13 Noyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
7/5/2018 Kino hər kəs üçün - “Dolu” filmi nümayişi


Nizami Kino Mərkəzində  “Kino hər kəs üçün” layihəsi çərçivəsində görmə və eşitmə qabiliyyəti məhdud olanlar üçün xüsusi surdotərcümə olunmuş “Dolu” filmi nümayiş olunub.
Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə Əlil Ziyalılar cəmiyyəti tərəfindən  həyata keçirilir.

Layihənin əlaqələndiricisi layihə haqqında məlumat vermiş, müzakirələr olmuşdur. Tədbirdə hökumət, QHT, KİV nümayəndələri, görmə əlilliyi olan şəxslər iştirak etmişlər.

TƏDBİR  HAQQINDA

         Hörmətli tədbir iştirakçıları!

Azərbaycan Əlil Ziyalılar və Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birlikləri Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Sosial Xidməti Sahəsində dövlət sifarişləri üzrə keçirilən müsabiqənin qalibi olmuşdur. Azərbaycan Əlil Ziyalılar İctimai Birliyi artıq üçüncü  dəfədir ki, “Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar ilə idman, incəsənət və xalq sənət növlərinin öyrədilməsinə yardım göstərilməsi” layihəsini icra edir. Layihə çərçivəsində İctimai Birliyimiz Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ilə əməkdaşlıq edərək  bədii və cizgi filmlərin, o cümlədən idman yarışlarının və teatr tamaşalarının tiflo və  surdo-şərhlərini hazırlayaraq  görmə və eşitmə imkanları məhdud  uşaqların istifadəsinə verməklə onların bərabər imkanlarla filmləri müşahidə etmək hüquqlarının təmin edilməsinə dəstək olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maaliyyə dəstəyi  ilə ölkənin incəsənət aləmində yeni tiflo-tərcümə sisteminin təməli qoyulmuşdur. Belə ki,  icra etdiyimiz layihə  Bakı Şəhər İcra Hakimiyyəti, Nizami  Kino Məkrəzi və digər donorlar tərəfindən dəstəklənərək  davamlılığı  təmin edilmişdir.

            2018-ci ildə qalib olduğumuz  “Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar ilə idman, incəsənət və xalq sənət növlərinin öyrədilməsinə yardım göstərilməsi” layihəsi çərçivəsində  ictimai  Birliyimiz tərəfindən  “Dolu” bədii filminin tiflo və surdo-şərhi hazırlanmışdır. Film Azərbaycan  mədəniyyətinin beşiyi sayılan torpaqlarımızın işğalı zamanı baş verən faciələri, Azərbaycan xalqının vətənpərvərliyini  və mübarizliyini özündə  əks etdirdiyi üçün tiflo və surdo-şərhlə hazırlanmış “Dolu” filminin təqdimat tədbiri məhz  8 may-Şuşanın işğalının 26-cı ildönümü və 5 may-Əlillərin Hüquqlarının müdafiəsi günləri ərəfəsində yəni 07 may 2018-ci il tarixdə saat 11:00-da Nizami Kino Mərkəzində keçirilmişdir. Tədbirdə dövlət və qeyri-hökumət təşkilatları, eləcə də görmə və eşitmə imkanları məhdud şəxslər iştirak etmişdir. Həyata keçirdiyimiz  layihə Nizami Kino Mərkəzi tərəfindən dəstəkləndiyi üçün mütammadi olaraq Azərbaycan Gözdən Əlillər Cəmiyyətində hazırlanmış  tiflo və surdo-filmlərin  nümayişinə başlamış, məhz bu səbəbdən də “Dolu” filminin  təqdimat tədbiri Nizami Kino Mərkəzində  keçirilmişdir.

Azərbaycanda ilk dəfə Nizami Kino Mərkəzində “Kino hər kəs üçün” layihəsi çərçivəsində görmə və eşitmə qabiliyyəti məhdud  olan insanlar üçün xüsusi surdotərcümə olunmuş film nümayişlərinin  təşkili və təmənnasız nümayişi  davamlıdır.


Davud Rəhimli

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 846 dəfə oxunub




Flag Counter






» 12/11/2019- 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür.

» 09/11/2019- 9 noyabr tarixi Dövlət Bayrağı günüdür

» 10/11/2019- ADL "14 noyabr – Ümumdünya Diabet Günü" ilə bağlı maarifləndirici aksiya keçirəcək.

» 5/11/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 1/11/2019- Aynur Məmmədova 4 cü dəfə Avropa çempionu oldu

» 28/10/2019- Əlilliyi olan şəxslərin hüquqlarına dair Bakıda seminar keçirilib.

» 26/10/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 23/10/2019- “Xüsusi qayğıya ehtiyacı olan şəxslər və ailələr üçün maarifləndirmə tədbirlərinin təşkili”

» 18/10/2019- Bərdədə maarifləndirmə tədbiri keçirilib

» 17/10/2019- Blogerlik və vlogerlik fəaliyyətində Azərbaycan dövlətinin sosial – humanitar siyasətinin təbliği

» 17/10/2019- Eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq

» 12/10/2019- Ucarda maarifləndirmə tədbiri keçirilib

» 8/10/2019- "Leykemiya ilə mübarizə" İctimai Birliyinin 13 illik fəaliyyəti ilə bağlı toplantı

» 7/10/2019- Bir qrup əlilliyi olan istedadlı şəxslər Beynəlxalq Festivalda qalib olaraq Qran Prin Azərbaycana gətirdilər.

» 7/10/2019- BEYNƏLXALQ KONFRANSIN KEÇİRİLMƏSİNDƏ GÖSTƏRDİKLƏRİ DƏSTƏYƏ GÖRƏ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK.

» 5/10/2019- Saxtakarlıq faktı aşkar olunduğuna görə 779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb

» 5/10/2019- Azərbaycanda minimum pensiya 200 manata çatdı

» 5/10/2019- Maarifləndirmə tədbirləri davam etdirilib

» 2/10/2019- "Heç bir əlilliyi olan şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru"

» 29/9/2019- “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar”