətimizi xaricdən gələn təhlükələrdən elə dövlətin özü qədər qoruyurlar. Çox təəssüf ki, QHT arasında xarici donorların təsiri altına düşən və Azərbaycana qarşı istifadə olunanlar da olub. KİV arasında da belə təsir altına düşən, Azərbaycan əleyhinə yazılar verənlər var. Azərbaycanda sağlam mövqeyə malik QHT bu sektorun 99 faizini təşkil edir".  

 

Azərbaycan Respublikası Milli Məclis sədrinin müavini Bahar Muradova Şuranın fəaliyyətə başlaması ilə ölkənin ictimai həyatında xüsusi canlanmanın yarandığını deyib. Milli Məclisin sədr müavini Şuranın QHT-lərin Azərbaycanın milli maraqlarının istər ölkəmizdə, istərsə də xaricdə effektiv müdafiəsinin təşkilində göstərdiyi xidmətin xüsusilə təqdirəlayiq olduğunu vurğulayıb.

 

Bahar Muradova da Şuranın ötən 10 il ərzində uğurla fəaliyyət göstərdiyini, bu gün QHT-lərin Azərbaycan dövlətinin maraqlarını müdafiə etdiyini bildirib. Milli Məclisin Şura ilə əməkdaşlıq barədə memorandum imzaladığını xatırladan B. Muradova Şuranın təşəbbüsü ilə QHT sektoru ilə əlaqədar irəli sürülən qanun layihələrinin parlamentdə qəbul olunduğunu qeyd edib: "Bu gün heç kəs deyə bilməz ki, vətəndaş cəmiyyəti təşəbbüsləri dəstəklənmir. Bu gün QHT-lər Azərbaycan xalqı və dövləti üçün dövlətimiz kimi məsuliyyət daşıyır".

 

Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasındakı Rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının və BMT-nin Əhali Fondunun Rezident nümayəndəsi Qulam İsakzai Şuranın 10 il ərzində məhsuldar fəaliyyət göstərdiyini bildirib. Q.İsakzai Şuranın cəmiyyət üçün açıq, şəffaf fəaliyyəti ilə bir çox donorlara nümunə olduğunu deyərək gələcək fəaliyyətində quruma uğurlar arzulayıb.

 

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Şuranın siyasi, milli, dini mənsubiyyətindən asılı olmayarq bütün QHT-lərin cəmiyyət üçün ictimai aktuallıq kəsb edən layihələrini maliyyəşdirməsinin Azərbaycan vətəndaş cəmiyyəti institutları üçün yenilik olduğunu bildirib. MQF prezidenti QHT sektorunun inkişafı sahəsindəki xidmətlərinə görə Şura sədri Azay Quliyevə təmsil etdiyi qurumun Fəxri Fərmanını təqdim edib.

 

Rəsmi hissə bitdikdən sonra tədbirin bədii hissəsi başlayıb. Mərasim müxtəlif qeyri-hökumət təşkilatlarının rəhbərləri və ya üzvlərdən ibarət sənət adamlarının konserti ilə davam etdirilib.

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1086 dəfə oxunub




Flag Counter






» 22/9/2020- Protez-Ortopedik Bərpa Mərkəzi 230-dan çox əlilliyi olan şəxsə səyyar xidmət göstərdi

» 21/9/2020- Naftalan, Ağstafa və Lerikdə 14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlərlə təmin olundu

» 19/9/2020- “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib

» 18/9/2020- Əmək müqaviləsi ilə çalışan əlilliyi olan şəxslərin sayı

» 17/9/2020- Nazir Sahil Babayev özünüməşğulluq proqramı çərçivəsində yeni yaradılmış kiçik müəssisələrə baxış keçirdi

» 16/9/2020- UNEC tələbəsi Birləşmiş Krallığın dəstəyilə "British Council" tərəfindən keçirilən "Creative Spark" müsabiqəsində dünya çempionu olub.

» 16/9/2020- "Əlilliyi olan aztəminatlı ailələrə sosial dəstək"

» 15/9/2020- Şirvan şəhərində müasir Reabilitasiya Mərkəzi açıldı

» 14/9/2020- “Qəhrəmanlarımız qürur mənbəyimizdir”

» 10/9/2020- Yenə standartlara uyğun olmayan ramp, əlilliyi olan şəxslərə qarşı laqeydlik, yanlış məlumat.

» 10/9/2020- Ağstafada 16 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlərlə təmin olundu

» 9/9/2020- Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi evlər verildi

» 8/9/2020- Qaradağ, Xətai, Binəqədi, Nərimanov, Saatlı, Sabirabad, Şuşa və Zəngilan rayonları üzrə xüsusi və güzəştli şərtlərlə pensiya təyin olunanların nəzərinə

» 5/9/2020- Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə bu dəfə həndbol üzrə inkluziv idman yarışları keçirildi

» 4/9/2020- AR Milli Məclisinin İnsan Hüquqları Komitəsi tərəfindən insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərlə birgə video-konfrans keçirmişdir.

» 3/9/2020- Əlilliyi olan uşaqların qatıldığı inkluziv idman yarışları təşkil edilib

» 2/9/2020- Bakıda Mərdəkan-Buzovna-Bilgəh magistral yolunda yeni piyada körpüsü istifadəyə verilib.

» 1/9/2020- “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi hüquqi yardımların göstərilməsi layihəsinin icrasına başladı

» 1/9/2020- Sosial-psixoloji reabilitasiya xidmətləri təkmilləşdirilir

» 31/8/2020- Daha 155 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri yaşadıqları rayonlara aparılaraq verilib