07 Dekabr 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
12/6/2018 Şuranın dəstəyi ilə Şirvan şəhərində maarifləndirmə


Şuranın dəstəyi ilə növbəti maarifləndirmə tədbiri

Şirvan şəhərində təşkil edilib

Xəbər verildiyi kimi, “Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sağlam həyat naminə” devizi ilə maarifləndirmə aksiyalarının keçirilməsi” adlı layihənin icrasını həyata keçirir. Həmin layihə  çərçivəsində Şirvan şəhər 9 saylı tam orta məktəbdə uşaqların, yerli icra hakimiyyəti orqanının müvafiq əməkdaşlarının, valideynlərin, müəllimlərin və şagirdlərin iştirakı ilə növbəti maarifləndirmə tədbiri təşkil edilib.  

Tədbirdə çıxış edən təşkilatın eksperti Asəf Kərimov belə bir aktual məsələyə həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, tədbirin yüksək səviyyədə təşkilinə görə isə Şirvan Şəhər İcra Hakimiyyətinə təşəkkürünü bildirib və layihənin məqsəd və vəzifələri barədə məlumat verib.

A.Kərimov layihənin məqsədinin regionlarda yaşayan uşaq və gənclər arasında sağlam həyat tərzinin təbliği, pis vərdişlər, narkomaniya, alkoqolizm, vərəm, hepatit virusları, İİV/QİÇS,  cinsi yolla yoluxan xəstəliklər və digər bu kimi xəstəliklər və onların fəsadları, habelə tütünçəkməyə meylliliyin insanın sağlamlığına təsiri ilə bağlı təhsil müəssisələrində maarifləndirmə tədbirləri təşkil etməklə Azərbaycan cəmiyyəti üçün böyük aktuallıq kəsb edən problemin həllinə dəstək verməkdən ibarət olduğunu diqqətinə çatdırıb. 

Qeyd olunub ki, bu gün uşaq və gənclərin hüquq və azadlıqlarının müdafiəsi, gələcək inkişafının təmini,  onların sağlamlığının qorunması, pis vərdişlərdən uzaq olaraq idmana, sağlam həyat tərzinə meyllərinin artırılması dövlət tərəfindən müəyyən edilən əsas vəzifələrdən biridir. Təbii ki, bu işdə aidiyyəti dövlət qurumları ilə yanaşı vətəndaş cəmiyyəti institutları tərəfindən də şagirdlər arasında sağlam həyat tərzinin təbliğinə, buna yiyələnməyin üsullarının öyrənilməsinə, yoluxucu xəstəliklər və onların fəsadları barədə məlumatlılığın artırılmasına dair davamlı olaraq maarifləndirici tədbirlər keçirilməlidir.

Ekspertin pis vərdişlər (narkotikdən istifadə,  spirtli içkilərin qəbulu, siqaret çəkmək və. s), habelə infeksion xəstəliklər (vərəm, hepatit virusları, İİV/QİÇS,  cinsi yolla yoluxan xəstəliklər və s.) törətdiyi fəsadlar, bu sahədə aparılan müayinə və müalicə tədbirləri,  cinsi yolla yoluxan xəstəliklərdən əziyyət çəkən insanların hüquqları və onların müdafiəsi  yolları haqqında verdiyi məlumatlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Şirvan Şəhər İcra Hakimiyyətinin şöbə müdirinin müavini Adəm Hüseynov isə öz çıxışında sağlam həyat tərzi üçün şərait və imkanların yaradılması, əhalinin öz sağlamlığı üçün məsuliyyətinin və marağının artırılmasından ötrü maarifləndirmə işlərinin genişləndirilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsinin çox vacib bir məsələ olduğunu vurğulayıb, Azərbaycan cəmiyyəti üçün böyük aktuallıq kəsb edən problemlə mübarizənin gücləndirilməsinə daha çox uşaq və gənclərin iştirakı ilə keçirilən bu maarifləndirmə tədbirinin öz tohfəsini verəcəyini bildirib. Davud Rəhimli

Tədbirdə uşaqlar və gənclər arasında sağlam həyat tərzinin təbliği məsələləri ilə bağlı geniş müzakirələr aparılıb, bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasına yönəlmiş bir sıra təkliflər irəli sürülüb.  

 

  Mətbuat xidməti



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1738 dəfə oxunub




Flag Counter






» 6/12/2022- Milli Xalça Muzeyində “İstedad sərhədsizdir” adlı sərgi açılıb

» 6/12/2022- Dünya Bankının tədbirində ölkəmizdəki dayanıqlı sosial müdafiə sistemi və bu sahədə hədəflərdən bəhs olunub

» 6/12/2022- “İşsizin dostu” proqramında hazırda 7,2 min müharibə veteranı, şəhid ailəsi üzvü, əlilliyi olan şəxs işləyir

» 6/12/2022- Əlilliyi olan şəxslərin məşğulluq imkanları müzakirə olunub

» 5/12/2022- QHT-lər bu halda cərimələnəcək - QANUN LAYİHƏSİ

» 3/12/2022- Qrant müsabiqəsinin qalibləri elan edildi - SİYAHI

» 3/12/2022- QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun 10-21 oktyabr 2022-ci il tarixlərində keçirdiyi 16-cı qrant müsabiqəsinin qalibləri müəyyən edilib.

» 3/12/2022- 3 dekabr 2022. “İnklüziv inkişaf üçün transformativ həllər: əlçatan və ədalətli dünyanı gücləndirməkdə innovasiyaların rolu”.

» 3/12/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/12/2022- “Azərbaycanda mina partlayışı qurbanlarına yardım” mövzusunda dəyirmi masa keçirilmişdir.

» 1/12/2022- Pensiyaçılar arasında keçirilən “Zəfər turniri”nin final mərhələsi və “İstedadlı pensiyaçı” layihəsinin təqdimatı olub

» 30/11/2022- Avropa İttifaqı "Yerüstü minalarsız Cənubi Qafqaz" regional kampaniyasını dəstəkləyir

» 30/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/12/2022- QHT Agentliyinin dəstəyilə uşaq inkişaf mütəxəssisləri üçün maarifləndirmə tədbiri təşkil olunub

» 30/11/2022- "Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası" adlı layihə

» 30/11/2022- "Biz Birik - Sağlam və inklüziv həyat" layihəsi çərçivəsində sosial çarx

» 29/11/2022- Sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi layihəsi uğurla başa çatdı

» 29/11/2022- "Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası" adlı layihə sona çatdı!

» 26/11/2022- "Biz bir ailəyik - biz qalibik" adlı tədbir keçirilmişdir

» 25/11/2022- Agentlikdə Əvəz Həsənovun xatirəsi anılıb